Uşaq hüquqları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 107
Səs ver:
(səs: 0)
Uşaq hüquqları - qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır.

Uşaq hüquqları insan hüquqları anlayışının içində ələ alınması lazım olan bir mövzudur. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, əmək istismarı, pornografi, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur.

Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və psixoloji xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə şəkillənmişdir. Hal-hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989 tarixində Birləşmiş Millətlər tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri