Hüquq mənbələrinin növləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 670
Səs ver:
(səs: 0)
hüquqi adətlər — hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olarkı, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir.
normativ hüquqi akt – tənzimlənməsi Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd;
normativ müqavilə — konkret subyeklər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyekləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar.
hüquq presedenti (məhkəmə və inzibati presedent) — huququn məhkəmələr və inzibati orqanlar tərəfindən tətbiqi zamanı təşəkkül tapmış və qəbul edilmiş qaydalardır. Yəni konkret bir məhkəmənin hansısa məsələni həll etmə qaydası nümunə kimi götürülməklə digər məhkəmələr tərəfindən də tətbiq olunur.
dini normalar — dini kitablar və dini təlimlər tərəfindən müəyyən edilən normalardır.
hüquqi doktrina — görkəmli elm xadimlərinin, hüquqşunas alimlərin, elmi müəssisələrin ictimai münasibətlərin tənzimlənməsi ilə bağlı, hüquqi məsələlər barədə bildirdikləri fikirlər, elmi əsərləridir. Bir qayda olaraq hüquqi doktrina dövlətin icazəsi və təsdiqi olduqdan sonra normalaşdırılmaqla praktikada tətbiq edilir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri