Azərbaycanda ərin arvadını hansı halda boşamaq ixtiyarı yoxdur?

Şərhlər: 7
Baxılıb: 3 273
Səs ver:
(səs: 2)
"Qadın razı deyilsə, məhkəmə boşanma barədə qərar verməyəcək"
 
Əfsanə adlı qadın boşanma təhlükəsi ilə üzləşib. Ailəsi dağılmaq üzrə olan qadın bildirib ki, artıq üç aylıq hamilə olsa da, əri onunla boşanmaq istəyir: "Bilmək istəyirəm ki, ərin hamilə qadını boşamaq ixtiyarı varmı? Ərin nikahın pozulmasını tələb etmək hüququ hansı halda məhdudlaşdırıla bilər?"

Vəkil İradə Cavadova sualı cavablandırıb:  qanunvericiliyə görə, ər həyat yoldaşını hamilə olan zaman boşaya bilməz. Bu məsələ Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra keçən bir il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz. Bu dövrdə ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırılır.

İ.Cavadovanın sözlərinə görə, hamilə olan qadınla boşanmanın baş tutması üçün yalnız qadının razılığı olmalıdır: "Qadın razı deyilsə, məhkəmə boşanma barədə qərar verməyəcək. Hamiləlik vaxtı ər boşanmaqla bağlı iddia qaldıra bilməz. Bu, yalnız uşaq dünyaya gəldikdən bir il sonra mümkündür. Məhkəmə də tərəflərə fikirləşmək üçün zaman verir. Bu müddət başa çatanadək isə xeyli vaxt keçir".
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 273
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri