Girovun itməsi, zədələnməsi və s. hallarda hüquqlarınızı bilirsinizmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 312
Səs ver:
(səs: 0)
Girov anlayışı müəyyən mənada əşyanın tərəflər qarşısında öhdəliklərini ifadə edir. Beləki, hüquqi yönümdən avtomobil girov qoyulduqda həm girov qoyan şəxs, həm də girovu saxlayan şəxs girovla bağlı hər hansı məsələdə iki tərəfli məsuliyyət daşıyır. Yəni siz avtomobilinizi girov kimi banka təqdim edərək kredit almısınız. Avtomobiliniz qəzaya düşüb. Hər iki tərəf həm bank, həm də siz artıq zərərşəkənsiz. Ancaq əgər bu qəza sizin tərəfininzdən qəsdən və ya məsuliyyətsizliyinizdən törədilibsə siz təqsirkar siması alırsınız. Bu məqamda artıq siğorta şirkətləri məsələyə daxil olur. Avtomobiliniz icbari və ya kasko siğortasının olmasından, siğorta şirkəti, siğorta müddəti, franşız, siğorta haqqından asılı olaraq vəziyyət dəyişə bilər. Burdakı əsas məqam hüquqi baxımdan bu situasiyada tərəflərin necə hərəkət etməli olduqlarıdır.

Bildiyimiz kimi girov daşınar və ya daşınmaz ola bilər. Əşya girov qoyulduqda tərəflərin onun üzrəindəki haqqları məhdudlaşır. Yəni siz girova qoyulmuş evi satmaq istəsəniz bunu qarşı tərəfə bildirməyə məcbursiz, başqa sözlə evi tək sata bilməzsiniz. Eyni zamanda girovun başına pis bir hadisə gəldikdə qırıldıqda, sındıqda, itdikdə, yandıqda və s. hallarda girov saxlayan məsələn bank əvəz almaq tələbini irəli sürə bilər. Eyni hal və hüquqlar qarşı tərəfə yəni müştəriyə də aiddir. Bu kimi halları tənzimləmək üçün məhz girov müqaviləsinin imzalanması mütləqdir. Girov müqaviləsi ilə girovun rəsmiyyəti təsdiqlənməsi ilə yanaşı, həm də hər hansı mənfi halda tərəflər öz hüquqlarının müdafiəsinə qalxa bilirlər. Bu səbəblə girov müqaviləsi imzalanarkən maddələri diqqətli oxuyun. Əgər aydın olmayan hər hansı şərt və ya maddə varsa qarşı tərəflə müzakirə edib aydınlaşdırın. Növbəti addımlarda diqqətli oxumamanız problemə yol aça bilər.

Girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan (müştəri) və ya girov saxlayan (bank), əgər müqavilədə ayrı qayda xüsusi hallar nəzərdə tutulmayıbsa, bütün situasiyalarda qarşılıqlı məsuliyyət daşıyırlar. Bəs hüquqi baxımdan girov qoyulmuş əşyanın məhv olmasının, itirilməsinin və ya zədələnməsinin nəticələri halında nə baş verir? Mülki məcəllədə bu hallar Maddə 285 ilə tənzimlənir və aşağıdakıları əhatə edir:

Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür.
Girov saxlayan ona verilmiş girov predmetinin tamamilə və ya qismən məhv olması, itirilməsi və ya zədələnməsi üçün, əgər Məcəllənin 455-ci maddəsinə uyğun olaraq məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə, məsuliyyət daşıyır.
Girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi dəyəri məbləğində, zədələnməsinə görə isə dəyərinin azaldığı məbləğdə məsuliyyət daşıyır.
Əgər zədələnmə nəticəsində girov predmeti öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişmişsə, girov qoyan ondan imtina edə bilər və onun itirilməsi üçün əvəz tələb edə bilər. Müqavilədə girov saxlayanın girov qoyana girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən digər zərərin əvəzini də ödəmək vəzifəsi nəzərdə tutula bilər. Girovla təmin edilmiş öhdəlik üzrə borclu olan girov qoyan girov predmetinin itirilməsi və ya zədələnməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə girov qoyana verdiyi tələbi girovla təmin edilmiş öhdəliyin ödənilməsinə aid edə bilər.
Misal olaraq, siz evinizi və bəzi əşyalarınız banka girov olaraq təqdim etmişsiniz, banksa bunları 67 650 AZN məbləğində qiymətləndirib. Nəticədə buna uyğun sizə kredit vermişdir. Ancaq sonradan siz bəzi əşyalarınız yanmış, yəni istifadəyə yararsız hala düşmüşdür. Təkrar yoxlama nəticəsindən bank aşkar edir ki, əşyalar yarasızdı. Bu halda bank sizdən zərərin əvəzini də ödəmək vəzifənizi tələb edə bilər. Bu vəziyyətdə siz zərəri ödəyə və ya əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetinin dəyişdirə bilərsiniz, o şərtlə ki, bankın razılığı olsun.

Yox əgər bankda saxlanılan girovunuzun başına mənfi hal gələrsə, tutaq ki, siz bankda əmanətinizi girov qoyaraq kredit almısınız, bu zaman bank sizin zərərinizi ödəməlidir. Təbii ki, bütün hallarda son nəticədə tərəflərin razılaşması, müqavilə əsasında və ya məhkəmə yolu ilə məsələ həll olunur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri