Aile ve karyera

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 160
Səs ver:
(səs: 0)

Qadınların iş həyatında uğurlar əldə etməsi əksər hallarda ailə münasibətlərinə mənfi təsir göstərir.
Karyera qurmuş qadınlarımız müəyyən səbəblərdən həyat yoldaşlarına çox vaxt sərf edə, uşaqları ilə lazımi qədər maraqlana bilmir, nəticədə getdikcə artan narazılıqlar tərəflər arasındakı böyük sevgini məhv edir. Bəzi subay xanımlarsa ailə qurmağın işdə yüksək mövqe əldə etdikdən sonra yol verilən olduğunu düşünür və elə buradaca yanılırlar. Ona görə ki, həyat qarşımıza bizi həqiqətən də saf hislərlə sevən adamı bircə dəfə çıxarır. Karyera qurmaq arzusu məhəbbət, eşq kimi böyük hisləri öldürməməlidir, çünki sevən qadın möhtəşəm, arzu olunandır.

Bəs, işində uğur qazanmış qadın ailədə də eyni cür nailiyyət əldə edə, evində mehriban ana, qayğıkeş həyat yoldaşı ola bilərmi? Əlbəttə, güclü qadının qadir ola bilməyəcəyi heç nə yoxdur!

Bir şeyi unutmayaq, əziz qadınlar, cütlər arasında ünsiyyət azaldıqca, cinsi münasibətlərdə də soyuqluq yaranır.

Bir sözlə, stres altında aldığımız hormonlar cinsi əlaqə sıxlığını azaldır, cinsi istəksizlik probleminə gətirib çıxarır. Deyəcəksiniz ki, axı sakit, insanı yormayan iş yoxdur, nəyə əl atırsan vaxt və zəhmət tələb edir. Ancaq gəlin, biz işdəki problemlərin, stressin evimizin qapı-pəncərəsindən içəri keçməyinə icazə verməyək. Əvvəla, ondan başlayaq ki, qadının həyat yoldaşının yaxınlıq göstərmək istədiyi an ona sərt şəkildə “yorğunam, bu gün yox!” deməsi sevən kişini hədsiz qıcıqlandırır. Göydəki ulduzları dərib ovuclarınıza yığmaq istəyən adam sizin onu rədd etdiyiniz gecə özünü dünyanın ən bədbəxti, ən zavallısı hesab edir. Sanki, bu hərəkətinizlə ona “səndən daha vacib işlərim var, əl çək!” deyirsiniz. Bununla da siz sevgisi naminə hər cür fədakarlığa hazır olan cangavərinizin eqosunu zədələyirsiniz. Hər iki halda ya ailə dağılır, ya da konflikli münasibətlər dövrünə keçilir.

Unutmayın ki, övladlarımızın düşüncəsində formalaşan ailə modeli məhz bizim necə valideyn olmağımızdan asılıdır.

Bir fikirləşin, axşam ailə üzvləri ilə şam yeməyi yeyib, maraqlı film izləmək qədər gözəl nə ola bilər?! Əziz işgüzar qadınlar, heç olmasa bircə dəfə cəhd etsək həyatın nə qədər gözəl olduğunu görərik
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri