Bütün arzularım puç oldu! - Oxucu məktubu

Şərhlər: 11
Baxılıb: 12 481
Səs ver:
(səs: 1)
Salam. Mən sizdən məsləhət isdəyirəm... 15 yaşımda ailə qurmuşam. Sevməmişik bir-birimizi sadəcə valdeyinlər məsləhət bilib! Mən Rusiyada oxuyurdum 5-ci sinifdən məni çıxardıb gətirdilər Vətənimizə. O-bu elçi gəlirdi bizə. Anamgil vermirdilər... Necə oldusa bu yoldaşıma verdilər məni. 1 il idi ki, nişanı qayıtmışdı yoldaşımın, biz də bilmirdik. Yeni gəlmişdik deyə, tanımırdıq oğlanı. Bir gün bunlar elçi gəldi verdilər məni yoldaşıma, heç 2 ay nişanlı qalmadıq tez toy etdilər. Toyumuzun səhəri pis günlərim başladı. Qaynatam mənə gün verib işıq vermirdi! Atamgillə danışmağa qoymurdular telefonumu aldılar əlimdən. Hər gün evdə heç nəyin üsdündə dava- qırğın düşürdü. Məndə qorxurdum, hətta qorxumdan mətbəxə belə girmirdim ac qalırdım. Yoladaşım da həmişə  gecə 12 -də gəlirdi evə, kefdə idi! Hər gün bir qızın yanında olurdu. Mənim də heçnədən xəbərim yox idi. Bir gün telefonunda tutdum qızla mesajlaşdığını. O, gündən izlədim bunu.
Qaynanam da Allahın bəlası idi! Deyirdim ki, oğlun bu hərəkəti edir. Mənə deyirdi ki, əcəb edir cavandı tək səinlə vaxtdını keçirməyəcək ki, gününü keçirdir. 1 ildən sonra bir oğlumuz oldu!
Qaynatamgil doğum evinə belə gəlmirdilər. Yoldaşım baxmırdı mənə. Doğum evindən çıxdım məni gətirdilər evə, Anamgil uşaq üçün beşik aldılar. Anamgil getdikdən sonra qaynatam məni döydü ki, sən niyə onlardan pul isdəmirdin beşik aldırırdın. Zaman beləcə keçdi!
İndi yoldaşımla tək yaşayırıq. Amma yoldaşım məni saymır, elə bil mən yoxmuşam kimi davranır. Gündə bir qızla danışır, görüşür. Deyəndədə ki, niyə belə edirsən ?Qeyir mən beləyəm belə də olacam. Hər dəfə məni döyür təhqir edir, mən bezmişəm artıq.
Nə edəcəyimi bilmirəm. Çarəsini də boşanmaqda görürəm. Övladıma görə qalmışam. Mən nə edim ,ay bacılar? Kömək edin mənə, məsləhət verin. Əsəblərim pozulub, hər gün səhərə kimi ağlayıram. Evə gec gəlir yoladaşım. Mən ailənin nə olduğunu bilmədim. Mənə gündə bir söz deyir gah deyir arıqsan ..nəbilim beləsən... Bezmişəm ...bu məktubu da də ağlıya-ağlıya yazdım. Çox ehtiyacım var, dərdləşəməyə, məsləhət almağa mənə kömək edin.   
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 12 481
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri