Boşanma zamanı ipotekada olan mənzil necə bölünür?

Müəllif: diablo
Şərhlər: 4
Baxılıb: 381
Səs ver:
(səs: 0)
Azərbaycanda son illərdə boşanan ailələrin sayı artmaqda davam edir. Boşanmalar zamanı ən çox mübahisəyə səbəb olan və məhkəmə salonlarına daşınan mövzular uşaqların və əmlakın bölüşdürülməsidir. Bu dəfə isə problemli əmlakın bölünməsi müzakirəyə səbəb olub.

Vətəndaşlardan biri sosial şəbəkədə fəaliyyət göstərən “Hüquqşünaslar” qrupuna müraciət edərək ipotekada olan mənzilin boşanma zamanı necə bölüşdürülməsi, boşanmadan sonrakı müddətdə banka olan kredit borcunu kimin ödəyəcəyini soruşub: “Birgə nikah dövründə ipoteka ilə alınan ev boşanmadan sonra məhkəmə qaydasında necə həll olunur? Çünki 3 ildir kredit ödənib, hələ 16 il qalır”.

Hüquqçular bu məsələnin bir neçə variantda həlli olduğunu bildiriblər.

Əmlak nikah dövründə alınıbsa, ərlə arvadın ümumi birgə mülkiyyətidir. Bu vaxta qədər ödənilən məbləğ də birgə təsərrüfatdan sayılır. Boşanma zaman ən asan çıxış yolu budur ki, məsələn ər bugünə kimi ödənilən pulun yarısını arvada ödəyir və ev kişiyə qalır. Təbii ki, kreditin qalan hissəsini də ər ödəyir. Yaxud da əksinə olur. Bu ərlə arvadın öz arasında razılığa gəldiyi variantdır. Əgər tərəflər razılığa gələ bilməsə, çıxış yolunu məhkəmə müəyyən edir. Təcrübədən bəllidir ki, çox vaxt məhkəmə kreditin boşanmadan sonra da hər iki şəxs tərəfindən yarıbayarı ödənilməsinə qərar verir. Əmlak bankda yüklü edildiyi üçün isə kredit tam ödənilməyincə bölünməsi mümkün deyil.

Bəs ailənin uşağı da varsa, o zaman şərtlər dəyişirmi?

Boşanmadan sonra uşaq ana ilə qalırsa, o məhkəmədən tələb edə bilər ki, uşağın atası kredit üzrə aylıq məbləğin yarısını yox, 3-də iki hissəsini ödəsin. Həmçinin uşaq ata ilə qalarsa, o da oxşar tələb ilə çıxış edə bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 381
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 273
Xəbər sayı: 0
Qıvırcıq_007
Əyər iki insan yola gedə bilmirlərsə mədəni ayrılmalıdırlar.Savaşaraq yox.Övladlarına sahib çıxmalıdırlar.
17 iyun 2020 01:47
4
Şərh sayı: 6149
Xəbər sayı: 0
Cema_Axodova
Bowanmaqa cox qarwiyam eger uwaq varsa.amma mence ayrilanda kiwi penceyin goturub cixmalidi daha ev davasi qab davasi etmemelidir
17 iyun 2020 00:48
3
p.s
Şərh sayı: 80576
Xəbər sayı: 30
BARBI
Hmm her halda usaq varsa yuzde 60 ananin payina dusur
16 iyun 2020 22:17
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 4594
Xəbər sayı: 47
fiyonik
Eslinde usaq da varsa ev bolunmelidi. Nigah dovrunde filan yazilib da. Bes o mulk ailesinden qalandisa. Yeni nigah dovrunde deyilde coxdan olubsa? Bunun cavabi yoxdu xeberde. Amma yenede maragli xeberdi. Ele de diqqetle oxudum ki, :)
Tesekkurler
16 iyun 2020 21:08
1
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri