Qadın kişidən çox qazanırsa

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 265
Səs ver:
(səs: 1)
Müasir aləmdə boşanma səbəblərindən biri qadının daha çox məvacib almasıdır. Psixoloqların fikrinə əsasən kişi ailədə daha az maaş alanda əzab çəkir və xanımına da əzab verir. Nəticədə ailədə elə bir gərginlik yaranır ki, boşanma yeganə çıxış yolu olur.

Lakin ailədə öhdəliklər düzgün müəyyən edilərsə qadının məvacibinin həyat yoldaşının qazancından çox olması problem olmamalıdır. İşdə hörmət qazanmaq olar, lakin heç bir iş ailəni əvəz etməyə qadir deyildir. Buna görə hər iki nəfərin arasında dərin hörmət və məhəbbət varsa bu məsələ problem olmamalıdır.

Bir qayda olaraq qadın evə daha çox məvacib gətirərəkən müstəgilliyə can atmağa başlayır. Məsələn, ailə üçün avtomobil alarkən pulun çox hissəsini xanım ödəyirsə o öz sevdiyi model və rəngin üzərində duracaqdır. Bu vəziyyət onun həyat yoldaşının xətrinə toxuna bilər və o, bunu biruzə verəcəkdir.

Qadın ailə büdcəsinə daha çox maddi gəlir gətirirsə büdcəyə nəzarət etməyə başlayır və kişidən etdiyi xərcllərlə bağlı hesabat tələb edir.

Bəzən bu xanımlar zaman keçdikcə həyat yoldaşlarına qarşı soyuq münasibət bəsləməyə başlayırlar, çünki onu özlərindən daha da yüksəkdə görmək istəyirlər.

Son 30 il ərzində ailəyə dah çox məvacib gətirən xanımların sayı 3 dəfə artmışdır. Bəzi ölkələrdə isə kişilər evdə oturaraq ev işləri ilə məşğul olur, qadınlar isə daha çox məvacib aldıqları üçün ailəni təmin edirlər.

Sosioloqların apardığı sorğuya əsasən hər səkkizinci kişinin fikrinə görə kişi qadından 2-3 dəfə daha artıq pul qazanmalıdr, hər yeddinci kişinin dünya görüşünə əsasən isə qadının kişidən daha çox məvacib alması rüsvayçılıqdır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri