Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (3-cü hissə)

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1340
Səs ver:
(səs: 2)
Maddə 12
1. İştirakçı dövlətlər səhiyyə sahəsində qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər ki, kişi və qadınların bərabərliyi əsasında tibbi xidmətə, əsasən də, ailə həcminin planlaşdırılması ilə bağlı xidmətə yol tapmağı təmin etsinlər.
2. Hazırki maddənin 1-ci bəndinin müddəalarından asılı olmayaraq, iştirakçı dövlətlər, hamiləlik dövründə, doğuş və doğuşdan sonrakı dövrlərdə qadınları müvafiq xidmətlərlə təmin edirlər, lazım gəldikdə pulsuz xidmət göstərir, habelə hamiləlik və uşağı əmizdirmə dövrlərində müvafiq qida təqdim edirlər.
Maddə 13
İştirakçı dövlətlər iqtisadi və sosial həyatın digər sahələrində qadınlara qarşı ayrı-seçkiliyi ləğv etmək üçün bütün müvafiq tədbirləri görürlər ki, kişi və qadınların bərabərliyi əsasında; əsasən də aşağıdakı bərabər hüquqları təmin etsinlər:
a) ailə müavinəti hüququ;
b) tərpənməz əmlakı girov qoymaqla borc, ssuda və digər formalarda maliyyə krediti almaq hüququ;
c) istirahətlə bağlı tədbirlərdə, idman məşğələlərində və mədəni həyatın bütün sahələrində iştirak etmək hüququ.
Maddə 14
1. İştirakçı dövlətlər kənd yerlərində yaşayan qadınların üzləşdiyi xüsusi problemləri və öz ailələrinin iqtisadi rifahının təmin olunmasında onların rolunun əhəmiyyətini, o cümlədən onların, təsərrüfatın mal istehsalı ilə bağlı olmayan sahələrindəki fəaliyyətini nəzərə alır və hazırkı Konvensiyanın müddəalarının kənd yerlərində yaşayan qadınlara tətbiq edilməsini təmin etmək üçün bütün müvafiq tədbirləri görürlər.
2. İştirakçı dövlətlər kənd rayonlarında qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər ki, kişi və qadınların bərabərliyi əsasında qadınların kənd rayonlarının inkişafında iştirakını və bu cür inkişafdan mənfəət götürmələrini təmin etsinlər və bunun üçün belə qadınlara, əsasən, aşağıdakı hüquqları təmin edirlər:
a) bütün səviyyələrdə inkişaf planlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
b) ailə həcminin planlaşdırılması məsələləri ilə bağlı informasiyalar, məsləhətlər və xidmət də daxil edilməklə müvafiq tibbi xidmətə yol tapmaq;
c) sosial sığorta proqramlarının faydalarından bilavasitə istifadə etmək;
d) funksional savadlılıq da daxil edilməklə, formal və qeyri formal təhsil hazırlığının bütün növlərindən bəhrələnmək, habelə icma xidmətinin kənd təsərrüfat məsələləri üzrə məsləhətçi idarələrin bütün vasitələrinin xidmətindən, əsasən də onların texniki səviyyəsinin yüksəldilməsi üçün istifadə etmək;
e) muzdlu iş və müstəqil əmək fəaliyyəti vasitəsilə iqtisadi imkanlara bərabər şəkildə yol tapılmasını təmin etmək üçün özünəyardım qrupları və kooperativləri təşkil etmək;
f) bütün kollektiv fəəliyyət növlərində iştirak etmək;
q) kənd təsərrüfatı kreditlərinə və borclarına, satış sisteminə, müvafiq texnologiyaya yol tapmaq və torpaq və aqrar islahatlarda, həmçinin torpaqların yenidən məskunlaşdırılması planlarında bərabər statusa malik olmaq;
h) lazımi həyat şərtlərindən, xüsusilə də mənzil şəraitindən, sanitar xidmətlərdən, elektrik və su təchizatından, habelə nəqliyyat və rabitə vasitələrindən istifadə etmək.

IV HİSSƏ
Maddə 15

1. İştirakçı dövlətlər qadınların qanun qarşısında kişilərlə bərabərliyini qəbul edirlər.
2. İştirakçı dövlətlər qadınlara kişilərlə eyni səviyyədə mülki hüquq subyekti olma səlahiyyəti və onu reallaşdırmaq üçün eyni imkanlar təqdim edirlər. Onlar, əsasən, qadınları müqavilələrin bağlanmasında və əmlakın idarə edilməsində bərabər hüquqlarla, həbelə məhkəmə və tribunal araşdırmalarının bütün mərhələlərində bərabər münasibətlə təmin edirlər.
3. İştirakçı dövlətlər bununla razılaşırlar ki, öz hüquqi nəticəsi etibarilə qadınların hüquq subyekti olmalarını məhdudlaşdıran bütün müqavilələr və istənilən növdən olan bütün digər özəl sənədlər etibarsız hesab olunur.
4. İştirakçı dövlətlər, insanların yerdəyişmələri ilə, yaşayış yeri və daimi yaşayış yerlərini sərbəst seçmələri ilə bağlı qəbul edilən qanunvericiliklərə münasibətdə kişi və qadınlara bərabər hüquqlar təqdim edirlər.
Maddə 16
1. İştirakçı dövlətlər, nikah və ailə münasibətlərinə dair bütün məsələlərdə qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üçün bütün müvafiq tədbirləri görürlər və əsasən də kişi və qadınların bərabərliyi əsasında aşağıdakıları təmin edirlər:
a) nikah bağlamaqda eyni hüquqlar;
b) ərin və ya arvadın sərbəst seçilməsində və yalnız öz istəyi və tam razılığı ilə nikah bağlamaqda eyni hüquqlar;
c) nikah dövründə və nikahın pozulması dövründə eyni hüquq və vəzifələr:
d) valideynlər kimi, ailə vəziyyətlərindən asılı olmayaraq uşaqları ilə bağlı məsələlərdə kişi və qadınların eyni hüquqları və vəzifələri; bütün hallarda uşaqların mənafeləri üstünlük təşkil edir;
e) uşaqların sayı və onların doğulmaları arasındakı müddətlərlə bağlı məsələni sərbəst və məsuliyyətlə həll etməkdə eyni hüquqlər və onlara bu hüququ həyata keçirməyə imkan verən informasiyalara, təlimə və vasitələrə yol tapmaqda eyni hüquqlar;
f) uşaqların qəyyumu, hamisi, vəkalət verəni və övladlığa götürəni olmaqda və ya milli qanunvericilikdə nəzərdə tutulduğu hallarda anoloji funksiyaları həyata keçirməkdə eyni hüquq və vəzifələr; bütün hallarda uşaqların mənafeləri üstünlük təşkil edir;
q) kişi və qadınların eyni şəxsi hüquqları, eyni zamanda soyadını, peşəsini və məşğuliyyətini seçmə hüququ;
h) ərlə arvadın əmlaka malik olmaqda, onu idarə etməkdə, ondan istifadə etməkdə və ona həm pullu, həm də pulsuz sərəncam verməkdə eyni hüquqları.
2. Uşaq yaşında olan şəxsin nişanlanması və nikah bağlaması hüquqi qüvvəyə malik deyildir və minimum nikah yaşını və nikahların mülki vəziyyət aktlarında məcburi qeydə alınmasını müəyyən etmək məqsədilə, qanunvericilik tədbirləri də daxil edilməklə, bütün lazımi tədbirlər görülür.

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1340
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tomris Müslümova
4 dəqiqə vaxt sərf edib oxumağa əziyyət çəkən respandetlərimiz,həqiqətən lazımlı bir xəbərdir.Ən azından hamımız xanımıq və sabah başımıza nə iş nə hadisə gələcək müəmmalıdır.Bunu səhərdən oxumuşam lakin ətraflı fikir bildirmək üçün zamanlm az idi deyə axşama saxladım.Bilməmək eyib deyil.Guya mən burda oxuduqlarımız bilirdim ki?İndi oxudum bildimdə.Ya xəbərə maraq göstərmiyib heçnə yazmırsız amma orda əməzk və əziyyət varkən,yada xəbərin başlığını oxuyum "maraqlı xəbərdir sağolun, tsk2dan zaddan yazıb yola verirsiz...Amma sekslə bağlı xəbər olsa girib oxuyarsız şərh yazmasazda örgənmək üçün girib baxrasız.Nəysə...Xanıma elə baxıllar ki cəmiyyətdə sanki bir minus axtarmaq üçün bir eynəkləri çatmır.Yalnız səhv güdürlər ki acgöz quzğun kimi hücum etsinlər.Kişi və qadına fərq ilk növbədə ailədə qız uşağı ilə oğlan uşağına qoyulan fərqdən başlayır.Sonra böyüdükcə onlar arasında qoyulan ayrı seçkiliyə əglub çıxır,o qardaşındı nə deyirsə düz deyir,o oğlan uşağıdı ona olar sən qızsan sənə olmaz kimi sözlərdən pöhrəliyərək cəmiyyətə yayılır.Sonrada qınıyır ki niyə ayrı seçkilik olur ki?yeri gəlsə analarda bu ayrı seçkiliyə bir qol qoyanlardan olurlar.Dediyim kimi uşaq yaşlarından..İstər kişi istər qadın indiki zımanədə hüququnu bilmıdisə qalacaq tapdaq altda.Bunada pul istəmirlər ha barmağınıza əziyət verin açıb oxuyun ki sabahda deməyə sözünüz olsun..Təşəkkürlər.Oxuyanlar az olsada sən o 3-4 nəfərlik insanda ötrü belə bizə faydalı ola biləcək xəbərlər hazırla.Təşəkkürlər.Sizədə yaxşıca tsk msk lar...
14 dekabr 2015 19:09
3
Mənim olan bu heart səni çox sevir!!!
Offline
Fialka
Çox gözəl həmişəki kimi hüquqlar çoxları üçün önəmsizdir burda amma bir şey var bəzən nələrsə olursa insan həyatında layiq olduğu üçün olur bunun üçün heç bir əmək sərf etmirlər ona görə ...Nəisə bircə onu demək istərdim insan öz hüquqlarını bilməlidir bu ölkədə isə ən çox qadın öz hüququnu ən azı bilməlidir..
redaktə edənə təşəkkür.
14 dekabr 2015 15:18
2
Offline
vipbetul
bunlari qadinlar bilib oz huquqlarini mudafie etmelidir
14 dekabr 2015 15:12
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri