Taleyimin geri aldığı hədiyyəsi - Oxucu məktubu

Şərhlər: 14
Baxılıb: 3085
Paylaş:
Səs ver:
(səs: 2)
Bu barədə fikirlərimi kimsə ilə bölüşmürəm. Hər kəsin məni tənqid edəcəyindən qorxuram.
Elə çoxdandır bu barədə ən azından xəbər hazırlamaq istəyirəm, lakin cəsarətim çatmır. Sonunda bu gün qərara gəldim: Dərdimi bacılarımla bölüşəcəyəm. Mütləq.. Yoxsa içimi didib-dağıdır bu kədər.
Kim bilir hansı yaxşı əməlimə görə ALLAH onu mənə bəxş etdi və kim bilir hansı mənfi əməlimə görə geri aldı. Nəydi görəsən günahım? Günahım nə idi ki, üzünü belə görmədən itirdim onu. Ürəyimin altında hiss etdiyim övladımın xəyalı ilə yaşadım. Ad da fikirləşirdim ona. Halbuki oğlan ya da qız olduğu barədə heç bir təsəvvürüm yox idi. Bütün gələcəyini planlaşdırırdım. İkinci dəfə analıq hissini yaşamaq çox gözəldir. Ana olmaq gözəldir, bütün xanımlarımıza arzu edirəm bunu. Amma mənim kimi yox...

Qızılgül olmayaydı,
Saralıb-solmayaydı,
Bir ayrılıq,bir ölüm,
Heç biri olmayaydı.
Rəhmətlik nənəm həmişə göy üzünü seyr edə-edə bu bayatını oxuyurdu. O vaxt mənə müəmmalı gəlirdi. Amma indi hiss edirəm bu bayatıdakı dərdi-qəmi. Neyləyirəm o qızılgülü ki, sonra olmayacaq? Qoxusunu hiss etməmiş itirəcəyəm onu....Göz yaşları məni ovundurmur, qəti ovundurmur. Saatlarla bu barədə danışsam da ovunmayacağam. Onu geri istəyirəm. Amma bilirəm ki, mümkün olmayan bir şeyi istəyirəm.
Bir ananın çəkə biləcəyi ən ağır dərdi də yaşadım. Görəsən daha hansı sınaqlar gözləyir məni? Bundandamı çox ağrı yaşayacağam?
Bilmirəm.....Heç nə bilmirəm. Yalnız onu bilirəm ki, kimsəyə bu dərdi arzulamıram. Ətrafdakılar hiss etməyə bilər, amma ana üçün övlad elə övladdır. övlad itkisi isə ölümə bərabərdir, bəlkə daha ağırdır.

loading...
(səs: 2)
Şərhlər: 14
Baxılıb: 3085
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
baby baku
Sitat: gunay342
29 cox ps oldum allah sebr versin

Sitat: Barbaris
Sitat: ayka95
Allah heç bir anaya övlad itkisi yaşatmasin Amin
14 sentyabr 2016 00:12
14
xala oldum
zuzuma qurban xalasi Zəhram qizil parasi
Offline
tatyana
keske derdini etrafli anlatsaydin....ovlad itkisi yasadigni anladiq,ovladini itirmis anaya allah sebr versin demeyimiz derdini ovutmazki...yenede deyeceyimiz basqa ne varki,allah sebr versin
31 may 2016 07:22
13
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
nisanliyam
allah sebr versin allah hec kese gostermesin
31 may 2016 00:31
12
Offline
SENSİZ
Allah sebr versin Cox boyuk dertdi
31 may 2016 00:30
11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
gunay342
29 cox ps oldum allah sebr versin
28 may 2016 22:03
10
Online
Barbaris
Sitat: ayka95
Allah heç bir anaya övlad itkisi yaşatmasin Amin
23 may 2016 16:58
9
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!
Offline
ayka95
Allah heç bir anaya övlad itkisi yaşatmasin Amin
23 may 2016 15:11
8
Offline
Marta
Allah sebr versin(((
23 may 2016 13:34
7
Немного терпения, и у тебя все получится..
Offline
Antikvar
Övlad itkisi çox böyük dərddir,acıdır insan içini yeyər amma yenədə fayda olmaz,görəsən bu qadın niyə özünü günahlandırır?Məndə ilk övladımı hamilə olarkən itirdim çox çətin ağır günlərimiydi sanki günlər zaman keçmək bilmirdi ,həyatın ilk və ağır zərbəsini dadmışdım gənc yaşımdaykən,bax belə hadisələrdi insanı qəddarlaşdıran ətrafdan soyudan ,hər dəfə başqa zərbələri alarkən güclü olmağın üçün ayaqda dayanmağı öyrədən.Düzdü ilk övladım itirdikdən sonra uzun ildən sonra iki övladım oldu amma o hadisə insanın beynindən heç cürə silinmir bir xatirə kimi yaşanır hər xatırladıqca gözünün qarşısında(Mən nələr yaşamışam ,mən nələrin üstəsindən gəlmişəm )deyə düşünürsən zaman ötür acısı keçməsədə öyrəşirsən o acıya,övladın xəstələnəndə belə ananın qəlbi gecə gündüz bir başqa döyünür sağalması üçün dua edirsən yuxuların pozulur durub evi dağıtsında amma xəstələnməsin tez sağalsın deyə ağlayırsan,heç unutmaram böyük oğlum evdə oynayarkən zalın şkafından oyumcağını götürmək üçün sallanmışdı (məndə mətbəxdə yemək bişirirdim,yoldaşımda mənimlə söhbət edirdi,elədə dəcəl uşaq deyil ki,pastayanni nəzarətdə saxlayasan)birdən zaldan elə səslər gəldiki həmən otağa çatmaq üçün uçmaq istəyirdim gəlib gördüm şkaf oğlumun üstünə aşıb,bir mama dedi mən o otağa qaçanda daha səsi çıxmadı elə bildim oğlum artıq mənim deyil dəli olmuşdum ,şkafı qaldırdıq yoldaşımla oğlumu sağ görəndə dizlərim tutuldu özüm yıxıldım yerə həmən an içimdəki acını heç cürə ifadə edə bilmirəm ürəyim elə bilirdim çıxacaq yerindən bir Ana olaraq nə çəkdiyinizi anlayıram,amma üsyan etməyin Allahın yazdığı taledi sizdə bu acını çəkirsiz səbrli olun bəlkə bir övladınız oldu fani dünyadan çökən balanızı unutmağa çalışdıracaq.Sadəcə Allaha sığının sizə səbrli və dözümlü etməyi üçün.Allah köməyiniz olsun.
23 may 2016 11:32
6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
ilk nur
Rebim hec bir anaya ovlad itkisi gostermesin .allah sizede sebir versin
23 may 2016 11:23
5
Offline
Wirin Meleyim
Cox cetindi vallah
23 may 2016 11:17
4
...
Offline
vipbetul
Allah sebr versin demeli bele yazilmishiymis sizuncun usyan etmekde olmaz Allah verdiyi cani bir gun alir
23 may 2016 10:34
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
qanadli melek
Goresen niye tenqid olunacaqinan qorxurki?Harda ovlad itirmis anani tenqid edirler?Allah komey olsun hec bir anaya ovlad itkisi yasatmasin
23 may 2016 10:20
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Ovlad itkisi boyuk derddir. Rebbim hec bir valideyne yasatmasin.
23 may 2016 09:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook