‘Arvadım telefonda iyirmi kişiylə seks yazışmasını tutdum’ — ŞOK

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 7263
Paylaş:
Səs ver:
(səs: 1)
Məlum olduğu kimi, Samux rayonu Qarayeri qəsəbə sakini Rüstəmova Səmayə Əvəz qızı bir neçə gündür evdən qaçıb. Buna səbəb isə həyat yoldaşı Əhməd Ağayevin (ad şərtidir-red.) onun gizlin telefon işlətdiyini öyrənməsidir.

S.Rüstəmovanın həyat yoldaşı Əhməd Ağayevi çətinliklə də olsa, tapa bildik.

- Həyat yoldaşınız evdən nə vaxt qaçıb, uşaqları da özüylə götürübmü, yoxsa tək gedib?

- İyunun 13-də uşaqları da götürüb gedib.

- Harada olduğundan xəbəriniz var?

- Atası anasından boşanıb, anası Bakıdadır. Anası deyir ki, Bakıdadır, amma harada olduğunu bilmirəm.

- Övladlarınızın neçə yaşı var?

- Birinin altı, digərinin üç yaşı var.

- Övladlarınıza görə harasa müraciət etmək fikriniz var?

- Samux polisinə müraciət etmişəm.

- Sizin neçə yaşınız var?

- 31.

- Bəs qadının?

- 24.

- Neçə ildir ailəlisiniz?

- Yeddi ildir.

- İlk dəfədir belə bir hadisə olur, yoxsa əvvəl də olub?

- İlk dəfədir, əvvəl narazılığımız olmayıb.

- Davanız olmuşdu?

- Səbəb odur ki, telefon tutdum, mesajları oxudum. Yazırdılar ki, yoldaşından boşan, səni saxlayacağam.

- İndi həmin telefon sizdədir?

- Xeyr, polisdədir.

- İntim xarakterli mesajlar idi?

- Bəli, var idi. Biri deyir gəl səni saxlayım... Ər arvadına yazmayacaq şeylər yazmışdılar.

- Fotolar da göndərmişdilər?

- Sadə telefondur, şəkil çəkmir. Mesajlar və zənglərdir.

- Sizcə mesajlaşdığı şəxslərlə başqa münasibəti də olub?

- Onu deyə bilmərəm.

- Siz özünüz nə işlə məşğulsunuz?

- Fəhləyəm.

- Bəs qadın?

- O işləmirdi, fəhləliklə ailəmi dolandırırdım.

- Əvvəldən qohum olmusunuz?

- Xeyr, qohumum deyildi, kəndçimiz idi.

- Sizə qarşı münasibətinin soyuq olduğunu hiss etmişdiniz?

- Axır vaxtlar deyirdi ki, gəl boşanaq, mən gedim. Bu sözü tez-tez deyirdi. Bakıya getmək istəyirdi.

- Telefonu tutandan sonra onu vurdunuz?

- Yox, istədi əlimdən alsın, götürdüm qaçdım, çata bilmədi. Amma vurmadım.

- Hadisədən sonra yaxınlarıyla danışmısınız?

- Atasına da dedik, anasına da zəng elədik. Nəsillərində hamı bilir ki, telefon tutulduğu üçün qaçıb. Atası dedi ki, buralarda onu tutsam, maşının dalına qoşub sürüyəcəyəm. Ona görə də qaçdı.

- Son zamanlar geyim-keçimində, davranışlarında dəyişiklik hiss edirdiniz?

- Əvvəl normal idi, sonradan nə deyirdimsə, etiraz edirdi. Deyirdim filan yerə getmə, deyirdi, gedəcəyəm, xoşun gəlmir, boşan.

- Övladlarınızı həyat yoldaşınızdan almaq fikriniz var?

- Əlbəttə, övladlarıma sahib çıxıram. Amma onunla barışmaq söhbəti ola bilməz. Mümkün deyil.

- Telefonda bir adamla yazışırmış?

- Polis də baxdı, dedi ki, bu, iyirmi nəfərlə yazışıb, mesajları var. Mesajlarda intim söhbətlər var idi.

- Son olaraq, uşaqlarınızın anasına nə sözünüz varsa, buyurun.

- Nə sözüm olacaq? Haram olsun ona.

olke.az

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 7263
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SonSuz SeVGi
Allah uzaq elesin bu ne iyrenclik...
21 iyun 2016 13:16
12
Offline
Antikvar
Daha bir namussuz qadın, ərindən istifadə edən əxlaqsız qadınlar, əri əziyyət çəksin qadını isə şıllaq atsın, bilirsiz belə qadınlara hansı kişilər lazımdı? Evdə oturmayan, pul qazanmayan, orda burda kef çəkən kişilər gərəkdi onda ağılları başına gələr... az zəhmət çəkən kişidən istifadə edin, az sakit ailəsini düşünən kişilərdən istifadə edin, niyə bu dünyada zəhmətçəkənlərin dəyəri az bilinir, amma özü üçün kef çəkənlərin dəyəri yüksək səviyyədə olur. Elə qadınlar cəmiyyətdə alçaldılmalıdı çünki belələrinin sayı artmaqdadı, cəmiyyətdə həddsiz qınadılmadığına görə digəri etmək istədiyini belələrinə baxıb örnək götürür, Azərbaycan bərbad gündədiyee hər gün bir xəyanət xəbəri eşidirik indi əvvəlkinə nisbətən kişilər qıraqda qalıb qadınlar önə keçib, yada kişilərin xəyanəti sensasiya olmur qadınların etdiyi isə olur, mən demirəm qadın düz edib ən azından mətndə oxuduğumuz zaman qadınla birgə kişinidə qınayardıq amma biz nədənsə bir tək qadını qınayırıq, sanmayın ki , belə əxlaqsız qadınları müdafiə edirəm əsla ən alçaldılmış söz nə varsa belə qadınlara layiqdi, yuxarıdada qeyd etdiyim kimi belələri qınanmalıdı özüdə gözləmədiklərindən çox, bunlarla birgə o kişilərdə (Gəl səni saxlayaram) deyən alçaqlarda qınanmalıdı, ay qeyrtəsiz evdə arvadın uşağın bacın anan var? varsa dön onlara baxda biriləri səninkilərə qayıdıb o sözləri desə necə olarsan? ay mənim bacım arvadım elələrindən deyil demə sən olmayan zaman Allah bilər bacın kimlərlə fırlanır arvadına kimlər baxır, niyə bu qeyrətsizlikləri boynunuza götürmüsüz camaatım qabaqda qalan malını niyə yeməyi arzulayırlar? Bax mən bunu anlaya bilmirəm... Evlisənsə get arvadıva yapış yox subaysansa get başqasını al ona yapış nə görmüsüz evli qadınlarda? Allah cəzasını versin elə kişiciklərin, kişi deməyə dilim gəlmir, indiki zamanda kişilərin sayı barmaqla göstərilməlidi, amma kişiciklərin sayını isə barmağa ehtiyac yox göz önündədilər... Ar olsun elə "qadınlarada - kişiciklərədə"...
21 iyun 2016 11:55
11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
yarpaq33
Bele ailelere uwaqlara yazigim gelir Allah hec kime namus lekesi vurmasin bu cur qadinlarinda Allah belasini versin
21 iyun 2016 09:49
10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
vipbetul
Allah axliizi elimizden almasin abirsizliqa baxe ailesi ola-ola gor ne qeder adamlarla yazisirmise bu ozune ne deyir
20 iyun 2016 23:53
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Kölge
1yox 2yox 3yox 20kişi.....
20 iyun 2016 23:45
8
Her şeye gore şukur
Offline
Gultekin.A
Heyif o oqlanin fehlelikle qazandiqi puldan
20 iyun 2016 22:45
7
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
Ayan
Kisinin danisigindan bele basa dusdum ki zeif kisi imis qadinini elde saxlamagi bacarmauib o ne demekdi tel goturdum qacdim cata bilmedi elinde tel goren kimi agzininustune birini qoyursan 2qatlanir deyir harasa getmeye qoymayanda deyirdi bosan elebosan deyende gerekbosanaudi ki indide bele biyAbr olmayaydi
20 iyun 2016 22:13
6
Her gulusun arxasında bır keder vardır
Online
Efsuw2016
Onsuzda bele qadinlarin yeri cehennemliydi onu melekler lenetleyir hec deyilse balalarina yaziqi geleri
20 iyun 2016 20:39
5
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
Onun_Mələyi
siz onlari bow verin bacilarim.onlar abrlarini bilmirler.bu hal virus kimi yayilib artiq ,coxlari yolxub.yolxacaqda
20 iyun 2016 20:36
4
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
Marta
Allah belani versin axmaq qadin demeye dilim gelmir!!!!
20 iyun 2016 20:28
3
Немного терпения, и у тебя все получится..
Offline
Barbaris
Lenet olsun o qadina uwaqlarida fikirlewmedi abirsiz..Saxlayan ne vaxta kimi saxlayacaq seni
20 iyun 2016 20:09
2
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
BARBI
Allah bele qadinlarin belasini versin. Ailelerini dagidib basqasiyla gedirler
20 iyun 2016 19:38
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv