Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 92
Səs ver:
(səs: 0)
Beynəlxalq ictimaiyyət bəşəriyyətin inkişaf məqsədlərini müəyyənləşdirərkən demokratiyanın inkişafını, sosial ədalət və tolerantlığın əldə olunmasını gender bərabərliyindən asılı olduğunu bəyan etmişdir. Bu səbəbdən də, qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası daima Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) diqqətindədir.

Müvəkkil qadın hüquqlarının təmini vəziyyətini təhlil edərək, yeni qanunvericilik aktlarının, dövlət proqramları layihəsinin, qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamışdır. Müvəkkil öz fəaliyyətində qadınların təhsil, sağlamlıq hüquqlarının müdafiəsi, təmini və təbliği işinə geniş yer vermiş, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və belə halların aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməklə yanaşı, qadınlar və kişilər arasında fərqlənən rəhbərlik üslubları, qadın və kişilər üçün daha yaxşı karyera modelləri, tədqiqat və innovasiyalarda gender bərabərsizliyinin aradan qaldırılması, yəni elm müəssisələrində qadınlara kişilərlə eyni imkanlar verilməsi üçün ən yaxşı strategiya barədə müxtəlif geniş auditoriyalar qarşısında çıxışlar etmişdir.

Müvəkkilin tövsiyələri və təqdim etdiyi təkliflərin böyük əksəriyyəti nəzərə alınmaqla ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında, eyni zamanda 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da sözügedən problemin həllinə yönəlmiş müddəalar nəzərdə tutulmuş və hazırda uğurla həyata keçirilməkdədir.

Məlumdur ki, BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 5-ci məqsədinin məhz gender bərabərliyinə nail olmaq və bütün qadın və qızlara səlahiyyət verməkdir. Bu baxımdan Müvəkkil “Gender zorakılığı zəminində yaranan mübahisələrin təhlili və zorakılığa məruz qalmış şəxslərə yardımın göstərilməsi sahəsində Milli Strategiya və Fəaliyyət Planı”nın layihəsi hazırlanarkən, qeyd olunan milli və beynəlxalq əhəmiyyətli sənədlərdən irəli gələn müddəaların nəzərə alınmasını tövsiyə etmişdir.

Müvəkkil qadın hüquqlarını özündə ehtiva edən və əsas beynəlxalq sənədlərdən olan Pekin Fəaliyyət Platformasının 12 prioritet istiqamətləri üzrə öz fəaliyyətini həyata keçirməkdədir. Burada gender balansına, bərabər səlahiyyətlər əsasında ictimai həyatın bütün sahələrində, xüsusilə də qərar qəbuletmə və siyasətin işlənib hazırlanması işində qadınların tam iştirakı və təşəbbüslərinin artırılması məqsədilə Müvəkkil yerli və mərkəzi icra hakimiyyəti orqanları, QHT və KİV-lə, icmalarla əməkdaşlıq edir, mövcud problemlərin həlli istiqamətində tədbirlər təşkil edir.

Müvəkkilin ünvanına daxil olan gender stereotipləri, diskriminasiya halları, gender bərabərliyinin özəyini təşkil edən siyasi, sosial, ailə, reproduktiv sağlamlıq və digər məsələlərlə bağlı müraciətlər və şikayətlər araşdırılır və səlahiyyətlər çərçivəsində müvafiq tədbirlər görülür.

Müvəkkil və aparatın əməkdaşları bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün qadın sahibkarlığı, gender bərabərliyi, məişət zorakılığı, insan alveri və erkən nikahlar mövzusunda maarifləndirici seminar və məşğələlər təşkil edir və intensiv maarifləndirmə işləri aparır. Bunun nəticəsi olaraq, minlərlə qadın öz hüquqları barədə bilgilər əldə edir və bununla da onların cəmiyyətdəki fəallığı artır. Qadın məhkumların hüquqlarının müdafiəsinə də həssaslıqla yanaşılaraq, bu sahədə də davamlı tədbirlər görülür.

Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan prioritetlərdə ölkə səviyyəsində həyata keçirilən islahatlar və qazanılmış uğurlarla yanaşı, bir sıra istiqamətlərə diqqətin artırılması tövsiyə olunur. Bunlar gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişlənməsi istiqamətində əldə olunan uğurlar əsasında stereotiplərə qarşı mübarizə, kənd və rayon yerlərində gender siyasətinə diqqətin artırılması və bu sahədə mövcud boşluqların aradan qaldırılmasını nəzərdə tutur ki, bu istiqamətdə Müvəkkil tərəfindən geniş fəaliyyət həyata keçirilməklə qadın hüquqlarının təbliğinə böyük önəm verilir.

Müvəkkilin qadın hüquqlarının qoruması və gender bərabərliyi sahəsindəki fəaliyyəti nəinki ölkə daxilində, eləcə də beynəlxalq səviyyədə genişlənməkdədir.

Müvəkkil və əməkdaşları qadın hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təsisatın təcrübəsini bölüşmək məqsədilə beynəlxalq tədbirlərdə iştirak edərək, bəyanatlarla çıxış etmişlər.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 92
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
teesufki olkemizde qadin huquqlari ezilir. bununla mubarize aparmaliyiq
15 avqust 2019 20:58
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri