Azərbaycan qadınlarının ilk dirənişi - Mehriban Vəzir yazır

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 693
Səs ver:
(səs: 0)
"Cümhuriyyət qadınları" silsiləsindən

1919 - cu il mayın 28 - də Azərbaycan Cümhuriyyətinin ildönümü bayram edilirdi. Həmin gün Bakı qadınları əllərində gül-çiçək övladları, yaxınları ilə birgə küçələrə axışmışdı.
Bakı - həm hökumət, həm əhali azadlığın ildönümünü böyük fərəhlə qeyd edirdi. Gözəl bir may günündə bütün şəhər əhalisi küçələrə tökülmüşdü.
Qadınlar toplum halında Bakı bulvarına axışırdılar. Həmin günə kimi bir nəfər belə olsun müsəlman qadını bulvarda olmamışdı. Yasaq idi. Sahilin gözəl əyləncə yerlərinə, kazinolarına, sinemalarına yalnız kişilər öz əcnəbi sevgililəri ilə gedirdilər.
Bulvar mühafizəsi qadınların yolunu kəsdi: "Olmaz! Yasaqdır! Müsəlman qadını bulvara gələ bilməz! Gedin buradan!"
Qadınlar dirəndilər: "Çəkilin önümüzdən. Biz, bu cahil qaydaları yer üzündən silmək üçün Cümhuriyyət qurmuşuq. İndi siz də bizə yasaq qoyursunuz?"
Qarşıdurma yarandı...
Qələbəlik böyüdü...
Xəbər tutan sahilə sarı yol aldı...
Bir müddət sonra qadınlar canlı şəridi yarıb gurultu ilə Bakı Bulvarına axın etdilər.
Bu, Azərbaycan qadınının Bulvara getməyə nail olduğu ilk gündür. Tarixi gündür; 28 may, 1919 - cu il. Cümhuriyyətin ildönümü günü.
Bu tarix Bakı Bulvarına lövhələrdə yazılıb vurulmalıdır!
Azərbaycan qadını bilməlidir - bu gün maneəsiz dolaşdığı Xəzərin mavi sahili qadın uğurudur, qadının tarixi nailiyyətidir.
Bu nailiyyət Cümhuriyyət qadınlarının nəsillərə töhfəsidir.
Həmin günün səhərisi Bakıda böyük mübahisələr başlayır. Mühafizəkar dini dairələr od püskürür, müsəlman qadının bulvarda görünməyini qiyamətin əlaməti kimi qiymətləndirirlər.
Bakı qoçuları əlisilahlı bulvarın yolunu kəsdirir.
Mətbuatda qarşıdurmalar, tərəflərin bir-birinə yağdırdığı ağır ittihamlar baş alıb gedir. Məscidlər qızğın və qızışdırıcı müzakirə meydanına dönür.
Ertəsi gün Cümhuriyyət hökuməti qadınları müdafiə edən bəyanat yayır.
Bakıda fikir qarşıdurmaları kəskinləşsə, maneələr baş qaldırsa belə, həmin gündən sonra o yasağı bir daha geri gətirmək mümkün olmur.
Qadınlar istədiklərinə öz əzmləri ilə nail olurlar.
Düzdür, Cümhuriyyət qadınlara seçki haqqı vermişdi. Qadınlar isə günlük həyatda öz haqları uğrunda özləri mübarizə aparır və nail olurdular.
Əziz qadınlar, lütfən, sahildə şad-xürrəm dolaşırkən o mübariz sələflərimizi, mücahid analarımızı, fədakar xanımlarımızı anın.
Onlar, indi kiçik bildiyimiz bir çox mühüm azadlıqlarımızın müəlifləridir.
/qadınkimi
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri