Azərbaycanda Kişi Arvadını Əvvəl Döydü, Sonra Da Bıçaqladı.

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2306
Paylaş:
Səs ver:
(səs: 2)

 

Cəlilabad rayonunda iki il əvvəl boşanmış qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Bıçaqlanma hadisəsi Cəlilabad şəhərinin Səttarxan küçəsində qeydə alınıb.
Rayonun Ləkin kənd sakini, 24 yaşlı Rahim Vəzir oğlu Nəsirov Bakı şəhərində işlədiyi daş karxanasından Cəlilabada gələrək keçmiş həyat yoldaşı 30 yaşlı Aynurə Abas qızı Abasovanın evində əvvəlcə onu döyüb, daha sonra isə bıçaqla bədəninə ağır zərbə endirib. Zərərçəkmişin yaxınlarının sözlərinə görə içki düşkünü olan Rahim Aynurə ilə nikahda olduğu müddətdə də ona mütəmadi işgəncələr verirmiş.
Cəlilabad rayon müalicə və diaqnostika mərkəzinə çatdırılan Aynurə Abasova cərrahiyyə şöbəsində dərhal əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Hadisənin başvermə səbəblərinə gəldikdə isə, Rahim Aynurədən onun çalışdığı çörək intimindən çıxmağını tələb edirmiş. Lakin 4 övlad anası olan Aynurənin ailəni dolandırmaq üçün başqa yolunun olmadığını bildirməsi sonda məlum hadisəyə gətirib çıxarıb.
Qeyd edək ki, polislər tərəfindən saxlanılan Rahim Vəzirov indiyə kimi bir neçə dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

 


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 2306
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv