İslamda qadın haqları

Müəllif: Nazlı_qız
Şərhlər: 14
Baxılıb: 1168
Paylaş:
Səs ver:
(səs: 5)
Əziz möminlər!
Bildiyimiz kimi, dünya və axirət səadətini hədəf alan İslam dini cəmiyyətin təməli olan ailəni sevgi və qarşılıqlı hörmətə əsaslanan bir qurum olaraq görmüşdür. Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır" (Rum, 21).

İslamda ər-arvadın bir-birləri üzərində haqları vardır və bir-birləri qarşısında müəyyən vəzifələr daşıyırlar. Ailədə kişinin qadınla necə davranmalı olduğu ilə bağlı sevimli Peyğəmbərimiz (s.ə.s.) belə buyurur: "İmanı ən kamil olan mömin əxlaq baxımından ən gözəl olandır. Ən xeyirliyiniz də xanımına qarşı ən gözəl davrananınızdır".

Ailə həyatı məsələsində də ən gözəl örnəyi təşkil edən Peyğəmbərimiz (s.ə.s.) heç bir zaman xanımlarına qarşı sərt münasibət göstərməmiş və onlarla daima xoş davranaraq, hər birinə şəfqətlə münasibət göstərmişdir.

Hörmətli müsəlmanlar!
Qadınlar Uca Allahın bizə əmanətləridir. Buna görə də bu əmanəti qorumaq hər bir kişinin vəzifəsi və borcudur. Necə ki, sevimli Peyğəmbərimiz (s.ə.s.) də Vida xütbəsində "Qadınlar sizə Allahın bir əmanətidir" deyə buyurmuşdur.

İslamiyyət qadına xüsusi önəm vermiş və cəmiyyətdə qadının rolunu yüksək dəyərləndirmişdir. Qadın insanı dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. Onun qəlbi, sevgi ilə ilmək ilmək toxunmalıdır ki, uşaqlarını o sevgiylə qorusun, böyütsün və cəmiyyətə faydalı insanlar edə bilsin. Bu baxımdan qadın ailənin və bilavasitə cəmiyyətin təməl daşıdır. Onun mükəmməlliyi cəmiyyətin mükəmməlliyi deməkdir.

Dinimiz ata-anaya gələcəyin anaları olmaları baxımından qız uşağının tərbiyəsi üzərində xüsusi həssaslıqla və sevgiylə dayanmağı tövsiyə edir. Qız uşağını baxıb böyüdənə və onu gözəl şəkildə tərbiyə edənə cənnət, həm də cənnətdə ən gözəl məqam, Rəsulullaha qonşu olmaq məqamı vəd edilməkdədir (Riyazu's-Salihin, c.1/270).

Əziz müsəlmanlar!
İslamda qadın İslam düşmənlərinin iddia etdikləri kimi, şəxsiyyəti olmayan, bu səbəbdən də ərinə tabe olmaq məcburiyyətində qalan, özünü idarə etməyi bacarmayan, ağlı inkişaf etməmiş bir varlıq deyildir. Əksinə, mehr istəmə və mülkə sahib olma haqqına sahib, şəxsiyyətli bir varlıqdır. İslamiyyət ərinə itaət edən, onunla yaxşı yola gedən bir xanımın Allahın rizasına da nail olacağını mücdələmiş və ona layiq olduğu yüksək dəyəri vermişdir.

Xütbəmizi Rəbbimizin bu bəyanı ilə bitirək: "Onlar sizin, siz də onların libasısınız… Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da kişilər üzərndə hüquqları vardır…" (Bəqərə, 187 və 228). Beləcə Uca Allah qadının kişi ilə qarşılıqlı məsuliyyətini bəyan etmişdir. Həqiqi rahatlıq və səadət isə, şübhəsiz ki, Allah və Rəsulunun əmr və tövsiyələrinə uymaqla mümkündür.

loading...
(səs: 5)
Şərhlər: 14
Baxılıb: 1168
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Cimbom Nilay
Qadın öz haqqını bilsə, birinin cürəti nədi...
3 iyun 2015 18:47
14
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Offline
Mugush
Əsas hörmət və sevgidir
26 aprel 2015 23:25
13
Offline
Qlamurr
Hər kəs Allahın buyurduğu şəkildə yaşasa,sözsüz ki,qadının da hüquqları pozulmaz,qadın da hüququm deyib,istədiyi özbaşınalığı etməyə haqqı yoxdu.
21 aprel 2015 00:21
12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Nergizz
twk xeber ucun,ama gerek qadinda bu deyilenler kimi qadin olsun,yoxsa qadinam huquqlarim var deyib, aglina geleni etmemelidi,gerek kiwide qadinda oz huquqlarin bilsin,ama coxumuz huquqlarmizi yox, camaat ne deyer el oba ne dyer,deyib abirimiza qisiliriq,cox kiwi de bundan istfade edir,
20 aprel 2015 17:15
11
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
vipbetul
ailede bir birine hormet etmek bir birinin huququnu qorumaq lazimdir
20 aprel 2015 14:59
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lelos
her kes öz hüququnu bilmelidi ister kişi ister qadin
20 aprel 2015 13:24
9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
aliceWOnDer
bizim qadinlar huququn bilmir , ele ona gorede ezililer
20 aprel 2015 13:18
8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Nur k-off
Zamanindan asli olmayaraq her bir insanin haqlari qorunmalidir
20 aprel 2015 10:30
7
SVETA
Offline
talis balasi
Allah her bir aileye xosbexdlik seadet nesib etsin en esasida hormetdi. Hormet olandan sonra her sey duZeler
20 aprel 2015 09:54
6
Offline
BARBI
Qadin ve kisi beraber huquqludur yazisini o qeder gormusem. Ama her yerde qadinin huquqlari hece sayilir , mence qadinlar buna serait vermemelidir oz huquqlarini bilmelidir
20 aprel 2015 09:22
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
İslam dinində qadınların haqqları, yeri çox gözəl şəkildə izah olunub və sonuncu abzasda demək istədiklərim gözəl şəkildə ifadə olunub, dinimizdə qadın və kişi bir - birinə qarşı məsuliyyət daşıyır , buda onların bərabər hüquqlu olmasını göstərir. Və düşünürəm kii, hər kəs öz yerini bilib Allahın buyurduqlarına əməl etsə onda o ailəni saxlamaq daha rahat hüzur verici olar...Allah razı olsun.
20 aprel 2015 09:02
4
Offline
ILAHE_
Qadinda kiwide bir birine hormet qoymalidir.
20 aprel 2015 08:36
3
Offline
rəmsə
Kişilər oxusalar idi əla olardı.
Qadınlar sizə Allahın bir əmanətidir.Əmanəti qorumaq isə hər bir kişinin vəzifəsi və borcudur.
20 aprel 2015 08:16
2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Nezka
Kişi də qadın da vəzifəlrini yerinə yetirməlidi
20 aprel 2015 07:38
1
İçimi görsən mənə aptek alarsan.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv