Sığorta müqaviləsi bağlayarkən nələri tələb edə bilərsiniz?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 684
Səs ver:
(səs: 0)
Sığorta qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra cəmiyyətdə ən tanınmış sığorta növlərindən biri olan və “el arasında” icbari sığorta adı ilə tanınan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri artıq elektron sənəd formasında tərtib olunmağa başlandı.

Bununla yanaşı foto və video qeydiyyat funksiyalarına malik yol nəzarət qurğuları vasitəsilə həmin sığorta müqavilələrinin qüvvədə olub-olmamasının yoxlanması, ödəmə terminalları vasitəsilə sığorta haqlarının ödənilməsinin mümkün olması, elektron hökumət portalı vasitəsilə asanlıqla onlayn qaydada sığorta müqaviləsini əldə etməyin mümkün olması və digər mütərəqqi addımlar bu sığorta növü üzrə sənədləşməni istisna etdi.

Bu isə öz növbəsində kağız daşıyıcıda tərtib edilən müqavilələrin sıradan çıxmasına, avtomobillərin ön şüşəsinin sağ kənarında sığorta şirkətlərinin etiketlərinin yapışdırılmamasına və sürücülərin artıq sənəd daşımaqdan xilas olmasına gətirib çıxardı.

Buna baxmayaraq yenə də müvafiq sığorta müqavilələri ilə əlaqədar cəmiyyətdə cavabını tapmayan sualların olması müşahidə edilməkdədir.

Bu sualları aşağıdakı kimi qeyd etmək mümkündür:

– Mən necə müqaviləmə baxa bilərəm?

– Müqaviləmin qüvvəsi nə vaxt başa çatacaq?

– Hadisəm olanda nə etməliyəm ki, ödənişdən imtina edilməsin?

– Hansı hadisələrə görə ödəniş verilir? və s

Bu kimi sualların yaranmaması üçün məqsədəuyğundur ki, sığorta müqaviləsi bağlayarkən sığorta şirkətindən yaddaş vərəqi tələb edilsin.

İstər avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsini, istərsə də könüllü qaydada tərtib edilmiş sığorta müqavilələrini tərtib edərkən sığorta şirkətləri sığortalılara müqavilənin qüvvədə olduğu müddətdə baş verən hadisə zamanı necə hərəkət etməyi, sığortalıların hüquq və vəzifələrini, hansı hadisələrə görə ödəniş verildiyini və digər şərtləri əks etdirən yaddaş vərəqi vermək öhdəliyi daşıyır.

Bu öhdəlik həm Mülki Məcəllənin 913-cü maddəsindən, həm də müvafiq qaydada icbari sığorta qanunvericiliyi və könüllü sığorta qaydalarından irəli gəlir.

Bununla yanaşı qeyd edək ki, icbari qaydada bağlanan və elektron sənəd qaydasında tərtib edilən sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənmək üçün müqavilənizi tərtib edən sığorta şirkətinizə müraciət edərək elektron qaydada tərtib edilmiş müqavilənizi çap versiyada əldə edə bilərsiniz.

Onu da xatırladaq ki, sığorta müqaviləsi bağlanarkən sığorta şirkətinin müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna maliksiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri