Dünya Bankı: yalnız beş ölkədə qadınlara və kişilərə bərabər hüquqlar verilir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 675
Səs ver:
(səs: 0)
Dünya Bankının yeni hesabatına görə, dünyada qadınlara və hüquqlara qanuna əsasən bərabər hüquqlar verilən cəmi beş ölkə var.

“Euronews” informasiya telekanalına istinadən, bu reytinqdə ilk beş yeri Danimarka, İsveç, Fransa, Latviya və Lüksemburq tutur.

Dünya Bankının tərtib etdiyi indeksdə şəxsin “başqa yerə köçməsi”, “işə başlaması”, “uşaqlarının olması”, “biznes fəaliyyəti” və “pensiya alması” kimi meyarlar təhlil olunur.

Dünya Bankının hesabatında deyilir: “Qadınların 25 yaşında ilk dəfə işə başladığı vaxtdan və ya öz övladları barədə qayğını iş ilə uzlaşdıran anadan pensiyaya çıxmaq həddinə olan çatana qədər onların qəbul etdiyi iqtisadi qərarlara qanunun necə təsir göstərməsi təhlil edilir”.

Hesabatda son 10 ildə bir sıra ölkələrdə əldə edilmiş “böyük tərəqqi” alqışlanır. Sənəddə deyilir: “131 ölkədə qanunlar və normativ aktlarla əlaqədar həyata keçirilmiş 274 islahat gender bərabərliyinin artmasına gətirib çıxarıb”.

Lakin islahatlar heç də bütün ölkələrdə eyni sürətlə həyata keçirilmir. Dünya Bankının məlumatına görə, qadınlar kişilərə verilən qanuni hüquqların yalnız dördə üç hissəsindən istifadə edirlər. Yaxın Şərqdə və Şimali Afrikada isə qadınların hüquqları kişilərin qanuni hüquqlarının yarısından da azdır. İndeksdə 100 xal toplamış cəmi 5 ölkə olub: Danimarka, İsveç, Fransa, Latviya və Lüksemburq. Bu o deməkdir ki, həmin ölkələrdə tədqiq edilən sahələrdə kişilərə və qadınlara eyni qanuni hüquqlar verilir.

Dünya Bankında bildiriblər ki, Fransada ailə zorakılığı və seksual zorakılıq əleyhinə, həmçinin uşağa qulluq üçün ödənişli məzuniyyət haqqında qəbul edilmiş yeni qanunvericilik sayəsində bu sahədə daha böyük irəliləyiş əldə edilib.

Məruzədə deyilir: “gender bərabərliyinə nail olmaq üçün təkcə qanunlarda dəyişiklik edilməsi kifayət deyil. Qanunlar şüurlu şəkildə həyata keçirməlidir, bu isə davamlı siyasi iradə, bütün cəmiyyətlərdə həm qadınlar, həm də kişilər tərəfindən liderlik, habelə sabitləşmiş mədəni norma və baxışların dəyişdirilməsini tələb edir”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri