Hüquq normalarının təfsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 712
Səs ver:
(səs: 1)
Hüquq normalarının təfsiri — hüquq normalarının gerçək mahiyyətinin aşkar edilməsinə, maraqlanan şəxslərə izah edilməsinə yönəlmiş əqli fəaliyyətdir.

Təfsir hüquq normalarının tətbiqinin ən vacib elementlərindən biridir.

Təfsirin üsulları
Təfsirin üsulları hüquq normalarının mahiyyətinin izah edilməsi prosesində istifadə edilən xüsusi üsul, qayda və metodların məcmusudur.

dilçilik (lingvistik, filologiya, qrammatik) — hüquq normasının əks olunduğu cümlədəki sözlərin mahiyyətinin aşkar edilməsinə, sözlərin qrammatik bağlılığı əsasında nəticənin əldə edilməsinə yönəlmişdir.
funskional — hüquq normasının fəaliyyət göstərdiyi şəraitin, şərtlərin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
tarixi — hüquq normasının qəbul edilməsi tarixini öyrənməklə, onun qəbul edildiyi şəraitin və qəbul edilməsi məqsədlərinin əsas götürülməsi ilə mahiyyətinin izah edilməsinə yönəlmişdir.
sistematik — hüquq normasının digər hüquq normaları ilə qarşılıqlı əlaqəsi şəraitində mahiyyətinin izah edilməsidir.

Təfsirin növləri

Təfsirin nəticələrinin hüquqi qüvvəsi nəzərə alınmaqla iki növü var:

Rəsmi təfsir — səlahiyyətli dövlət orqanları və vəzifəli şəxslər tərəfindən edilən təfsir.

Rəsmi təfsirin aşağıdakı növləri var:

autentik — hüquq normasını qəbul edən orqan tərəfindən təfsir edilməsi .
leqal — hüquq normasını qəbul etməsə də, hüquq normalarının təsfiri qanunvericiliklə həvalə edilmiş orqanlar tərəfindən edilən təfsir.
normativ — müəyyən növ işlər üzrə hüquq normasının tətbiqi zamanı istifadə edilən təfsir.
kazual — konkret hüquqi işlərin baxılması üçün edilən təfsir.

Qeyri-rəsmi təfsir — konkret şəxslər və ya təşkilatlar tərəfindən məsləhət xarakteri ilə edilən informasiya xarakteri daşıyan təfsir.

Qeyri-rəsmi təfsirin aşağıdakı növləri var:

Adi — şəxsin özü tərəfindən edilən təfsir.
Xüsusi hüquqi — hüquqşünaslar, vəkil və.s tərəfindən edilən təfsir.
Doktrinal — hüquqşünas alimlər və elmi müəssisələr tərəfindən edilən təfsir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri