Valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 134
Səs ver:
(səs: 4)
Valideynlərin vətəndaşlığı dəyişdikdə, yəni hər iki valideyn Azərbaycan vətəndaşlığını qəbul etdikdə onların 14 yaşına çatmamış uşaqları da Azərbaycan vətəndaşlığlnı əldə etmiş olur. Azərbaycan ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni vətəndaşlıqdan çıxarsa və bu səbəbdən uşaq üzərində Azərbaycan Respublikasının vətəndaşlarının qəyyumluğu və himayəçiliyi müəyyən edilmişsə və valideynlər uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və himayəçinin vəsaiti ilə uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər valideynlərdən biri Azərbaycan vətəndaşlığını əldə etmiş şəxsdirsə, digəri isə xaricidirsə, uşaq Azərbaycan vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və xarici valideynin razılığı ilə Azərbaycan vətəndaşlığını əldə edir. Azərbaycandan kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan vətəndaşlığını əldə etmişsə, ikinci valideyni isə vətəndaşlığı olmayan şəxsdirsə, belə halda uşaq Azərbaycan vətəndaşlığını əldə etmiş valideynin vəsatəti və ikinci valideynin razılığı ilə Azərbaycan vətəndaşlığını əldə edə bilər. Valideynlərdən birinin Azərbaycan Respublikası vətəndaşlığına xitam verilərsə, ikinci valideyn Azərbaycan vətəndaşlığında qalırsa, belə halda uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər Azərbaycan vətəndaşlığından çıxmış valideyn vəsatət qaldırarsa və ikinci vətəndaşlıqda qalan valideyn razılıq verərsə, uşağın Azərbaycan vətəndaşlığından çıxmasına icazə verilə bilər. Uşaqlar övladlığa götürüldükdə Azərbaycan vətəndaşlığını əldə etmə əsasları aşağıdakılardan ibarətdir. Əgər əcnəbi uşağı Azərbaycan vətəndaşları övladlığa götürülərsə, övladlığa götürülən uşaq Azərbaycan vətəndaşlığı əldə edir. Eyni qayda vətəndaşlığı olmayan uşağın Azərbaycan vətəndaşları tərəfindən övladlığa götürülməsi zamanı da tətbiq olunur. Əcnəbi uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə belə halda, övladlığa götürülən uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Göstərilən halda, vətəndaşlığı olmayan ərin və ya arvadın bu məsələdə razılığı qanunla nəzərdə tutulmamışdır. Bu ondan irəli gəlir ki, övladlığa görürən ər və ya arvadın birinin heç bir ölkəyə vətəndaşlıq mənsubiyyəti yoxdur. Əgər əcnəbi uşağı övladlığa götürən ər və ya arvadın biri Azərbaycan vətəndaşı, digəri isə əcnəbidirsə, belə halda uşağın Azərbaycan vətəndaşlığını əldə etməsi övladlığa götürənlərin qarşılıqlı razılığı ilə həyata keçirilə bilər. Vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər və ya arvaddan biri Azərbaycan vətəndaşı, digəri isə vətəndaşlığı olmayan şəxs olarsa, belə halda həmin uşaq Azərbaycan vətəndaşlığını əldə etmiş olur. İkinci halda, vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər və ya arvaddan biri azərbaycan vətəndaşı, digəri isə əcnəbidirsə, belə halda uşağın Azərbaycan vətəndaşlığını əldə etməsi üçün uşağı övladlığa götürənlərin qarşılıqlı razılığı tələb olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, uşaqlarının vətəndaşlığının müəyyən edilməsi əsasları aşağıdakölardan ibarətdir. Azərbaycan Respublikasında olan uşaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, onların hər ikisinin vəsatəti əsasında uşağın Azərbaycan vətəndaşlığına xitam verilir. Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürən ər və ya arvaddan biri Azərbaycan vətəndaşı, digəri isə əcnəbidirsə belə halda uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Əgər ər və ya arvad vəsatət qaldırarlarsa, uşaq Azərbaycan vətəndaşlığından çıxa bilər. Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürən ər və ya arvadın hər ikisi vətəndaşlığı olmayan şəxsdirsə, yaxud biri Azərbaycan vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə həmin uşaq Azərbaycan vətəndaşlığını saxlayır. Uşaqların vətəndaşlığının dəyişilməsi onların razılığının zəruriliyi vətəndaşlıq haqqında Azərbaycan Respublikası Qanununun 19-25-ci maddəsinə əsasən, 14-18 yaşınadək həyata keçirilə bilər. Vətəndaşlıqla bağlı beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanunu arasında müəyyən ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq olunur.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 2 134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri