Şiddətə məruz qalan qadınlar nə etməlidirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2491
Səs ver:
(səs: 0)
Qadınlara qarşı şiddət gün-gündən artır. Bəs biz buna qarşı nə edəcəyimizi bilirikmi?
"Qadınlar zorakılığa uğradıqları zaman bundan əsla utanmamalıdırlar.  Çünki şiddətə məruz qalmaq deyil, şiddət tətbiq etmək utanılacaq bir mövzudur". Buna görə də şiddət görən qadınlara bəzi tövsiyyələrimiz olacaq:

1. Əsla utanmayın və səssiz qalmayın.
2. Şiddət əsnasında kəsici, deşici alətlərin olduğu yerlərdən uzaq durun.
3. Dərhal ən yaxın polis bölməsinə gedib şikayət edin.
4. Həkimdən hesabat alın və bu hesabatları əsla itirməyin.
5. Şiddət göstərən adamı mütləq polisə şikayət edin.
6. Fiziki şiddətdən sonra gələn optimist davranışlara inanmayın. Çünki bu hadisə, bir müddət sonra yenidən təkrarlanacaq.
7. Boşanma davalarında yalnız danışmaq istədiyini söyləyən kişilərə inanmayın, bu inamın  sonu bir çox hallarda  qadınların öldürülməsi ilə bitir.

Şiddət görən qadınlar özlərini necə qoruya bilər?
Şiddət anında, duş, mətbəx kimi yerlərə özünüzü qapatmayın, mümkün olduğu qədər çıxış qapısının yanında olun. Yoldaşınızda şiddət meyli hiss edirsinizsə, əvvəldən onun bilmədiyi bir ünvanda bir neçə parça paltar, ayaqqabı, geyim, və bir az pul yerləşdirin. . Uşağınız varsa onun da geyinəcəklərini, paltarlarını və metrikasını eyni yerə aparın. Qadın sığınacaq mərkəzlərinin telefonlarından bir neçə dənəsini də mütləq əzbərləyin.

Şiddət görən qadınların qanuni hüquqları
1.Qanuna əsasən şiddət tətbiq edən kəs evdən uzaqlaşdırıla bilər. Bunun üçün polis bölməsinə, prokurorluğa və ya birbaşa ailə məhkəməsinə müraciət edə bilərsiniz.
2. Boşanma iddiası aça bilər, maddi və mənəvi təzminata haqq qazana bilərsiniz.
3. İşləməyən qadınlar aliment hüququna malikdirlər.
4. Şiddət göstərən kimsə üçün cəza iddiası aça bilərsiniz.

Şiddət mövzusunda cəmiyyətə düşən vəzifələr
Cəmiyyətin bu mövzuda həssas olması lazımdır. Gözlərinin qarşısında döyülən və ya bıçaqlanan bir qadını seyr etmək yerinə dərhal polis çağırmaq lazımdır. Şiddətə məruz qalan qadınlar qadın sığınacaqlarına uşaqları ilə birlikdə qəbul olunmalıdırlar. Kiçik uşaqlar, bələdiyyə və dövlət sığınacaqlarına on iki yaşına qədər qəbul olunur. . Bu yaşdan böyük olanlar isə Sosial Xidmətlər və Uşaq Əsirgəmə Təşkilatına göndərilir
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2491
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
o insanlar baresinde sikayet edib canlarini qurtarib onlari inildedib ayaqlarina salmalidilar
1 oktyabr 2014 01:31
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Antikvar
Men qadina el qaldiran insani kisi adlandirmaram.Zeiflik,Acizlik,Gucsuzdulerki hemen insanlar gucleri sadece qadina catir.Insada dil deyilen bir hisse var onu eyer islede bilmirsense niye istifade edirsen apar tulla getsin.Allah o qollari sene vermeyibki gedib kimseni doyesen..Demek burasinida qeyd eleyim qadinda gerek ozunu o hedde catdirmasinki kimse ona el qaldirsin.Bu yuxaridada ele sizler yazilibki ele bil indi cinayet isi gedir)
30 sentyabr 2014 02:13
5
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
narmiwka_15
arvadini doyen"kiwi" kiwi deil
26 sentyabr 2014 17:43
4
Offline
Melek5
Sitat: emis
allah heckese gostermesin

ay sagol
26 sentyabr 2014 14:58
3
İllərlə uzatdığı saçı 1 saniyə içində kəsə bilən bir qadına "Məni unuda bilməzsən" demə...O qadın səni tarixə basdırar Cənab!
Offline
emis
allah heckese gostermesin
26 sentyabr 2014 14:52
2
Offline
BARBI
Qadina el kisi kisi deyil hetta insan deyil

Qadina el qaldiran kisi deyil
26 sentyabr 2014 09:22
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri