Qədim Yunanıstanın bank sistemi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 009
Səs ver:
(səs: 0)
“Müasir” maliyyə institutların və əməliyyatların bizim eramızdan əvvəl yarandığını təsəvvür etmək olduqca çətindir.

Qədim Yunanıstanda sələmin (yüksək faizli kredit) verilməsi ilə həm imkanlı insanlar, həm polisin vətəndaşları, həm də dəyişən dükan (trapez) sahibləri məşğul olurdular. Onlar arasında sahiblərinin nümayəndəsi rolunda çıxış edən qullar da var idi. Trapezlərin əsasında borc bazarında kredit və digər xidmətlər inkişaf etməyə başlamışdır. Yeri gəlmişkən, Orta əsr İtaliyasının mübadilə şöbələrindən yaranmış müasir banklar, eyni inkişaf yolu keçmişdirlər, yunan dilində olan “trapeza” sözü isə “bank” kimi tərcümə olunur.

Kredit Müraciəti

Ellin trapezlərinin fəaliyyəti və ümumiyyətlə trapezlərin meydana gəlməsi, e. ə. VII əsrdə Kiçik Asiya ərazisində yerləşən Lidiya polisində standart qızıl və gümüş pullarının yaranması ilə mümkün olmuşdur. Bu yenilik digər yunan ticarət-şəhərləri tərəfindən götürülərək, beynəlxalq pul dövriyyəsinin yaranmasına səbəb olmuşdur. Yunan bankları (əgər onları belə adlandırmaq mümkündürsə), pul dövriyyəsi nəticəsində inkişaf ediblər. Qədim yunanların borc münasibətlərin qanunvericiliyinin əsaslarını Uzaq Şərqdən öyrənməsi təəccüblü deyil, xüsusilə bu ölkələr arasında Babilistanın böyük rolu var.

Qədim Yunan bank-trapezlərinin fəaliyyəti e. ə. V-IV əsrin əvvəllərində aktiv inkişaf etməyə başlayıb. Bu trapezlərin əsas iqtisadi funksiyası, pul mübadiləsinin həyata keçirilməsindən ibarət olmuşdur, çünki hər bir şəhər-dövlətin öz sikkələri olub. Mübadiləyə görə çox vaxt 5-6% komissiya tutulurdu, bəzən bu rəqəmin 10-25% qədər çatdığı hallara da rast gəlinib. Pul mübadiləsini həyata keçirən insanlar isə tədricən bankirlərə çevrilməyə başlayıblar.

Nəticədə, iri trapezlər kredit əməliyyatların mərkəzinə çevrilirdi. Bəzən yatırımlar faizsiz olurdu (məsələn, mülkiyyətin vergi tutmalarından qorumaq məqsədi ilə edilmiş yatırımlar). Nəzəri olaraq, trapezdə hər zaman müəyyən ehtiyat fondları olurdu.

ə. V əsrin sonundan başlayaraq, depozitlərin qəbulu və onların kredit əsasında verilməsi, yunan banklarının əsas iqtisadi funksiyalarının birinə çevrildi. Depozitlər 10% altında qəbul edilirdi, ssudalar isə daha yüksək-10-33% ilə verilirdi. Ssudalar zamin, əmlakın girovu və bəzi hallarda torpaq girovu ilə də təmin olunurdu.
Pulların saxlanılması və mübadiləsi əsasında, bir yatırımçının hesabından digərinin hesabına pul köçürmə əməliyyatları meydana gəlmişdir. Xüsusilə, Afina və digər dənizsahili ölkələrdə dəniz ssudası gediş yayılmağa başlamışdır. Bu ssuda, gəminin və ya əmtəənin girovu əsasında dəniz ticarət ekspedisiyaların keçirilməsi məqsədi ilə pulların verilməsini nəzərdə tutur. Bu əməliyyat kifayət qədər riskli olduğuna görə, kreditorlar qarşılığında yüksək faizlər tələb edirdilər. Bəzən bu rəqəm müharibə dövrü üçün 30%, sülh dövrü üçün isə 22,5% təşkil edib.

Dəniz ssudaları yalnız peşəkar sələmçilərə deyil, Afinada əcnəbi kimi yaşayan insanlara da verilirdi. Tədricən kreditin verilməsi ilə ticarətçilər, iki və daha artıq nəfərdən ibarət olan birliklər də məşğul olmağa başlayırlar. Bəzən borclular razılaşmanın şərtlərindən yayınaraq sələmçiləri aldadırdılar. Bu, Afinada və digər yunan şəhərlərində məhkəmə proseslərinin başlanmasına səbəb olurdu.

Burada bank işi sahəsində məhkəmə sistemi çox yaxşı inkişaf etmişdir. Çox vaxt məhkəməyə müraciət etmiş tərəf trapezlər olurdu, bununla onlar borcları faiz ilə qaytarmağa çalışırdılar.

Bu kimi istintaqlar həm dəniz ssudaları sahəsində, həm də depozitlərin qaytarılması sahəsində geniş yayılmışdır. Məhkəmənin qərarları, adətən, 30 gün ərzinə verilirdi. Qərarların bu qədər tez bir zamanda verilməsi, kreditorların maraqlarının qorunması ilə bağlıdır. Maraqlıdır ki, o dövrlərdə razılaşmaların məzmunu ilə bağlı heç bir problemlərə rast gəlinmirdi, əsas səbəb kimi razılaşmanın şahidlərin iştirakı ilə bağlanmasını göstərmək olar. Razılaşmanın bir nüsxəsi notariat rolunda çıxış edən bankir-trapezitdə saxlanılırdı.

Borc əvvəlcədən müəyyən olunmuş vaxtda trapezitlərin iştirakı ilə ödənilirdi.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri