Təhsil qızların ikinci xoşbəxtliyidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2092
Səs ver:
(səs: 6)
Bir çox cahil insanların fikrincə, dinimizdə qadının təhsil almasına yaxşı baxılmır. Lakin unudurlar ki, İslam dini elmə böyük qiymət verir. "Qurani - Kərim”də buyrulur : "Heç bilənlə bilməyənlər bir sayıla bilərmi?” Peyğəmbərimiz(s.a.v) də " Beşikdən məzaradək elm öyrənin” buyurmuşdur. Yəni qadınlarımızın elmə yiyələnməsini əngəlləmək istəyənlərin dini əsas gətirmələri heç də düzgün hesab edilmir.
Gəlin birlikdə aydınlıq gətirək: İlk öncə təhsilli qadınla, təhsilsiz qadın arasındakı fərqi müqayisə edək. Bildiyimiz kimi hər bir qadın ilk növbədə həm də anadır. "Uşaqlarınızı tərbiyə edin və elm öyrədin” şüarını əsas götürərək, bunu hansı şərtlər daxilində, hansı qadın daha yaxşı bacara bilər?
Təbii ki, qadının ailə ocağındakı ən başlıca vəzifəsi uşaqları düzgün tərbiyə edib, düzgün yetişdirməsidir. Qadın bu yolda ən bacarıqlı tərbiyəçidir. Bu baxımdan qadınların elm və biliyə sahib olmaları nə dərəcədə vacib bir amildir, bunu hər kəs dərk etməlidir. Bilirik ki, uşaqların tərbiyəsi lap kiçik yaşlarından başlayır. Təhsili, biliyi, bacarığı mükəmməl olan bir qadın, doğru –dürüst övladlar yetişdirməkdə təbii digərindən fərqlənəcək. Hələ bu bacarıqlara qadının özü ilə bərabər doğulmuş həya, ismət və əxlaq da əlavə olunarsa, deməli, gələcək üçün mükəmməl bir şəxsiyyət yetişdirmək yolunda heç bir maneə qalmır deməkdir. Hətta sübuta yetirilmişdir ki, elm və biliyə sahib olan qadınlarımız həyat yoldaşları tərəfindən daha çox sevilib hörmət olunanlardı.
Bu gün cəmiyyətimizdə belə bir fikir formalaşıb: "Oğlan uşaqları təhsil almaqda birinci sırada olmalıdırlar, çünki onlar gələcək ailəsi üçün pul qazanmaq kimi məsuliyyətli bir problemlə qarşılaşacaqlar”. Doğrudur, kişi ailə başçısı kimi bu məsuliyyəti daşıyır və daşımalıdır. Ancaq bu o demək deyil ki, ailə qurduğu qızın ali savadı olmamalıdır. Olacağı halda nə qədər sağlam bir ailənin formalaşması daha qəbuledilən deyilmi?
Bu gün qızlara təhsil sarıdan diqqətin azalması səbəbləri nədir? Bir çox səbəblər var ki, məhz bu səbəbləri üstün tutaraq bəzi valideynlər qızlarını təhsil almaq hüququndan məhrum edirlər. Qızlar üçün ancaq "ev işləri, tikmə, naxış, mətbəxt işlərinin” daha çox vacib olduğunu üstün sayırlar. Bu doğrudanmı belədir? Həqiqətənmi qızlarımız təhsildən çox ev işlərinə diqqət ayırmalıdırlar? Bəs onda yuxarıda dediyimiz savadlı, bilikli, əxlaqlı övlad yetişdirmək üçün bu qadınlar çətinliklə qarşılaşmayacaqlarmı?
Bir başqa səbəb isə erkən nigaha üstünlük verilməsidir.Çox acınacaqlı bir haldır ki, bu gün yuxarı sinif şagirdləri arasında dərsə gələn şagirdlərin əksəriyyətini oğlanlar təşkil edir. Bu təbii daha çox regionlarda rast gəlinən bir haldır. Qızlar birmənalı olaraq ailə qurması üçün "hazırlanır” və yaxud gələcək nişanlısı artıq ona dərsə davam edib ictimaiyyət içinə çıxmağa qadağa qoyur. Bu halın özü gələcəkdə qadının kişidən asılı hala düşüb onun köləsinə çevrilməsinə yol açmırmı? Savadı olmayan bir qadın haqqında kişinin düşündükləri ancaq bu ola bilər : "Sən otur yeməyini bişir”, "sənə söz demək düşmür”, "sənin haqqın yoxdur” və s. Bu məhz təhsili olmayanlar üçün deyilə bilən sözlərdi. Bunu da ancaq "vəzifəsindən” istifadə edən kişilər qadını susdurmaq üçün söyləyərlər. Hətta ailədə mübahisələr yarandığı halda kişilərin ən güclü "silahı” – "səni boşayaram, gəlib mənə möhtac olarsan yenə” sözüdür. Ağır kəlmədir, başa düşürəm,amma savadlı, ağıllı qadın kişinin bu düşüncələri qarşısında heç vaxt aciz qalmaz axı. Bu düşüncədə olan kişilər də əslində elmə, biliyə sahib olsalar da düzgün düşünmə təfəkküründən uzaqdırlar. Qadın deyib "susdurmaq” istədikləri onların övladlarının anası, evinin qadını deyilmi? Bütün bu xoşagəlməz hallarda, qadın hüquqlarını bilərsə, özünü daha yaxşı müadfiə etməyə nail olmazmı?
Bu gün bu fikir də elə bil dəb halını alıb: qız 22 yaşındadırsa, artıq kənardan ona "evdə qalmış” kimi baxırlar. Valideynlər isə gecə-gündüz qızının bəxti açılacağı günü həsrətlə gözləyir,sanki bir ağır "yükü” daşıyırlar kimi narahatçılıq keçirirlər. Bu əslində yanlış düşüncədir. Araşdırmalar da bunu sübut edib ki, ailədə boşanmaların əksəriyyəti məhz erkən nigahın nəticəsində baş verir. Təhsilini tam başa vurmuş, müəyyən biliyə və savada yiyələnmiş bir qız gələcək həyatını qurmaqda da, onu qoruyub saxlamaqda da digərindən üstün olacaq. Deməli, qızları vaxtından tez nigaha cəlb etməkdənsə, onları daha düzgün bir yola, elm öyrənmə yoluna yönəltmək lazımdı.
Mən demirəm ki, biliyindən, savadından sui- istifadə edib qadınlar ailədə "hakimiyyət” davası döysünlər. Yaxud da bilikli olmaqlarını əsas tutub üstünlüklərini nümayişkarcasına önə çəksinlər.Əsla, ailə adlandırdığımız kiçik bir dövlətin başçısı kişilər olmalıdır. Bu bizim milli dəyərlərimizin ən qiymətli olanlarından biridir. Qızlarımızı təhsildən yayındıran bütün valideynlər bu gün bunu anlamalı və qəbul etməlidirlər artıq. Xoşbəxt övlad, sağlam ailə başçısı, əxlaqlı və tərbiyəli bir övlada sahib olmaq istəyirsinizsə, təhsili ikinci plana keçirməyin. Mən onu deyərdim ki, ən gözəl qız tərbiyə etmək ona həm milli-mənəvi dəyərlərimizi öyrətmək, həm də təhsil verməkdir.
Bu ikisi bir arada olarsa qızlarımız qadın zənginliyinin ən uca zirvəsində olarlar!
Bu gün ali məktəbdə təhsil alan qızlarımızın sayı nə qədər çox olsa da, yenə də oxumağı ikinci plana keçirənlərə də rast gəlmək olur. Daha çox pedaqoji sahəyə üstünlük verən qızlarımız dəqiq sahalərdən uzaqdırlar. Bunun da özəl səbəbləri var təbii. Çünki qadın müəllimlik sənətinə sahib olarsa, kişilər işləməyə icazə verirlər. Bu gələcək xəbərlərdə bir başqa mövzunun müzakirəsi ola bilər deyə bu haqda çox yazmayacam. Bu günsə, deyəcəklərimi bu sonluqla bitirmək istəyirəm:
Xoşbəxt gələcəklərini təmin etmək üçün biliyə və təhsilə yer ayıran qızlarımız həqiqətən alqışa layiqdirlər!

Sevinc xanım
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 2092
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
her zaman menim ucun tehsil 1ci gelib. insallah yolumu bele de davam.etdirecem. tehsilli deyende o demek ddeyilki mutleq ali tehsilli olasan. ali tehsil bizim secdiyimiz ixtisasa uygun bizi hazirlasdirir. umumiyuetle qadin kisi ferq yoxdu tehsil mutleq olmalidir. bawimiza ne gelirse cahillikden gelir. savadli wexs elbette ki caliwsa geleceye saglam ve zavadli nesil vere bilecek
21 mart 2015 02:37
10
Viking
Offline
leyla_258
elbetdeki dogrudur,ama oxuyana demek lazimdir...
10 mart 2015 15:25
9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Tomris Müslümova
duzdu..esas oduki bextin olsun ama tahsilde onemlidide
9 mart 2015 19:16
8
Mənim olan bu heart səni çox sevir!!!
Offline
vipbetul
kisilerede vacibdi ancaq yeri geldiyinde onlar gedib fehlelik ede bilerler ona gorede en birinci valideyinler qizlarina tehsil vermelidirler hemdeki aile qurarken tehsilsizdi diyib xanimina hekaretler eden kishiye kishi demerem qadin ince bir mexluqdur qadinin savadsizida gucludur savadlisi ise daha da guclu olur.gelegeyde ne bas verdiyini bilmek olmaz ona gorede qiz usaqlarini oxutmaq lazimdi,filankesin qizi tehsillidi sozu ele ozu qurur vericidi bezi cahil valideyinlerse bu cur sozu ele bil tehqir kimi gorur tesufki,dinde deyirki en yaxsi valideyin ovladina terbiye tehsil verenidir
9 mart 2015 17:59
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Qlamurr
Qadının savadlı,təhsilli olması vacibdir,çünki heç kəs sığortalanmayıb ki,gələcəkdə nə baş verəcək.Ən azından gələcəkdə uşaqlarını saxlamaq üçün kiməsə əl açmıyacaq.Həm savadlı qadının övladı da ,savadlı olur,hərtərəfli həyat yoldaşına dəstək olur,çətin günlərində dost olur.
9 mart 2015 14:37
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
BARBI
Elbette tehsil ikinci xosbextlikdir.Beli cox duzgun fikirdir insan gelecekde basina ne geleceyini ne olacagini bilmir ona gore tehsil mutleqdir . Qadin her zaman oxumalidir en azinnan oz geleceyi ucun valideyn var usaq dersden sual verir hec bir anlayisi yoxdu bele valideyn usaga ne kimi ornek vere biler
9 mart 2015 11:07
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
tek umidim sen
Elbetteki tam raziyam... Tehsil her seyden vacibdir!
9 mart 2015 11:06
4
[b]ᵍᵒᵒᵈ ᵗʰⁱⁿᵏˢ ᵗᵃᵏᵉ ᵗⁱᵐᵉ
Offline
Fialka
Təhsil qadın üçün ən vacib şərtdir, təəssüf ki, bir çox ailələrdə ya məcburi yada uşaq yaşlarından onları böyüyəndə ancaq ərə vermək haqqında düşünürlər, və çoxları öz hüquqlarını bilmir qarşı tərəfdən bir çox zorakılıqlara məruz qalırlar...onlar düşünmürlərki savadlı qadın öz savadı və dünyagörüşü ilə ailəsinə nə qədər maddi , mənəvi dəstəkdi..
9 mart 2015 09:24
3
Offline
lili)
tehsil mutleqdi qadinin gozu acilir dunyagorusu cox olur isleyib oz ayaqlari usde durur hec kese mohtac olmur
9 mart 2015 07:34
2
Offline
aziz a
Savad alan ve savad almayan qadinin dunyagoruslerinde yerden goye ferq var amma men hemiseki kimi bunu yenede insanlqla baglamaq isteyirem , beleki agilli, terbiyeli, boyuk kicik yeri bilen biri olmaq ucun savadli olmaq sert deyil, bunun ucun sadece insan olmaq lazimdi, amma duzdu bezi meseleler varki,burda dumya gorusu, savad, elm oz yerini gosterir
9 mart 2015 06:33
1
...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri