Mülki prosessual hüququn mənbələri və prinsipləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 159
Səs ver:
(səs: 2)
Mülki prosessual hüququn mənbələri
Mülki prosessual hüququn mənbələri dedikdə, mülki prosessual hüquq normalarını əks etdirən normativ hüquqi aktlar başa düşülür. Bu normativ hüquqi aktları iki qrupa bölmək olar:
ümumi;
xüsusi.
Mülki prosessual hüququn ümumi mənbələrinə ümumi, iqtisadi və münsiflər məhkəməsi tərəfindən hüquqi işlərə baxılması ilə əlaqədar ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktlar aiddir.
Mülki prosessual hüququn xüsusi mənbələrinə isə mülki, iqtisadi və yaxud münsiflər məhkəməsinin mühakimə icraatını nizama salan normativ hüquqi aktlar aid edilir.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Bütün qanunlar və digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyası əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyanın 60, 61, 62, 66 və eləcə də VII fəsli və bir sıra digər normaları bilavasitə mülk prosessual hüququn ümumi mənbəyini təşkil edən konstitusion normalarıdır.
 
Mülki prosessual hüququn prinsipləri
Mülki prosessual hüququn prinsiplərini müxtəlif əsaslara görə təsnifləşdirmək olar. Hüquqi nizamasalma obyektinə və təsir dairəsinə görə mülki prosessual hüququn prinsiplərini 4 qrupa bölmək olar:
I qrup prinsiplər: – ədalət mühakiməsinin yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi; – hakimlərin müstəqilliyi; – hüquqi işlərin təkbaşına və kollegial baxılması; – məhkəmə baxışının aşkarlığı; – mühakimə icraatının dövlət dilində aparılması. Bu qrupa daxil olan prinsiplər təşkilati – funksional və ümumhüquqi xarakter daşıyır.
II qrup prinsiplər: – məhkəmə həqiqəti; – qanunçuluq; – əsaslandırıcılıq. Bu prinsiplər isə funksional və sahələrarası prinsiplərin yaranmasını şərtləndirir.
III qrup prinsiplər: – şifahilik; – bilavasitəlik; – fasiləsizlik; – prosessual qənaət. Bu qrupa daxil olan funksional sahəlararası prinsiplər mülki mühakimə icraatının xarici xüsusiyyətlərini ifadə edir.
IV qrup prinsiplər: – dispozitivlik; – çəkişmə; – tərəflərin prosessual bərabərliyi prinsipi. Bu qrup prinsiplər mülki prosessual hüququn funksional sahəvi prinsiplərini yaradır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri