İş yerinizi nə zaman dəyişməlisiniz?

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 420
Səs ver:
(səs: 0)
Həyatda hər kəsə ilk dəfədən bütün ömrü boyu işləyəcəyi iş yeri tapmaq qismət olmur. Bu o demək deyil ki, elə bir iş yerini axtarmalı deyilsiniz. Bəzən fərd zaman keçdikcə anlayır ki, nə qədər israrlı davransa da, ona aid olmayan yerdə çalışmaqdadır. Bəziləri çalışdığı iş yerində sadəcə adı getsin deyə çalışmaqda davam edər.

Hansı hallarda iş yerinin dəyişdirilməsi haqqında düşünməlisiniz?

1. Həmin iş yerində çalışmağı öncədən arzulamamısınızsa!
Sadəcə belə alınıb. Valideynləriniz məktəbi bitirdikdən sonra sizə təzyiq göstəriblər və arzularınız, ideyalarınızla heç əlaqəsi olmayan işə düzəlmisiniz. Yaxud təhsildə qarşılaşdığınız uğursuzluq nəticəsində sıfırdan başlamaq əvəzinə belə bir iş yerində çalışmağı çıxış yolu seçmisiniz. Bəlkə də hansısa dostunuzun (rəfiqənizin) məsləhəti ilə "Nə olar, olar" prinsipinə əsaslanaraq həmin iş yerinə baş vurmusunuz.

2. Yeni şeylər öyrənmirsinizsə!
Nəzəri olaraq oxuduğunuz şeyləri iş həyatında təcrübədən peşəkarlıqla keçirmisinizsə, o işdə işi davam etdirməyə nə gərək var? Özünüzü inkişaf etdirmək üçün hansı seminarlarda, forumlarda iştirak etmisiniz? Yaxud hansı inkişaf etdirici kitab və məqalələri oxumusunuz? Hər şeyi bildiyinizi düşünürsünüzsə, deməli inkişaf etmirsiniz.

3. Zəngdən zəngə (çağrıldığınız zaman) işləyirsinizsə!
"Yox bir, istirahət günlərimdə də iş barədə düşünməliyəm? Cəhənnəm olsun peşəkarlıq, yeni ideyalar". Onsuz da sizin bu cür düşüncələrinizə görə maaşınızı kəsən olmayacaq. Sözün qısası boş zamanlarınızda iş barədə düşünmürsünüzsə, o işi sevmirsiniz!

4. İş yerində bir məna tapa bilmirsinizsə!
Günlərin bir günü işlədiyiniz şirkət və ya hər hansısa bir ofis çöksə, lap belə bütün dünya dağılsa, vecinizə deyilsə, o iş yerində çalışmağın nə mənası var?

5. İş barədə danışmaq xoşunuza gəlmirsə!
Əgər artıq sizə iş yeriniz darıxdırıcı və sıxıcı gəlməyə başlayıbsa, dostlarınıza (rəfiqələrinizə) işiniz haqqında danışmaq utandırıcı gəlirsə, başqalarına işiniz barədə yaxşı şeylər demək, göstərmək imkanı azalıbsa, qaçış axtarışındasınız və ya müəyyən səbəblərdən səbr edib bu şəkildə davam etməyə maraqlısınız.

6. Sizi nadir hallarda tərifləyirlərsə!
Nə qədər böyük ürək və enerji sahbi olmalısınız ki, işinizi yaxşı görə biləsiniz. Ayın işçisi ola bilmədiniz, nümunəvi işçi kimi jurnalistlər sizdən müsahibə almadılar, iş otağınızın divarında sertifikatlar, tərifnamələr, diplomlar, mükafatlar asılmayıb. Onlar olmasa da olar, əsas odur sizi cərimə etmirlər.

7. İş həyatı sizə üzüntü gətirirsə!
Və ya qıcıqlanma, yaxud dərin depresiya (çarəsizlik). Həftə sonu iş yeri barədə düşüncələr ürəyinizi bulandırırsa, iş yerinizdə tez-tez yuxulayırsınızsa, sıx-sıx dincəlmək, tətil barədə düşünürsünüzsə, başqa yerlərə, tədbirlərə işinizdən daha çox zaman ayırmağa başlamısınızsa, arzularınızın reallaşmasına yaramayan iş yerində ömrünüzdən gedən saatları xərcləməyə dəyərmi? Belə işləməkdənsə, iş yerini dəyişmək ən doğru yol deyilmi? Ola bilər ki, yerinizə gələn yeni işçi həmin iş yerinə daha uyğun biri, arzularla dolub-daşan, işləməyə həvəsli, yeni ideyalarla aşıb-daşan, ən əsası işlədiyi yeri sevən, dəyərini bilən biri olacaq.

Bütün işləriniz ürəyinizcə olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri