Ən qeyri-adi işə gecikmə bəhanələri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 163
Səs ver:
(səs: 0)
İşə gecikən insanlar yaxşı bilər ki, vaxtında təhvil verə bilmədiyiniz bir iş üçün saysız-hesabsız bəhanələr mövcuddur.

Bəzi bəhanələrin doğruluğuna dair şübhə yaranmaz, çünki olduqca məqbul səbəbləri vardır. Məsələn, körpənizin dayəsi son anda gələ bilməyəcəyini söyləmiş, siz və ya ailə üzvlərinizdən biri qəflətən xəstələnmiş, yaxud da avtomobiliniz işə düşməmişdir.

İş axtarış saytı olan “CareerBuilder” tərəfindən keçirilən anket sorğusu ilə işçilərin işə gecikmə halları zamanı əsasən irəli sürdükləri bəhanələr müəyyən edilmişdir. Gəlin, baxaq içərisində sizin də istifadə etdiyiniz bəhanələr varmı?

Anket nəticələrinə görə tıxac, yuxu rejimi və hava şəraitləri işə gecikmə bəhanələri siyahısında ilk üç yeri tuturlar. Tıxac problemi 51% - lik göstərici ilə ən çox müraciət edilən bəhanə olarkən onu ardıcıl olaraq yatıb qalma (31%), əlverişsiz hava şəraiti (28%), yataqdan qalxa bilməyəcək qədər yorğun olma (23%) və hansısa bir əşyanı evdə unutma (13%) izləyir.

Yuxarıda qeyd edilən bəhanələr əlbəttə ki, hər kəs tərəfindən məqbul sayıla bilər, lakin eyni anket nəticələrində qeyri-adiliyi ilə sizi heyrətə salacaq bəhalər də mövcuddur.

Ən qeyri-adi işə gecikmə bəhanələri

“İşləmək üçün olduqca soyuq bir gündür.”

“Qəhvəm çox isti idi və soyuyana qədər evdən çıxa bilmədim.”

“Bir fala baxan qadından magistral yolda yaşanacaq ciddi bir avtomobil qəzası ilə bağlı məlumat aldım, bu səbəbdən başqa yoldan istifadə etmək məcburiyyətində qaldım və bir saat gecikdim.”

“İtim iş cədvəlimi yeyib.”

“Əslində işə gəlmişdim, amma avto dayanacaqda yuxuya getmişəm.”

“Üzərindən beş il keçməsinə baxmayaraq, köhnə iş yerində artıq işləmədiyimi unudub səhvən ora getmişəm.”

Bu nümunələr kifayət qədər heyrətləndirici deyil?

Elə isə hazır olun, daha da qeyri-adi bəhanələr mövcuddur:

1. Magistral yolda qaçan bir zebra var idi, bu səbəblə də nəqliyyat sıxlığı yaşandı. (sonradan bu məlumatın doğru olduğu məlum olmuşdur)

2. Evimdən iki küçə uzaqlıqdakı bir evin həyətində oyanmışam.

3. Pişiyim hamamda qalmışdı.

4. İşə gecikdim, çünki avtomobilimdə yuxuya getmişdim.

5. Linza suyunun əvəzinə yapışqan məhluldan istifadə etdiyim üçün təcili həkimə getməli olmuşam.

6. “Halloween” bayramı münasibətilə iş günü olmadığını düşünmüşəm.

7. Yağış suyu evin tavanındakı dəlikdən zəngli saatımın üzərinə düşdüyü üçün saatım işləməyib.

8. Şirkətin ünvanının dəyişdiyini unutmuşam.

9. Gecə gördüyüm yuxunun təsirdən xilas ola bilmədim.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri