İnsan hüquqlarının təsnifatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1415
Səs ver:
(səs: 0)
İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan biri, bunları bir tərəfdən mülki və siyasi, digər tərəfdən isə iqtisadi, sosial və mədəni hüquqlara bölməkdir. 80-ci illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara da həmrəylik hüquqları da deyilir. Lakin bu 3-cü nəsil hüquqlar haqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu və bunların hüquqi rejimi mübahisəlidir. İnsan hüquqlarının 3 nəslə bölünməsi, 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutunun üzvü, milliyyətcə Çex olan Karel Vasak tərəfindən irəli sürülüb. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini əks etdirirdi.

Mülki və siyasi hüquqlar öz əksini Avropa İnsan Hüquqları Konvensiyasında, UDHR -in 3 – 21-ci maddələri arasında, habelə 1966 tarixli BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə (ICCPR) tapıb. İqtisadi, sosial və mədəni hüquqlar isə, UDHR-in 22 – 28-ci maddələri arasında, Avropa Sosial Şərtində, habelə yenə 1966 tarixində bu hüquqlar üçün xüsusi olaraq tənzimlənən iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (ICESCR ) göstərilib.

BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR-də hər iki nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966 Paktlarında bunlar ayrı müqavilələrdə tənzimlənib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təmin etmənin, həm ideoloji, həm də iqtisadi yönləri var, hər dövlətin də şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə bir cəhəti də vardır ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz təbəələrinə bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı-ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi, daha əvvəl qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, həmrəylik hüquqları haqqında tam bir hüquqi və siyasi uzlaşma mövcud deyildir.

Bu təsnifatda əsas meyarın nə olduğunu və bununla hansı məqsədlərin güdüldüyü sualı ağla gələ bilər. Habelə bu təsnifatın, müvafiq hüquqların hüquqi rejiminə necə təsir göstərdiyi də başqa bir məsələdir. Mülki və siyasi hüquqların digər adı, təbii hüquqlardır. Natural rights olaraq bunların adlanması, anqlo-sakson hüquqdan irəli gələn bir ənənədir. Təbii hüquqlar, mahiyyəti etibarilə universal hüquqlardır, insan əxlaqından ayrılmazdır və davranış ya da ki, inanclara bağlı deyildir. Təbii hüquqlar, qeyd olunduğu kimi, təbii hüquq məktəbinin bir məhsuludur. Bilindiyi kimi təbii hüquq məktəbi, liberalizm axımının öncüsü və ilhamçısı olmuşdur. Avropada təbii hüquq məktəbinin tərəfdarları, Saint Thomas başda olmaqla, hüququn mənbəyini Allahda görürlər. Bu məktəbin sekular (dünyəvi) tərəfdarları isə, təbii hüququn mənbəyini təbiətdə görürlər.

Təbii hüquq (natural right) anlayışını, qanuni hüquq (legal right) anlayışı ilə müqayisə etmək mümkündür. Qanuni hüquq dövlət, ya da cəmiyyət tərəfindən vətəndaşların mənfəəti üçün yaradılır. Halbuki təbii hüquqlar, dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq özü-özünə var olan bir hüquqdur. Birinci nəsil hüquqların əhəmiyyəti ondan ibarətdir ki, bunlar insanın əsas, ayrılmaz və ən vacib hüquqlarını təşkil edir. Qanuni hüquqlara isə ikinci nəsil insan hüquqlarını, yəni iqtisadi və sosial hüquqları misal kimi göstərə bilərik. Fransız inqilabının məhsulu olan 1789 tarixli İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində də təbii hüquqlar tənzimlənmişdi.

Təbii hüquqlara misal kimi, ilk növbədə yaşamaq və azadlıq hüququnu göstərmək olar. Mülkiyyət hüququnu da J.Locke kimi alimlər təbii hüquqlar arasında görüb, T.Jefferson isə mülkiyyəti xoşbəxt olmanın ayrılmaz ünsürü sayıb. Rousseau mülkiyyəti təbii hüquq saymamaqla bərabər, Hobbes və Locke ilə bərabər "ictimai müqavilə" nəzəriyyəsinin müdafiəçiləri kimi, insanların öz təbiətlərinə və ehtiyaclarına görə davranmağı təbii hüquqlardan sayıb; filosofa görə bunlar dövlətdən əvvəl gəlir və dövlət tərəfindən bəxş edilməyib. Təbii hüquqlar anlayışının zamanla nəzərə alına bilməyən "meyvələri" ortaya çıxır. Təbii hüquqları pozan şəxslərin məsuliyyəti illər keçdikdən sonra irəli sürülür. Buna yaxşı misal versək, 2009-cu ilin Yanvar ayında İspaniya Ali Məhkəməsinin verdiyi qərarı yada sala bilərik: İsrail hökumətinin bəzi üzvlərini, Müdafiə Naziri Benjamin Ben-Eliezer kimi, 2002-ci ildə Gəzzada 15 mülki şəxsin ölümü və 150 nəfərin yaralanması ilə nəticələnən raket zərbələrinə görə insanlığa qarşı cinayət törətdiklərinə görə məhkum olunmuşdu. Birinci nəsil hüquqların bir digər adı da "klassik" hüquqlardır. Bu hüquqlar ona görə klassik adlandırılır ki, bunlar uğrunda mübarizə 18-ci əsrin əvvəllərindən bəri daha da artmışdır.

İkinci nəsil hüquqlar baxımından da bu məqamlara toxunmalıyıq. Təbii hüquqlardan başqa, elə amillər və hallar var ki, bunlar təmin edilmədən birinci nəsil hüquqların həyata keçirilməsi xeyli çətin olur. Məsələn, pulu olmayan və çox kasıb bir insan üçün hərəkət (səyahət) azadlığı böyük bir məna və əhəmiyyət kəsb eləmir. Digər tərəfdən, təhsil ala bilməyən insan üçün, söz və ifadə azadlığının böyük əhəmiyyəti yoxdur. Habelə əmək hüquqları təmin olunmayan bir insan üçün şəxsi və ailə həyatına hörmət edilmə məsələsi xəyali bir hədəfdir. Lakin ikinci nəsil hüquqların vacib xüsusiyyəti bundan ibarətdir ki, bunlar dövlət tərəfindən tanınır və mahiyyətcə ictimai olan hüquqlardır, yəni insanın cəmiyyət halında yaşamasından irəli gəlir. Bu meyarı nəzərə alaraq, bunları siyasi hüquqlarla qarışdırmaq olmaz, çünki siyasi hüquqlar hər nə qədər cəmiyyətə yönəlik olsalar da, bunların məqsədi və səbəbi azadlıq hüququnu təmin etməkdir. İqtisadi, sosial və mədəni hüquqlar insanın cəmiyyət daxilində özünü ləyaqətli şəkildə inkişaf etdirə bilməsinə yönəlir. Bu səbəblə, ikinci nəsil hüquqları, hardasa birinci nəsil hüquqların dolayı təminatçısı kimi görmək mümkündür. Həqiqətən də, sosial və iqtisadi hüquqların elə bir minimum həddi var ki, o həddin altında həyat tərzinə məruz qalmış insan birinci nəsil hüquqlarından da faydalana bilməz.

Məhz buna görə, UDHR, 1948-ci ildə hazırlananda bu bəyannaməyə həm birinci, həm də ikinci nəsil hüquqlar daxil edilib. Hər iki nəsil hüquqların UDHR-də yer almasının səbəbi ondan irəli gəlirdi ki, bunların ancaq bir yerdə var olduğu bir sistemdə bu hüquqların təmin edilməsinin mümkün olacağına dair qənaət hakimdi. Həqiqətən də, mülki və siyasi hüquqlar olmadan ikinci nəsil hüquqları təmin etmək mümkün olmadığı kimi, bir insanın mənzili və iş yeri olmadan, aclıq və səfalət içində birinci nəsil hüquqlarını yaşaması çətin görsənir (buna full belly "dolu qarın" tezisi də deyilir).

Burada yenə bir məqama diqqət yetirməliyik. İnsan hüquqları nəzəriyyəsi qərb mədəniyyətinin bir məhsuludur. Qərb ölkələri üstünlüyü daha çox birinci nəsil hüquqlara verirlər. ABŞ-da indiyə kimi, due proses of law deyilən məhkəmə təminatı ancaq həyat, azadlıq və mülkiyyət hüquqları ilə bağlı mübahisələrdə tətbiq olunur. Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilir, amma birinci dərəcə hüquqlar orada yenə əsasdır. Bilirik ki, sosial hüquq dövləti anlayışı, hal-hazırda Avropa qitəsində hakimdir. Lakin bunun səbəbləri arasında, eyni zamanda, II Dünya Müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərəkətlər də yer alır. Köhnə sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqlara daha böyük əhəmiyyət verdikləri halda, birinci nəsil hüquqları isə çox vaxt təmin etməkdən aciz olublar. Məsələn, SSRİ-də pulsuz müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı kimi əsas hüquqlar qətiyyən tanınmırdı. Bunun əksinə ABŞ-da isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunası hüquqlar sayılmır.

İnsan hüquqları üçün nəzərdə tutulan bir digər təsnifat, bunları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölməkdir. Neqativlik və pozitivlik yaxşı ya da pis olma mənasında ələ alınmır. Yaxşı ya da pis hüquq, əlbəttə ki, olmaz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı nəzərdə tutulur – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə etməməlimi (qarışmamalı), yoxsa tam tərsinə, hüququ təmin etmək üçün nəsə etməlidir? Azadlıq hüququ ya da söz azadlığı baxımından dövlət müdaxilə etməməlidir, sizə qarışmamalıdır, onun məmuru gəlib sizin qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun təmini üçün, dövlət məktəb açmalı ya da kooperativ mənzillərin tikintisinə kömək etməlidir. Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlardır, halbuki, ikinci nəsil hüquqlar pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zamanlar düzgün hesab oluna bilərdi. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, neqativ hüquqlar baxımından da dövlətin pozitiv öhdəliklərini gətirməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməli və bu neqativ öhdəlikdir. Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin o vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu da pozitiv öhdəlikdir. Ona görə, indi "neqativ-pozitiv hüquq" təsnifatından daha çox, dövlətin "neqativ ya da pozitiv öhdəliklərindən" bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara, hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1415
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fialka
İnsan öz hüquqlarını bilməli ən vacibi isə hüququnu tələb etməyi bilməlidir xüsusilədə qadınlar ..Olduqca faydalı xəbər üçün təşəkkür.

15 noyabr 2015 21:34
5
Offline
Antikvar
Biz tereflerdede en cox mal-mulk huquqlari uzerinde qirgin olunur,bunu yazmagimda sebeb metnde qeyd olunan mal mulk huquqlarindan qeyd edilen epizotlardi,allah elemesin qohum eqrabadan bir heyatdan kocsun seheri it xanada olacaqlar sebeb?mal mulke gore,eslinde huquqlarimizi bilmeliyik deyende indi her kes oz huquqlarini yaxsi bilir ,sadece kimileri nelerese gore oz huququnu teleb etmekden imtina edir kimleri ise hecne maraqlandirmir onde olan onun huququnun layiqince teleb edib alinmasidi.Cinayet isleyen insanin huququnun teleb edilmesi nol derecededi sexsen men bele hesab edirem.Hansi vaxtda hansi huquqlar erefeye verilib bunlarida bilmek maraqli oldu.Tsk.
15 noyabr 2015 19:48
4
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
vipbetul
insan huquqlarini bilmesi cagibdir her bir sahede oz huquqlarimizi bilersek kimse bizim haklarimizi tapdalaya bilmez
15 noyabr 2015 18:21
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
kiraz mevsimci kiz
axiracan oxumadim sebrim catmadi
15 noyabr 2015 17:59
2
kas tez gelsen qaqasim
Offline
BARBI
Her kes oz huquqlarini bilmeli ve emel etmelidir. Hec kim onun huqularini elinnen ala bilmez
15 noyabr 2015 16:27
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri