Əcnəbi dövlətlərdə necə boşanırlar?

Müəllif: Qlamurr
Şərhlər: 12
Baxılıb: 661
Paylaş:
Səs ver:
(səs: 4)
Son günlər boşanma halları hətta ən patriarxal ölkələrdə də dəb halını alıb. Cütlüklər sülh yolu ilə boşanmağa qərar versələr belə, bəzi ölkələrdə bu proses heç də asan başa gəlmir.

İndoneziya: azadlıq istəyirsənsə, ağac ək
İndoneziyanın Yava adasında əsas təbiətin qeydinə qalmaqdır. Ona görə də, ada sakinləri ən azı 5 ağac əkməlidir. Hətta evlilik zamanı da sakinlər ağac əkməlidir. Əgər bu, sənin ilk evliliyindirsə - bir, ikinci evliliyindirsə - üç ağac əkməlisən. Bu adət - ənənə Seranqada (Qərbi Yava) yaranıb və izahatı isə belədir: Adanın iqlimi quru olduğu üçün bar verən ağaclar çox yaşaya bilmir. Ona görə də, yerli hökumət ailə qurub ailə dağıdan gəncləri ağac əkmək işinə cəlb etməklə bu problemi həll etməyə çalışır.
Burada boşanma prosesi də çox asandır. Əgər qadın hamilə deyilsə və tərəflərdən hər ikisinin razılığı ilə boşanmaq mümkündür. Ümumiyyətlə, İndoneziyada kişilər daha çox uşaqlı qadınlarla evliliyə üstünlük verir. Ona görə də, orada uşaqlı qadının yenidən ailə qurması problem deyil. İndoneziya cəmiyyətinə görə, uşaqların sayı nə qədər çox olarsa, qocalıqda bir o qədər köməkləri olacaq. Boşanmış kişilər üçün çoxuşaqlı qadınla evlənmək daha sərfəli görünür.

Türkiyə: məhvedici möhür
Türkiyə qanunlarına görə, ailə başçısı ailəni tərk edib getsə belə, o, ailəsinin qeydinə qalmalıdır. Boşanma prosesi kişilər üçün əməllicə xərcdir. Çünki kişi məhkəmə xərci və arvadının vəkil pulunu ödəməlidir. Məhkəmə mülkün bölüşdürülməsi, uşaqlara veriləcək aliment məsələsində hər zaman qadının tərəfindədir. Arvad ikinci dəfə ərə gedərsə, keçmiş ər ona pul ödəməyi dayandıra bilər. Lakin qadının ikinci dəfə türkə ərə getməsi çətin məsələdir. Bütün bunları nəzərə alan kişi boşanıb, külli miqdarda pul ödəməkdənsə, ailədə qalmağa üstünlük verir.

BƏƏ: talaq, talaq, talaq
Birləşmiş Ərəb Əmirliyində boşanmaq üçün illərlə məhkəmədə ayaq döymək lazım deyil. Bunun üçün 3 dəfə "talaq" (ərəbcə tərcümədə "səninlə boşanıram") demək kifayətdir.

İtaliya: proses sonsuz davam edir
İtalyan cütlükləri boşanmaq üçün heç də asan olmayan prosesdən keçməli olur. Hətta onlar bir-birindən bezərək uşaqları olmadığı və mülki iddia qaldırmadığı halda da, boşanma prosesi 4 ilə kimi davam edə bilər. Əvvəlcə cütlüklərə "separazione" (ayrı yaşamaq) üçün 3 il müddət verirlər. Bu illər ərzində onlar boşanmaq qərarı haqda yaxşı-yaxşı düşünməlidir. Əgər ortada başqa məsələlər varsa (uşaqların kiminlə qalması, mülkün bölüşdürülməsi və maliyyə məsələləri) onda məhkəmə prosesi 10 illərlə davam edə bilər.

Almaniya: çəpər kimi araya soyuducu qoyulur
Almanlar praktik xalqdır və boşanma prosesinə də praktik yanaşır. Ər-arvad 1 il ayrı yaşadıqdan sonra məhkəmə prosesi başlayır. Bu 1 il ərzində ər və arvadın başqa yerə köçməyi vacib deyil. Yaşadıqları evi kommunal yaşayış mənzilinə çevirmək yetər. Otaqlar və soyuducunun yarısı ər və arvad arasında bərabər bölüşdürülür.

Yaponiya: xəyanətə görə müavinət
Yaponiyada cütlüklər bir neçə gün ərzində boşana bilər. Əgər boşanma xəyanət üstündə baş veribsə, o zaman zərərçəkən tərəf 40 min dollar dəyərində müavinət alır. Pulu isə zərərçəkənə həm xəyanət edən tərəf, həm də xəyanəti kiminlə edibsə, o adam da ödəməlidir.

loading...
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 661
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aytil
heckes bosanmasa yaxsidi
15 aprel 2015 11:48
12
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
vipbetul
Indanaziyadki maraqlidi,en cetini Irandi orda boshandiqda kulli miqdarda pul verilir,ona gorede bosanmqa cox azdi
13 aprel 2015 23:23
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
indoneziya oz xeyirlerine isi cevirmeyi bacarirlar)))erebler de tez bazar hell edirler)))italiyada ds vobse meseleni curudurler122
13 aprel 2015 18:01
10
Viking
Offline
aliceWOnDer
bosamalar artim acisi bilirsiz nedi? sonsuzluq
13 aprel 2015 13:17
9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
emis
duzdu men burda yazilan dovleteler haqqinda bilmirdim yeni nece bosandiqlarini bilmirdim. birce turkiyeni bilirdim onlarda burda yazildigi kimi her birine emel edirler bosananda lap xerce dusurler yaxsisi budu hec bosanmayalar turk kisileri. birce bosanma isini biraz tez etseydiler yaxsi olardi bizde deyirler gerek usagin 1 yasi tamam ola hele onnan sorada 6 ay vaxt verirler eyer hansisa teref razi deyilse 1 ay icinde bosayirlar her iki terefide men bunlari dayim sayesinde oyrendim hal hazirda isleri mehkemededi bosanirlar allah komey olsun. durdugu yerde hec kim bosanmaz. her ailenin ayrica sebebi olur. tesekkurler
13 aprel 2015 12:52
8
Offline
Qlamurr
Boşanmaq çətin prosesdi,həm psixoloji,həm də maddi və mənəvi cəhətdən,Allah heç kimə göstərməsin.ən çətin boşanmada İtaliyadadı,ən asanıda BƏƏ-dədi))Bizdə elə də çətin deyil,3 ay vaxt vetirlər,ancaq çətin olması daha məqsədəuyğundu,bəlkə boşanmaların sayı azalar.
13 aprel 2015 12:45
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Ən asan boşananlar BƏƏ, ən çətin İtaliya , qəribə və maraqlı İndoneziya və ən sərfəlisi Yaponiyadır))
Allah heç bir ailəyə bu sonluğu yaşatmasın amin.
13 aprel 2015 11:51
6
Offline
Nezka
Son illərəıdə boşanmlar artıb
13 aprel 2015 10:37
5
İçimi görsən mənə aptek alarsan.
Offline
qanadli melek
Indoneziyada yene tebiete xeyri olur bowanmanin
13 aprel 2015 09:53
4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Allah hec kimin yuvasini dagitmasin . Bosanma cox cetin ve agir prosesdir her iki terefin psixologiyasi pozulur.
13 aprel 2015 09:33
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nur k-off
Allah uzaq etsin inşAllah Vetenimizdede bunun sayi azalar men bildiyime gore İranda kişi qadina 90 min manat pul verir
13 aprel 2015 09:20
2
SVETA
Online
aziz a
He pis bir hal olsada, en azindan indoneziyda hec olmasa tebietin yasillasdirilmasinda bir isler gorurler...Nece deyerler her isde bir xeyir var,,Allah uzaq elesin ailelerden bosanmani.,pis hemde cox pis bir seydi.
13 aprel 2015 06:16
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv