İllərdir içimdə saxladığım sirrləri sizinlə və oxucularla bölüşmək istirəm. Ancaq çox xaiş edirəm anonim paylaşın çooox xaiş edirəm. 15 yaşımda dayım tərəfindən təcavüzə uğradım kimsəyə deyə bilmədim balacaydım insanlar mənə pis gözlə baxarlar deyə düşündüm uşag ağlı, o ise utanmadan bunu təkrar edirdi.18 yaşımda Rəşad adlı çox yaraşıqlı və imkanlı bir oğlanla tanış oldum mənim üçün hər şeyi edirdi 7 ay bir yerdə olduqdan sora onunla Xızıya getdik.
Gecə çox içmişdik, gecə bir yerdə qaldıq və onunla birlikdə oldum mənim bakirə olmadığımı görüb məni döydü. Maşına qoyub yola çıxdı. Yolun ortasında gecə yarısı məni düşürüb getdi. İtlərdən çox qorxurdum arada bir keçən maşınlar saxlayır. Və maşını Telman diyə bir kişi saxladı mənə pul təklif etdi razılaşıb getdim.
Və beləcə bu yola düşdüm mənə hərşey edirdi ta ki Günel deyə qadınla tanış olana kimi o məni hamıdan uzağlaşdırıb öz müştəriləri ilə görüşdürürdü mənə də çox az pul verirdi. Gecələr çıxa bilmirdim evdən. Bir gün mənə çox yaxşı bir müştəri olduğunu dedi getdim otel qapısını döymüşdüm ki, qapını Rəşad açdı getmək istədim qoymadı heçnə demədən mənimlə birlikdə oldu və mənə çoxlu pul verdi gedənnən sonra mesaj yazmişdı ki, mən onsuzda bilirdim fahişə olduğunu.
Cavanşir deyə bir müşterimnən xəstəlik tutduğdan sonra Günellə dalaşıb ayrıldıq. Müalicə oldum indi yaxşıyam sağalmışam. İndi Valeh adında oğlanla birlikdəyəm çox imkanlıdı çox yaraşığlıdı onu bütün rəfiqələrim qısqanır.
Mən isə hələdə Rəşadı sevirəm... Özümü öldürməyi düşünürəm.