Rəfiqəmin telefonunda sevgilimin şəklini gördüm... - oxucu məktubu

Şərhlər: 9
Baxılıb: 13 253
Səs ver:
(səs: 2)
Salam.Mənim adım Nərgizdi, mənim 5-ci sinifdən bir oğlan dostum var idi .Onunla dostluğumuz olduqca maraqlı idi. Hər gün bir gəlib bir gedirdik dərsə. Artıq 9-cu sinifdə oxuyan zaman mən ona aşiq oldum. Onun özü də bilirdi. Amma bildirmirdi . Biz bir -birimizi sevdiyimizə göre sevgili olduq, ömürlük bir olacağımıza söz verdik. Menim ən yaxın bacı bildiyim bir rəfiqəm var idi . Eyni yaşda idik . Bir gün mən ona dostumu (artıq sevgilim olmuşdu ) onunla tanış edəcəyimi dedim, o da razı oldu. Getdik görüşə. Mənim hazırlıqlarım olduğuna görə getməli oldum. Amma refiqəm qaldı, mənə dedi ki, mən də evə gedirəm . Sən demə, mən gedəndən sonra onlar söhbətləsib, bir-birinə nömrələrini veriblər. Hər gün danışırlar. Amma bu haqqda mənə deməmişdi. Rəfiqəm özü də bilirdi ki, mən onu sevirəm, hətta onunla ölümə də gedərəm. Bunu bilə-bilə edirdi. Bir gün bizə gələndə telefonunda sevgilimin şəklini gördüm.(dəli oldum )..

Soruşdum ki, bu şəkil səndə ne gəzir? O da vhatsappada profilini mənə gösdərdi ki, bax, mən onunla danışıram . Sən aramıza girməsən, yaxşı olar. Bütün bunları sevgilimə dedim. O da dedi ki, özüm bilərəm kiminlə danışaram . Mən ondan ayrıldım, gördüm ki, gözləri doldu. Bilmirəm nə edim, onu çox sevirəm, o da məni amma bilmirəm niyə rəfiqəmi seçdi... :((
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 13 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri