Hamiləlik dövründə nikahın pozulması proseduru necədir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 373
Səs ver:
(səs: 0)
Ölkəmizdə vətəndaşları narahat edən hüquqi məsələlərdən biri də nikahın pozulması proseduru ilə bağlıdır. Həm boşanma prosesinə qədər, həm də boşanmadan sonra tərəflər arasında müxtəlif səbəblərdən çəkişmələr baş verir. Son dövrlərdə boşanmaq üçün müraciət edənlərin sayının artması ilə bu problem də aktuallaşır. Tərəflərin boşanma üçün müraciətinə dair qanunvericilikdə müəyyən məhdudiyyətlər mövcuddur. Qanunvericiliyə görə, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Bəs, qarşı tərəf necə, hamiləlik dövründə boşanma ilə bağlı məhkəməyə müraciət edə bilərmi?

Vəkil Zaur Hüseynov açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilik qadının qarşısında hər hansı məhdudiyyət qoymur. Yəni, qadın hamilə olduğu halda nikaha xitam verilməsi barədə iddia qaldıra bilər.

Hamiləlik dövründə aliment tələb olunması məsələsinə gəlincə isə, “Hamiləlik dövrü üçün qadın aliment ala bilməz. Alimentin ödənilməsi üçün uşaq dünyaya gəlməlidir. Uşaq dünyaya gəldikdən 3 yaşına qədər isə o, həm uşaq üçün, həm də uşağa baxdığına görə özü üçün aliment ala bilər”, - deyə vəkil qeyd edib.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 373
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri