Türkiyədə bu sözü istifadə etməyin, yoxsa...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 313
Səs ver:
(səs: 4)
Türkiyədə artıq bu sözə görə həbs cəzası verilir Türkiyə məhkəməsi gündəlik həyatda baş verən münaqişələrin az qala hamısında deyilən "lan" sözünü işlədənlərə həbs cəzası istədi.

Bu sözün təhqir iddiası səbəbilə məhkəməyə üz tutanların çoxluğu mövzunu gündəmə gətirib. Təhqir iddialarına baxan Cəza Dairəsi bu iddialarda, "lan" sözünün kobud və narahatedici olaraq qəbul edib verilən cəzaları pozur, bəraət qərarlarını da təsdiqləyirdi. Ancaq bu dəfə mövzu cəza iddialarındakı son qərar yeri olan Baş Cəza Məhkəməsində müzakirəyə çıxarılıb və bu sözün təhqir olduğuna qərar verildi.  İddiaya mövzu olan hadisə Ankaranın Beypazarı mahalında yaşanıb. Atilla adlı şəxs bir iş üçün gəldiyi polis bölməsidə mübahisə edərkən polisə "Yetər, lan" ifadəsini işlətdi. Kişinin polisə belə müraciət etməsi təhqir olaraq qəbul edilir və hadisə ilə bağlı protokol hazırlanır. Atilla barəsində "təhqir" maddəsilə cinayət işinə başlanır və məhkəmə ona 1 il 2 ay həbs cəzası verir. Cəza 7 min lirə pul cəzasına çevrilir.  Məhkəmənin qərarından narazı olan Atilla Apellyasiya məhkəməsinə şikayət edir. Apellyasıya məhkəməsi məsələni həll edə bilmədikdə işə Baş Prokurorluq qarışır. Cavabdehin "lan" sözünü polisə təhqir etmək niyyətilə söyləyərək onu təhqir etdiyini, polisin şərəf və ləyaqətini alçaltdığını bildirir.  Məhkəmənin qərarı qüvvədə qaldığından Atilla 7 min türk lirəsi cəza ödəməli olacaq və bundan sonra da məhkəmələr "lan" sözünü təhqir qəbul edəcək.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 4 313
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri