Universitetin yeməkxanasında rastlaşdıq - Oxucu məktubu

Şərhlər: 7
Baxılıb: 5 035
Səs ver:
(səs: 3)
16 il bundan öncə tanış olduq… İkimizdə eyni univerisitetdə, lakin ayrı-ayrı patoklarda oxuyurduq. Mehdinin patokunu qonşu binaya təzə köçurmuşdulər. Universitetin yeməkxanasında rastlaşdıq. İlk dəfədən bəyənmişdim onu…
Uca boylu, qaraşın, yarasıqlı oğlan idi. Az keçməmiş xəbər gondərdi. Neyləyəcəyimi bilmirdim. 20 yaşında olmağıma baxmayaraq, çox çəkinirdim kimləsə tanışlıq munasibəti qurmaqa. Amma onu o qədər bəyənmişdim ki, telefonla danışmağa razılaşdım. İlk danışığımız indiki kimi yadımdadı. iki ay keçməmiş biz böyuklərimizin razılığı ilə nişanlandıq.
4 aydan sorada evləndik. Təzə ailə quranda heç yola gedə bilmirdik, amma nə olur olsun, mən onu çox sevirdim. Onun sevgisi mənə güclü olmağı mübarizə aparmağı, səbr etməyi öyrətdi. İndi muxtəlif yaşlarda 3 övladımız var. İllər ötdukcə biz daha cox bir-birimizə sarılırıq. Ötən qış başıma bədbəxt hadisə gəldi, onun məni nece sevdiyini mənim üçün necə narahat olduğunu gördum. Bir an yanımdan ayrılmadı, daim nəvaziş, diqqət, qayğısını əsirgəmədi. Bunun uçun ona çox minnətdaram. Yaxşı ki, onu seçmişəm, yaxşı ki, həyatımı onunla birləşdirmişəm.
Sözum yeni ailə quran gənclərədir. Ailədə əsas amillər sevgi, səbr, hörmət olduqdan sonra hər şey əla olacaq….
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri