Bu
məktubu yazmaqda məqsədim sizin də gözünüzü açmaqdır. Sevib ailə
qurmuşam, daha doğrusu ailə təməlimiz sevgi üzərində qurulub. Amma bir
gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir. Araşdırdım, varli
bir evli qadınla əlaqəsi olduğunu öyrəndim. Xa
Çox davalarımız oldu, söz-söhbətimiz uzandı illərlə. Amma heç vaxt
boynuna almadı mənə xəyanət etdiyini. Hər dəfə sübutlar tapırdım...Yenə
də ancaq məni sevdiyini deyirdi...
Bir gün mağazaya gedəndə bahalı bir maşın qarşımda dayandı,
orta yaşli bir kişi mənə müxtəlif komplimentlər deyirdi...Çox
qorxdum...Amma bu kişi hər gün bizim küçəyə gəlirdi..Bir gün hətta
qapımızı belə döydü, mən onunla danişmasam getməyəcəyini dedi.Yalvardım
ki, görən olar getsin, hara desə gələrəm, danişarıq. Bir kafedə
görüşdük, çox mədəni biri idi, məni ilk görən kimi vurulduğunu, bütün
günü məni düşündüyünü dedi....Beləliklə, mənim nağıl kimi günlərim
başladı. Məni bahalı hədiyyələrə boğurdu, sevgi dolu romantik məktublar,
mesajlar yazırdı...Danişsam da ,onunla yaxınlığı qəbul etmirdim. Amma
artıq hisslərim də dəyişmişdi, sevirdim onu, axır ki, onunla görüşməyə
razılıq verdim. Məni bir evə apardı...Elə buradaca mənim nağılim
bitdi...
Səhəri
gün qapı döyüldü, yoldaşım qapını açdı...Dəhşətə gəldim, o idi...Nəfəs
ala bilmirdim, sanki öləcəkdim...Kaş ki, öləydim...Bundan beləsini heç
yaşamayaydım...
Amma
"o" heç mən tərəfə də baxmadı.Yoldaşıma baxdım o bu adamı tanıyırmış,
tutulmuşdu, dili topuq çalırdı. Bir anda anladım bu adam onun gəzdiyi
qadının əri Imiş...Artıq
qulaqlarım uğulduyurdu, divara söykənmişdim ki yıxılmıyım...Onun dediyi
bu cümlə dolaşırdı beynimdə: "Sənin etdiyini, mən də etdim." Bir disk
verib cıxıb getdi. Disk 10 gündür evdədir, Heç kim qorxusundan ona əl
vurmur, yoldaşımla danışmırıq, bir -birimzin üzünə belə baxmırıq. Ikimiz
də ruh kimi dolanırıq...Axırı nə olacaq, bilmirəm. Nə vaxta kimi biz
belə yaşayacayıq? Belə yaşamaq mümkünmü? Bəs günah kimdədir? Cavab tapa
bilmirəm bu suallara. Bircə əlacım var, özümü öldürmək. Özümdən
iyrənirəm, həyatımdan iyrənirəm. Bir xəyanət görün neçə adamın həyatını
məhv etdi.