Mənzil alarkən bu sənədləri tələb edin – HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 875
Səs ver:
(səs: 0)
Bəzən elə olur ki, yeni tikililərdə mənzil alan şəxs yumşaq desək xoşagəlməz hal ilə üzləşirlər. Misal üçün olub ki, bir mənzili bir neçə vətəndaşa satıblar. Bəs bu tip problemlə üzləşən vətəndaş nə etməlidir. “Unilegal Consulting” hüquq şirkətinin rəhbəri Tofiq Hacıyevin sözlərinə görə,bir zamanlar belə hallar kütləviləşmişdi. O səbəbdən də dövlət də bu məsələyə müdaxilə etdi. Qanunvericilikdə bununla bağlı müsbətə doğru dəyişikliklər oldu.

Adətən sahibkarlar MTK təsis edirlər və həmin ad altında müəyyən tikinti işləri görürlər. Bəzi tikinti şirkətləri bina tam təhvil verilməmiş mənzilləri satışa çıxarırlar. Bu tip bəzi şirkətlərin maliyyə vəsaiti bitəndə isə tikinti yarımçıq qalır. Bu zaman mənzilə pul ödəyən vətəndaş mənzili əldə edə bilmir. Binanı inşa edən MTK isə mənzil üçün aldığı pulu geri qaytara bilmir. Belə olduğu halda iki tərəf arasında məhkəmə çəkişmələri başlayır. Odur ki, bu cür hallar ilə qarşılaşmamaq üçün tövsiyyə olunur ki, alıcı şirkəti arşdırmamış mənzil almasın.

Mənzil almaq istəyən şəxs ilk olaraq MTK-dan hansı sənədi tələb etməlidir ki, bilsinki almaq istədiyi mənzil qanuni şirkətə məxsusdur və ya yetərincə maliyyə vəsaiti var.

Bununla bağlı qanunvericiliyə bağlı bəzi dəyişikliklər oldu. Belə ki, bəzi şirkətlər notarial qaydada legallaşdırılacaq. Digər tərəfdən həmin tikinti şirkətlərin lisenziyasının olub-olmamasını öyrənsinlər. Tikinti şirkətinin sənədlərinə baxsınlar. Şirkətin ümumi fəaliyyəti ilə maraqlansınlar. Əvvəllər şirkətin hansı işlər gördüyü barədə məlumat əldə etsinlər. Yalnız bundan sonra həmin inşa şirkətindən mənzil almaq barədə düşünmək olar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri