Yeni evli çalışan qadınlar üçün xüsusi məsləhətlər

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 050
Səs ver:
(səs: 0)
İş həyatı, xüsusilə ənənəvi olaraq ev qadınlığı və analıq rollarını oynayan qadınlar üçün bir yaranma sahəsidir. Amma həm işləmək, həm də ev qadını olmaq asan deyil. Qadın özünü kəşf etməyə, bacarıqlarını sınamağa, sosial münasibətlərini inkişaf etdirməyə və iqtisadi azadlığını qazanmağa bir işdə çalışaraq başlayır. Bu vəziyyət qadınların yalnız ev xanımı və ana olmadığını göstərməsi baxımından olduqca əhəmiyyətlidir.
Evliliyin ilk illərində isə qadınlar, götürdükləri bütün rolları qüsursuz bir şəkildə oynamağı hədəf seçərlər. Bu məsələdə bəzən özlərinə olduqca amansız davranaraq, mükəmməl bir yoldaş, ev qadını və iş qadını olmağa çalışarlar. Bir müddət sonra, qadın özünə vaxt ayıra bilmir, onunla bağlı istəklərini həmişə təxirə salmış vəziyyətə gəlir.

Evlilik qadının iş həyatındakı mövcud vəziyyətinə, mövqeyinə, həyat yoldaşı olma, ev qadını olmaq və analıq rollarının növbə ilə daxil olduğu tamamilə başqa bir platformadır.

Çalışan qadın, çevrəsinin ona yüklədiyi məsuliyyətləri tam mənası ilə yerinə yetirə bilmədiyində özünü bacarıqsız, uğursuz, heç kimə çata bilmiyən biri kimi görür. Tükənmiş, məyus və tənha hiss edər. Bu hisslərlə evinə və ərinə lazım olan diqqəti göstərə bilməz, iş yerində məhsuldarlığı da düşə bilər və özünü çarəsiz hiss edər.
Çalışarkən bir evliliyin baş verməsi vəziyyətində, ilk günlərdə alına biləcək bir neçə tədbir ilə bu problemlərin qarşısını ala bilər.
Evli bir qadın, mütləq özünə vaxt ayırmalıdır. Müəyyən fasilələrlə yoldaşları ilə bir araya gələ bilər, onlarla söhbət mühiti yarada bilərlər.Həm iş yerində, həm də evdə ən yaxşı olmaq ideyasından imtina edərək onun yerinə kifayət qədər yaxşı olmağı öyrənməlidilər.
Evdəki bütün məsuliyyətləri üzərinə götürmək əvəzinə, həyat yoldaşları ilə birlikdə iş bölümü edərək məsuliyyətləri bölüşə bilərlər.
Gün ərzində baş verən müsbət və ya mənfi bütün prosesləri həyat yoldaşları ilə paylaşa bilməli fikir mübadiləsi apara bilməlidirlər.
Sağlam bir ünsiyyət sağlam bir münasibəti də özü ilə bərabər gətirəcəkdir. Evlilik içərisində qarşılaşılan hər hansı bir vəziyyətin cütlüklər tərəfindən həll oluna bilinməməsi halında profesional bir kömək almağı düşünə bilərlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri