2019-cu ildə işsiz qalmamaq üçün nə bacarmalıyıq?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 159
Səs ver:
(səs: 0)
İşədüzəlmə məsələsi hər zaman aktual olub, işçilərə qarşı irəli sürülən tələblər isə ildən ilə dəyişir. Bu sahədəki yeniliklərə qısa nəzər yetirək.

Özünüməşğulluq
2017-ci və 2018-ci illərlə müqayisədə həm İT, həm də digər sahələrdə vakansiyaların sayı artıb (ə/h isə eyni qalıb). Bir çox şirkətlər, kiçik və orta biznes də daxil olmaqla, işçiləri özünüməşğulluq sistemi ilə qəbul edirlər.

Özünüməşğulluq sistemi üzrə işə qəbul olmuş şəxs başa düşməlidir ki, bütün vergiləri özü ödəməli olacaq. Bundan əlavə olaraq, o, məzuniyyət kimi imtiyazlara iddia etməməlidir. Eyni zamanda unutmamalıyıq ki, şirkət sizə heç bir xəbərdarlıq etmədən sizi işdən çıxara bilər.

Bir çoxlarınız deyə bilər ki, əmək müqaviləsi ilə işə qəbul olduğumuz halda belə, “pis işləyirsən” səbəbindən işdən çıxarıla bilərik. Lakin, heç də hər kəs bilmir ki, işəgötürən sizin “pis işlədiyinizi” hüquqi olaraq sübut etməlidir. Bu isə heç də həmişə mümkün olmur.

Sahələr
Sahələrdən danışdıqda isə insanların çoxu düşünür ki, İT sahəsi ən gəlirli sahələrdən biridir. Bu tam olaraq reallığa uyğun deyil.

İT sahəsini əsas iki seqmentə bölmək olar: İT və internet (oyunlar olan yer). İkinci seqmentdə əmək haqqının səviyyəsi və vakansiyaların sayı baxımından hər şey yaxşıdır. Belə ki, İT şirkətlərin bir çoxu xarici dövlətlərə işləyirlər, müvafiq olaraq işçiyə əmək haqqı dollar və ya avro ilə verilir.

2019-cu ildə İT sahəsində tələb olunacaq bilik və bacarıqlara qısa nəzər yetirək. İnternetdə çox vaxt bu kimi şüarlara rast gəlirik: “bu, o birisi və oradakı proqramlaşdırma dilini öyrən”, lakin siz başa düşməlisiniz ki, 25-26 yaşında proqramlaşdırma proqramlarını sıfırdan öyrənməyə başlamış şəxs, çox güman ki yaxşı iş tapa bilməyəcək. Niyə?

Səbəb çox sadədir. Bu yaşda heç bir şey bacarmayan mütəxəssis, heç kimə lazım deyil. Adətən şirkətlər Senior (bu səviyyəyə çatmaq üçün ən az 5-7 il təcrübəniz olmalıdır) səviyyəli mütəxəssislərə üstünlük verirlər.

Junior–proqramçı isə bazarda rəqabətqabiliyyətli vahid deyil. Belə halda işçi aşağı əmək haqqı ilə razılaşaraq, 19-20 yaşlı proqramçılarla eyni səviyyədə çalışmalı olur.

Nəticə: bu o demək deyil ki, 25 yaşdan sonra proqramlaşdırma ilə məşğul ola bilmərsiniz. Amma “40 yaşında bizə gəl və 2 ildən sonra Facebook-da çalışacaqsan” kimi şüarlara aldanmayın.

Klassik İT sahəsinə gələndə isə, burada işlər o qədərdə yaxşı getmir. Şirkətlər maliyyə vəsaitinə qənaət edərək, daha çox ucuz sistemlərə üstünlük verirlər.

Dövlət qulluğu

Ötən il işəgötürən qismində dövlət və dövlət müəssisələri çıxış edirdi. Dövlət qulluğu ilə hər şey eyni anda həm yaxşıdır, həm də çətindir. Niyə çətindir? Çünki dövlət qulluğuna düşmək kifayət qədər çətindir. Bu, qapalı bir sistemdir, hara ki hər kəs yalnız “özününkü” nü gətirməyə çalışır. Lakin burada da artıq dəyişiklər baş verir. Şirkətlər 5-6 il ilə müqayisədə daha açıq olmağa başlayırlar.

Bu il-onlayn təhsil ilidir: müxtəlif onlayn kurslar və s. Bu sektorda əmək haqları yüksək olmasalar da, bir çox maraqlı vakansiyalar var.

Digital və İT

Demək olar ki, bütün şirkətlər Digital və rəqəmsal transformasiyaya keçmək istəyirlər, lakin çoxları bunun nə olduğunu başa düşmürlər.

Digital-da aşağıdakı vakansiyalara tələbat güclüdür:

Proqramçılar
Data Sciense ilə bağlı olan hər bir şey (bu çətindir!)
Dizaynerlər
Redaktorlar
UX-mütəxəssislər
Analitiklər
Layout dizaynerləri
Dövlət şirkətlərinin tələbləri:

Müxtəlif qanun və məhdudiyyətlərdən xəbərdar olmaq
İdarəetmə bacarığı
İnternet marketinq sahəsində:

Analitiklər
Kontekst reklam üzrə mütəxəssislər
İri şəhərlərdə demək olar ki, bütün mütəxəssislərə tələbat olur.

2019-cu ildə çox da aktual olmayan peşələr:
Hüquqşünaslar
Tərcüməçilər
Menecerlər

Kursu necə seçmək lazımdır?
Kursu keçəcək insanlara diqqət edir. Bunlar 20 il bundan əvvəl müvəffəqiyyətli olan insanlar deyil, müasir praktiklər olmalıdır.
Kursda təcrübə çox olmalıdır. Əgər yalnız nəzəriyyəyə üstünlük versəniz, nə müsahibədə, nə də test tapşırığında müvəffəqiyyətli ola bilməyəcəksiniz.
Rəyləri oxuyun və analiz edin
Sertifikatlar. Hər şey kursun özündən asılıdır. Əgər kurs sənədləşmə tələb edən ixtisasartırma ilə bağlıdırsa, sertifikata ehtiyac ola bilər. HR ilk növbədə sənədi təsdiqə deyil, kursun “adına” və yerinə yetirdiyiniz test tapşırığın nəticəsinə baxır.
Daim bacarıqlarınızı təkminləşdirin, yeniləyin. Ən pis işçi – 20 il iş təcrübəsi olan, lakin yenilikləri öyrənmək istəməyən mühasibatçıdır.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 159
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
ishlemek uchun tecruben olmalidir
23 may 2019 09:37
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Aykam2001
-təşəkkürlər xəbərə görə )
22 may 2019 19:06
2
• Qadınlar sözləriylə deyil, gözləriylə danışar əslində. Buna görə onları anlamaq üçün dinləmək yetməz, izləmək gərək yalnız.
Online
diablo
Is adamlari oxusun
22 may 2019 18:23
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri