Anam doğru deyirmiş ki, sən fahişə olacaqsan... [həyat hekayəsi]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 51 880
Səs ver:
(səs: 15)
Qardaşlarım mənə qarşı vicdansızlıq edirdilər
"Bar həyatının öz qanunları var. Burda səhvlər bağışlanılmır. Daha doğrusu, hər dəfə o səhvə görə cavab verməli olursan. Tüpürüb çıxdığın qapıya təkrar-təkrar dönməli olursan. Geri qayıdandan sonra da sənə əvvəlki münasibət olmur. Geri qayıdanda ordakı qızlar bir ara məni ələ salmağa başladılar. "Ərindən küsüb atan evinə qayıtdın" deyirdilər. Getdikcə o həyata uyğunlaşırdım. Təhqirə təhqirlə cavab verməyi, qarşındakından özünə hörmət gözləməməyi öyrənirdim.

Bşqa bir məsələ də var idi ki, ona görə mənə münasibət bir az fərqli idi. Yaşım az idi, o birilər kimi hər gələn "müştəri ilə çıxmağa" məcbur deyildim. Həm də "hərtərəfli" deyilən bir şey var idi ki, mən "onlardan" deyildim. Bu da "müştəri" ilə hər cür əlaqəyə girməyə deyilir. Mən pula görə belə şeylərə getmirdim. Ona görə də "dastoynı" qız hesab edilirdim.

"Hərtərəfli"lər, xaricilərlə "çıxanlar" yaxşı qazanırdı. Xaricilərdən iyrənirdim. Hər 6-cı günlər bara gəlib ölənə qədər içirdilər sonra da sürünə-sürünə bir qız tapıb gedirdilər. Onlarla "çıxan" qızlar deyirdilər ki, üfunət iyi gəlir. Həm də yol boyu qusa–qusa gedirdilər.

Qaldığım evdən daha çox pul qazanmağımı tələb edirdilər. Gecəni səhərə qədər oyaq qalmağım, səs-küy, pis şərait bədənimi gücdən salmışdı. Barın yiyəsi məni çox istəyirdi. "Klient" yanımda oturan kimi meyvə, siqaret, viski "zakaz" eləyirdim. Barın yiyəsinin də sevindiyindən gözləri parıldayırdı. Amma ordan mənə pul çatmırdı.

Uşaq evindən çıxıb ata evimə üz tutduğum vaxt yenicə 15 yaşım olmuşdu. Analığımın məni görməyə gözü yox idi. Atamın o qadından 2 oğlu var idi. Ancaq onlar mənimlə bacı kimi davranmırdılar. Həmin evdə 1 həftədən artıq qala bilmədim. Analığım hər gün atama deyirdi ki, ya Səbinəni döyməlisən, ya da uşaqlarımı da götürüb evdən çıxacağam. Ata bir ana ayrı olduğum qardaşlarım mənə qarşı çox vicdansızlıq edirdi. Bir dəfə hamama girib çimmək istəyirdim ki, qapının açıldığını, 12- 13 yaşlı qardaşlarımın mənə baxdığını gördüm. O anı yadımdan çıxara bilmirəm. Buna analığım şərait yaradırdı. Axşam atam gələndə isə analığım ona dedi ki, öz doğma qardaşlarını yoldan çıxarır. Atam bıçağı götürüb üstümə düşdü. Özümü qorumaq üçün əlimi qabağa verdim. Bıçaq sağ ovcum deşdi. Qan əlimi aparsa da, atam məni döyməyə davam elədi. Qanın içində təpikləndim.

Elə səhəri gün də uşaq evinə qayıtdım. Dadaş müəllim məni görəndə sevindi. Sahibsiz olduğumu, başıma hər oyun aça biləcəyini o vaxt dəqiqləşdirmişdi.

Barda həmin gecə adam az idi. Ofisiant qızla oturub pivə içirdim. Səs–küyün arasında 8 il eşitmədiyim səsi eşitdim. Elman idi. Onlar məni özlərinə bacı bilməsə də, mənim üçün qardaş idilər. Elman atamın o biri arvadından olan ikinci oğlu idi. Özüm ona yaxınlaşdım. Məni tanımadı. Tanışlıq verdim. Üzümə bir az baxandan sonra : "Anam elə düz deyirmiş ki, sən böyüyüb q...bə olacaqsan".

Ona ürəyimin bütün kinini çıxarmaq üçün şillə vurdum. İki əlli boğazıma yapışdı. Səsimizə hamı tökülüb gəldi. Onu məndən güclə ayırdılar.

Mən bara öz istəyimlə düşməmişdim. Məni həyat zorla dibə çəkdi. Anam atmasaydı, atam sahib çıxsaydı, Dadaş müəllim məni zorlamasaydı, pənah gətirdiyim evdə məni fahişəliyə məcbur etməsəydi gecə həyatı, bar, yad kişilər, içki, siqaret məni hardan tapacaqdı?!

İndi 3 qızla bir evdə qalıram. Ev kirayəsini birləşib birtəhər veririk. Bardan uzaqlaşandan sonra ancaq kafelərdə işləyirəm. Gün ərzində qab yuyuram, təmizlik işlərini görürəm. Səhərdən axşama qədər canım çıxana qədər işləyirəm. Gəlirim 5-7 manat arasında dəyişir. Mənə "yaxın duran" yoxdur. O vaxtlar gözəl idim, cavan idim. Ancaq indi... Üzümdə üç bıçaq izi var. Barda xəstəlik də tapdım.

Bəzən elə olur ki, özümü öldürmək istəyirəm. Fikirləşirəm ki, kimə lazımam. Sonra da öz–özümə deyirəm ki, Allah verən candır, əl-ayağım sağdır. Bəlkə nə vaxtsa əlimə pul keçər, ev alaram. Onda bəlkə uşaq evindən 2-3 yaşlı qız da götürüb böyüdərəm. Hələ ki, sürünürəm, yaşamıram. Olub keçənlər gözümün önünə gəldikcə bir daha sarsılıram".
(səs: 15)
Şərhlər: 4
Baxılıb: 51 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri