Qadınlara bu cür davranmaq olmaz

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 868
Səs ver:
(səs: 0)
Çox zaman mesaj vasitəsilə hisslərimizi olduğu kimi çatdırmaqda çətinlik çəkirik. Buna görə də yazdığımız mesaja istədiyimiz kimi cavab ala bilmirik. Əgər siz də qarşı tərəfə göndərdiyiniz mesaja istədiyiniz cavabı almaq istəyirsinizsə, məqaləni diqqətlə oxuyun və çalışın bu səhvlərə yol verməyəsiniz.

"Hey, Ay qız”
Biri ilə söhbətə başlayarkən ondan xoş cavab eşitmək istəyirsinizsə, ona ən azından adı ilə müraciət edin. Əlbəttə, əgər münasibətiniz yenidirsə. Çünki uzun mnüddətdir tanış olduğunuz xanım onu hamının səslədiyi kimi çağırmağınızı istəməz. Sizinlə danışarkən özünü hər kəsdən biri kimi hiss edən qadından isə özünüzə qarşı hansısa xüsusi münasibət, davranış gözləməyin

Konkret cavablar
Biz kişilər konkret cavabları sevsək də, təəssüf ki, xanımlar bizdən konkret cavab tələb etmir. Bir xanımın gözündə ideal sevgili obrazı yaratmaq istəyirsinizsə, onunla mümkün qədər incə, romantik davranmağa çalışın.

"Bu gecə nə etmək istəyirsən?”
Uzunmüddətli münasibətiniz olduğu halda qarşı tərəfə "Hara getmək istəyirsən?” sualını versəniz, bu münasibətinizdə hansısa problem yaratmayacaq. Amma münasibətə yeni başlamısınızsa, heç bir halda qarşı tərəfə bu sualla müraciət etməyin. Çünki xanımlar yanlarında onları idarə edə biləcək, yönləndirəcək əsil kişi görmək istəyirlər.

Bu soyuqluğun səbəbi nədir?
Qadınların sizdən ən axrıncı eşitmək istədikləri sual budur. Qarşınızdakı qadının sizdən qəfil soyuduğunu fikirləşirsinizsə, əmin olun ki bu sizin düşündüyünüz kimi qəfil baş verməyib. Bunun üçün mütləq onun xətrinə dəyəcək hansısa səhvə yol vermisiniz və əmin olun ki, oturub ətraflı düşünsəniz, harda səhv etdiyinizi özünüz də başa düşəcəksiniz. Bu zaman ona "Niyə bu qədər soyuq davranırsan?” sualını vermək əvəzinə səhvinizi başa düşdüyünüzü və niyə bu cür hərəkət etdiyinizi izah etməyə çalışın.

Dostlarının yanında onunla ağası kimi davranmaq
Kişilər qadınlar haqqında çox məsləhətləri birmənalı qəbul edirlər. Xanımlar nə onları çox sıxan, nə də çox rahat buraxan kişiləri sevmir. Xüsusən də rəfiqlələrinin, dostlarının yanında onunla ağası kimi danışmağınızı, mesaj yazmağınızı heç bir qadın qəbul etməz. Necə ki, siz dostlarınızın yanında xanımınızın sizinlə kobud davranmağını sevmirsiniz eləcə də qadınlar da bu mövzuda sizinlə eyni düşünür.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri