Həm evlidir... Həm subay - Oxucu məktubu

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 4 508
Səs ver:
(səs: 2)
Mənim 23 yaşım var. 19 yaşımda öz sevdiyimlə ailə qurdum. Məni aldatdı ayrıldım... İndi 23 yaşım var yarımçıq qoyduğum təhsilimi davam etdirirəm, işimi də qurmuşam demək olar ki, həyatım normasındadır. Birisi çıxdı qarşıma, sevməyəcəyimi düşünmüşdüm. Sevdim, o da məni sevdi. Mənim kimi o da ailəli olub. Fərqimiz onun boşanmamasıdır. Yoladaşı xəstə olub, rəhmətə gedib.
Bir oğlu var, 3 yaşında yoldaşı rəhmətə gedədən sonra qaynatası bunun baldızını gətirib qoyub bunun evinə, uşağa baxması üçün.
Oğlanın anası onları nigaha salıb.
Amma ər-arvad kimi münasibətləri yoxdur... Mən bunları bir neçə müddət sonra bildim, oğlanın özü etriaf etdi. Düzü ayrıldım və ailə dağıtmamaq isdədiyimi dedim ona.
O, isə mənə dedi ki, heç vaxt ona toxunmayıb. Bacı gözü ilə baxıb uşağına görə zaks kəsdirib.
Buralardan çıxıb gedəcəkmiş, mən çıxdım qarşısına, məni sevdi və fikri dəyişdi. 3 ay sonra yenidən barışdıq.
Məndən ayrılandan sonra çox əzab çəkib. O, qədər siqaret çəkib ki, mədəsi xəsdəlik tutub. Çox arıqlamışdı, düzü oyrəşmişdim onsuzluğa. Amma onu o halda görüb "yox" deyə bilmədim barışdım.
Ailəsindən hər kəsdən uzaqlaşmıdı, həyətimizə gətirdim, kirayənişin kimi, 1 ay bizdə qaldı ailəmə isindirdi özünü. İndi bizim ayiləmizin üzvü kimidir, bizdə qalmasa da.
Anasıgillə barışıb, nigahda olduğu baldızını da evlərinə göndəriblər. Uşağı da aparıb, məhkəmələri var, boşanacaqlar.
Atamdan da dəfələrlə məni istiyib, atam boşan sonra gəl deyib. Atam düzü razı deyildi ,sadece mən sevdiyimə görə susur. Oğlanın ailəsi də məni istəmir. Bilirəm ki, məndən xəbərləri var. Amma qəbul etmirlər məni. Onların arzusu öz isdədiklərini almalarıdır oğluna. Oğlu isə ya sən, ya da heç kim deyir. Hər kəsi mənə görə atmağa hazırdır... Sizcə bizim axırımız var? Belə ailə həyatı qurmaq mümkündürmü? 2-ci dəfə sevgimə inanıb aldanmaq isdəmirəm... Çox qorxuram fikirlərinizə şox ehtiyacım var.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri