Qadınlar və ali təhsil

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 1141
Səs ver:
(səs: 3)
Ali təhsil alanlar arasında qızlar oğlanlardan çox olsa da, bu üstünlük sonradan görünmür. Əksinə, iş yerlərində yüksək vəzifə tutanlar arasında kişilər üstünlük təşkil edir.

Böyük Britaniyada ötən həftə qeyri-bərabərlik haqqında hesabat açıqlanıb. Həmin hesabatda göstərilir ki, orta məktəbdə qızlar oğlanlardan daha yaxşı oxuyurlar, ali məktəblərə qızlar daha çox qəbul olunur və burda da daha yaxşı nəticə göstərirlər. 44 yaşına qədər bütün yaş qruplarında hazırda ali təhsilli qadınlar ali təhsilli kişilərdən çoxdur. Amerikada isə 2006-2007-ci təhsil ilində kollec məzunlarının 57 faizi qızlar olub. Bu ölkədə 45 yaşından aşağı ali məktəb məzunlarının çoxu qadınlardır. Bununla belə hər iki ölkədə şirkətlərin rəhbərləri arasında qadınlar çox azdır.

Britaniyada 100 əsas şirkətin rəhbərliyində qadınların 12,2 faiz təşkil edir. ABŞ-da isə yüksək vəzifəli qadınların sayı 15,2 faizdir. Lakin onu da qeyd etmək lazımdır ki, qadın məzunlar sürətlə artsa da, şirkət yaşına çatmaq üçün hələ var. Çünki 10 il keçəndən sonra indi universitetdə olduğu kimi şirkət rəhbərliyində də qadınlar üstünlük təşkil edəcəklər. Elə indini özündə bu prosesi müşahidə etmək olur.

ABŞ-da kollec məzunları arasında qadınların üstünlüyü ilk dəfə 1982-ci ildə olub. İndi həmin qızlar 50 yaşına çatıblar.

Amerikada 30-44 yaş arasında olan qadınların gəlirləri 2004-cü ildə 1970-ci illə müqayisədə 44 faiz artıb. Kişilərdə isə bu artım cəmi 6 faiz olub. 1970-də bu yaş qrupunda olan qadınların yalnız 4 faizi öz ərlərindən çox qazanırdı. 2007-ci ildə isə bu göstərici 22 faiz olub. Bununla belə ümumilikdə götürəndə qadınlar kişilərdən yenə az qazanırlar. Maraqlıdır, görəsən niyə?

Ənənəvi cavab ayrıseçkilikdir. Hələ də vəzifəyə təyin edən adamların bir çoxu düşünür ki, qadınlar məsuliyyətin öhdəsindən gələ bilmir. Ancaq bu tək cavab deyil. Başqa bir səbəbi uşaq beşiyində axtarmaq lazımdır. Çünki dünyaya uşaq gətirən qadın bir neçə müddət işdən uzaqlaşır. İşə qayıdanda isə çox məsuliyyət tələb edən işlərə girişmirlər. Bu da onların gəlirinin aşağı düşməsinə səbəb olur. Buna görədir ki, Britaniya hökuməti ötən həftə yeni qanunvericilik tətbiq edəcəyini bildirib. Bu qanunvericiliklə qadınlara verilən ödənişli analıq məzuniyyətinin sonuncu 3 ayı atalara veriləcək.

(səs: 3)
Şərhlər: 5
Baxılıb: 1141
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
Çox düzgün qeyd olunub ki illik statistikayada nəzər salsaq görərik ki,qəbul olanlar arasında qızlar üstünlük təşkil edir.Amma iş yerlərinə nəzər salsaq işliyənlər arasında kişilər üstünlük təşkil edir.Oxumuş,savadlı qızları alıb aparıllar sonrada işləməyə icazə vermirlər.Amma əslində ailə büdcəsinə xeyirdi qadınların işləməsi.Ziyalı ailələrdə də çox zaman savadlı mədəni övladlar yetişir.
23 noyabr 2015 14:09
5
Mənim olan bu heart səni çox sevir!!!
Offline
vipbetul
qadinalrn mariflenmesi savadlanmasi tehsil almaq sdekleri gozeldi her bir valideyin calishmalidirki ovladlarini esasende qizlarini oxudub tehsil versunlerki sabah kimseden asli olmasunlar oz ayaqlari uzerinde durmaqi bagarsinlar kiminse komeyi olmadan
23 noyabr 2015 13:36
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ayshen
Qadina tehsil mutleqdi... Ishlemese bele... Heyatdi bu.. Ne getireceyi bilinmez... Qaldi ki, ayri seçkiliye... Bu her yerde var.. Dushunurem ki, qadinlara daha cox sherait yaradilmalidi.. M.K.Ataturkun gozel bir sozu var.. "Qadinlarini Geri qoyan cemiyyet, geride qalmaga mehkumdur"..
23 noyabr 2015 12:45
3

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Offline
BARBI
Men daha cox qadinlarin tutdugu isi daha mesuliyetle yerine yetirdiyini dusunurem. Tehsil almaq qadinin huququdur. Xanimlarimiz cehaletden ayilsa gozlerini acsa her biri tehsil almaq isteyecek
23 noyabr 2015 09:53
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
arzum-aysum
Men daha cox qadinin oxumasının tərəfdarıyam. Çünki həyati bilmək. Ozune pul qazanmaq üçün elinde bir diplomu olsa halal yolla çörəyini qazanar, nəinki pis yolla. ALLAH atamin canini sag eləsin, bizi uc baci üzümüzü dd oxunub, əlimizə çörək verib. Onun məsləhətləri sayəsində bu gun bizim əlimizdə sənətimiz var. Onun məsləhətləri sayəsində bu gun bacım yoldaşından bosanmis olsa da ali təhsilli diş hekimidi deye uşağını böyütmək üçün hec kese möhtac deyil
23 noyabr 2015 06:54
1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri