Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Konvensiyası (4-cü hissə)

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 012
Səs ver:
(səs: 3)
V HİSSƏ
Maddə 17

1. Hazırkı Konvensiyanın həyata keçirilməsinin gedişatını nəzərdən keçirmək üçün Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Komitəsi (bundan sonra Komitə adlanacaq) təsis edilir; o, Konvensiyanın qüvvəyə mindiyi anda 18, 35-ci iştirakçı dövlətin onu təsdiq etməsi və ya ona qoşulmasından sonra 23 yüksək mənəvi keyfiyyətlərə və hazırkı Konvensiyanın əhatə etdiyi sahələrdə səriştəliliyə malik olan ekspertlərdən ibarət olur. Bu ekspertlər iştirakçı dövlətlər tərəfindən, onların öz vətəndaşları arasından seçilir və şəxsi keyfiyyətdə çıxış edirlər, bu zaman coğrafi ərazilər üzrə ədalətli bölgü və müxtəlif sivilizasiya formalarının, habelə əsas hüquqi sistemlərin təmsilçiliyi nəzərə alınır.
2. Komitə üzvləri, iştirakçı dövlət tərəfindən irəli sürülən şəxslər siyahısından gizli səsvermə yolu ilə seçilirlər. Hər iştirakçı dövlət öz vətəndaşları arasından yalnız bir şəxsi namizəd göstərə bilər.
3. Birinci dəfə seçkilər hazırkı Konvensiyanın qüvvəyə mindiyi gündən 6 ay sonra keçirilir. Hər seçkinin keçirilməsinə ən azı 3 ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş Katibi iştirakçı dövlətlərə 2 ay ərzində öz namizədlərini təqdim etmək təklifi ilə məktub göndərir. Baş Katib bu yolla irəli sürülən şəxslərin, əlifba sırasında, onları irəli sürən iştirakçı dövlətlərin adları göstərilməklə, siyahısını hazırlayır və bu siyahını iştirakçı dövlətlərə təqdim edir.
4. Komitə üzvlüyünə seçkilər iştirakçı dövlətlərin Baş Katib tərəfindən Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında çağırılan iclaslarında keçirilir. İştirakçı dövlətlərin üçdə ikisinin kvorum təşkil etdiyi bu iclaslarda o namizədlər Komitəyə üzv seçilmiş sayılırlar ki, onlar səsvermədə olan və iştirak edən iştirakçı dövlətlərin nümayəndələrinin səslərinin ən çoxunu və səslərin əksəriyyət çoxluğunu almış olsunlar.
5. Komitə üzvləri 4 il müddətinə seçilirlər: lakin birinci seçkilərdə seçilən doqquz üzvün səlahiyyət müddəti 2 ildən sonra başa çatır; birinci seçkilərdən dərhal sonra həmin doqquz üzvün soyadı Komitə Sədrinin püşkünə əsasən seçilir.
6. Beş əlavə Komitə üzvünün seçkisi hazırkı maddənin 2,3 və 4-cü bəndlərinin müddəalarına uyğun olaraq otuz beşinci dövlətin Konvensiyanı təsdiq etməsindən və ya ona qoşulmasından sonra keçirilir. Bu yolla seçilən 2 əlavə üzvün səlahiyyət müddəti 2 ildən sonra başa çatır; bu iki üzvün soyadı Komitə sədrinin püşkünə əsasən seçilir.
7. Eksperti Komitə üzvü kimi öz fəaliyyətini dayandıran iştirakçı dövlət gözlənilməyən vakansiyaları doldurmaq üçün öz vətəndaşları arasından, Komitənin bəyənməsi şərti ilə digər eksperti təyin edir.
8. Komitə üzvləri Birləşmiş Millətlər Təşkilatları vəsaitindən, Baş Assambleyanın, Komitənin vəzifələrinin vacibliyini nəzərə almaqla müəyyən etdiyi qaydalar və şərtlər əsasında, Baş Assambleya tərəfindən təsdiq edilən əmək haqqı alırlar.
9. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitənin funksiyalarının hazırkı Konvensiyaya uyğun olaraq səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi işçi heyəti və maddi vəsait ayırır.
Maddə 18
1. İştirakçı dövlətlər, Komitədə baxılmaq üçün hazırkı Konvensiyanın müddəalarını yerinə yetirmək məqsədilə qəbul etdikləri qanunvericilik, məhkəmə, inzibati və ya digər tədbirlər haqqında və bu sahədə əldə edilən nailiyyətlər haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə aşağıdakı məruzələri göndərməyi öhdələrinə götürürlər:
a) hazırkı Konvensiyanın bunda marağı olan dövlət üçün qüvvəyə mindiyi gündən sonrakı bir il ərzində;
b) bundan sonra ən azı 4 ildən bir və bir də Komitə bu barədə sorğu göndərdiyi vaxtlar.
2. Məruzələrdə hazırkı Konvensiya üzrə öhdəliklərin yerinə yetirilmə dərəcəsinə təsir göstərən amillər və çətinliklər göstərilə bilər.
Maddə19
1. Komitə öz prosedur qaydalarını özü təsdiq edir.
2. Komitə öz vəzifəli şəxslərini 2 il müddətinə seçir.
Maddə 20
1. Komitə hazırkı Konvensiyanın 18-ci maddəsinə uyğun olaraq təqdim olunan məruzələrə baxmaq məqsədilə, ildə bir dəfə, bir qayda olaraq 2 həftədən artıq olmayan bir müddət ərzində iclaslarını keçirir.
2. Komitənin iclasları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının Mərkəzi təsisatlarında və yaxud Komitənin müəyyən etdiyi istənilən digər münasib yerdə keçirilir.
Maddə 21
1. Komitə öz fəaliyyəti haqqında ildə bir dəfə İqtisadi və Sosial Şura vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına məruzə təqdim edir və iştirakçı dövlətlərdən aldığı məruzələrin və informasiyaların öyrənilməsi əsasında ümumi xarakterli təkliflər və tövsiyələr verə bilər.
Ümumi xarakterli belə təklif və tövsiyələr, əgər iştirakçı dövlətlərin bu barədə qeydləri varsa, onlarla birlikdə məruzəyə daxil edilir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Komitənin məruzələrini Qadınların vəziyyəti üzrə Komissiyanı məlumatlandırmaq üçün ona göndərir.
Maddə 22
İxtisaslaşdırılmış təsisatlar, hazırkı Konvensiyanın onların fəaliyyət sferasına daxil olan müddəalarının həyata keçirilməsi məsələlərinə baxılarkən, onda təmsil olunmaq hüququna malikdirlər. Komitə ixtisaslaşdırılmış təsisatlara onların fəaliyyət sferasına daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi barədə məruzələr təqdim etməyi təklif edə bilər. 
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri