Köçərilik və azadlıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 962
Səs ver:
(səs: 0)
Köçərilik ilə oturaq həyatın fərqi nədir? Köçərilər, mövsümə və ekoloji şərtlərə görə yaşadıqları yeri dəyişdirərlər. Oturaq həyat isə, şərtlərə dözməyi tələb edir. Köçmək, azad qalmaqdır. Yerləşmək isə, boyun əymək və ya boyun əydirmək ilə birlikdə gələr. Köçənlər, hər şeylərini yanlarında daşıyarlar. Müstəqil, yüngül və azaddırlar. Yerləşənlər, tarladan asılıdır. Evləri yerə bərkidilib, çıxa bilməzlər, yükləri vardır.

"Dövlətə qarşı cəmiyyət” adlı kitabında, Pierre Clastres, Amerika yerlilərinin dildə "ibtidai” həyatlarının, əslində, ibtidai oKöçərilik və azadlıqlmadığını bildirir. Köçəri topluluqlar, oturaq həyatı kəşf etməmiş deyillər, oturaq həyatdan qaçınmışlardır. Əslində, bu toplumlar, oturaq əkinçilərdir. Əkinçiliklə məşğul olublar amma bunu tərk edərək köçməyə başlayıblar. Çünki, işğal edilmək istəməyiblər. Oturaq həyat, xarici təhdidlərə açıq olmağı gətirir. Azadlığına düşkün olan topluluqlar, köçəri həyatı ilə müstəqilliklərini qoruyarlar.

Həyatını yanında daşımaq, böyük bir var-dövlətdir. Müasir yaşamlarımız bir yük halına gəlmiş, gedərək ağırlaşmaqdadır. Mülk əldə etmək, varlı olmaq, "yaxşı” bir şeydir? Yarımköçəri topluluqların, dünyanın ən böyük sərvətinə sahib olduğunu söyləyə bilərik. Bu var-dövlət, azadlıqlarıdır. İtirəcək bir şeyi olmamaqdır. Qayğısız yaşamaq və bununla birlikdə ehtiyac duyulan hər şeyə sahib olmaqdır. "Substantiv” bir həyatları vardır. Şəhərlərdəki minlərlə sıxıntı arasında, həyatımız boş yerə xərclənərkən, köçənlər, həyatın özünü təcrübə edərlər. Şəhərdəkilərin əksinə, başqasına görə yaşamazlar, pozulmuş deyillər, öz həyatlarını yaşaya bilərlər.

Şəhər həyatının pozulmuş yaşayışlarındansa, azad bir insan olmaq əsasdır. Türklərin Asiyadan Avropaya getməyini təmin edən hərəkətlilik də buradan gəlir. Risk almaq və həyatı formalaşdırmaqdır. Bağlanacaq bir şeyin olmasa, itirəcək bir sənədin və ya ulu bağların yoxdursa, dünyanı dəyişdirmək üçün yola çıxa bilərsən. Köçərliliyin gətirdiyi azadlıqdan bəhs edərkən, məqsədimiz köçəri həyata keçmək deyil. Asılılığın zərərlərinə işarə etməkdir. Bu bir metaforadır və bizlərə, qaldıra bilməyəcəyimiz yüklərin altına girKöçərilik və azadlıqməməyi nəsihət edər. Dərhal sabah, istədiyiniz yerə gedə bilmədiyinizi düşünün. Tarix, insanı zaman keçdikcə, yerinə bərkitməkdədir. Müasir insan, təbii hərəkətindən bambaşqa bir şəkildə, məhdudlaşmış şəkildədir.

İqtidar artdıqca, fərd məhdudlaşmaqdadır. Müasir insan, etdiyi hər fəaliyyəti dövlətə bildirir. Özü istəməsə də, dövlət özündə bu haqqı görür. Doğumdan ölümə qədər o qədər çox məcburiyyət və sanksiya əsasdır ki, insan həyatı, bunun qısa bir tarixindən ibarətdir, deyə bilərik. Çox zaman "ibtidai” dediyimiz köçəri həyatlarını  düşünəndə, müstəqil olmayan "inkişaf etmiş” həyatları xarakterizə etməkdə çətinlik çəkirik. Varlı dediyimiz də belə deyilmi? Ən inkişaf etmiş ölkələr belə, Tibetli buddist rahiblər qədər xoşbəxt ola bilməzlər. Ən böyük imperatorluqlar, yarımköçəri köçərilərinə hökm edə bilməmişdir. Tarix, qənimət ehtirası ilə özünə artıq yüklənən və həyatı yaşamağı unudan insanlarla doludur. Həyat, bir şeylərə sahib olmaqdırmı? Yoxsa onu tanımaq, təcrübə etməkdirmi? Həyatın içindəki kiçik şeylərə sahib olmağa çalışarkən, həyatı yaşamağı unutmayaq.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri