Görkəmli şəxsiyyətlərin uğur və karyera haqqında fikirləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 859
Səs ver:
(səs: 0)
Bəzən düzgün vaxtında eşidilmiş müdrik kəlam bizi ruhlandırır, bizə qətiyyət və kamillik verir. Ən ası isə digər insanların, hətta dünyanın ən müdrik insanları olsa belə, təcrübəsini öz dəyər və meyarlar süzgəcindən keçirərək, özünə uyğunlaşdıraraq mənimsəmək imkanı verir.

Bu gün, biz sizinlə peşəkar və yaradıcı sahədə bir sıra müvəffəqiyyətlərə imza atmış və üstündən əsrlər keçməsinə baxmayaraq xatirələri yaddaşlardan silinməmiş bəzi görkəmli şəxsiyyətlərin iş, karyera və qarşıya qoyulmuş məqsədlərə nail olmağa kömək olacaq vasitələr haqqında deyilmiş fikirlərinə nəzər salacağıq

«Karyera qurmağın bir sıra üsulları vardır, amma onlardan ən doğrusu –lazımı ailədə doğulmaqdır».


Donald Tramp

«Karyera qurmağın ən yaxşı üsulu –karyerasının qeydinə qalan insan üçün işləməkdir»

Marion Kelloq

«Siz nə qədər yuxarı qalxsanız, digərləri üçün sizin öz işinizi yaxşı görüb-görməməyinizi anlamaq bir o qədər çətin olacaq».

Allan Koen

«Yuxarı qalxarkən rastlaşdığın insanlarla diqqətli davran, çünki sən onlarla hələ aşağı enərkən qarşılaşacaqsan».

Uilson Mizner

«Sizə atılan daşları toplamaq lazımdır. Çünki bu sizin gələcək heykəlinizin bünövrəsini qoyacaq».

Hektor Berlioz

«Karyera –yaxşı insanlar bir-birinə kömək edərkən qurulur».

«Zərlər» (Bones) serialı

«Qadınlar üçün karyera qanunu: 1) kişi kimi fikirləş; 2) özünün xanım kimi apar; 3) at kimi işlə».

Artur Blox, Mörfi qanunları

«“Necə” sualının cavabını bilən insan həmişə iş tapacaq, “niyə” sualının cavabını bilən insan isə onun rəhbəri olacaq».

Dayana Reyviç

«Hündürlükdən qorxu bir çoxlarına karyera qurmağa mane olur».

Canquli Qvilava

«İdarəetmə məharəti özünün ondan göstərir ki, insanlara öz vəzifəsində qocalmaq imkanı verməyəsən».

«Yüksəkdə və hamının gözü özündə dayanan bir insan çılğın hərəkətlərə yol verməli deyil»

«Yuxarı qalxarkən dayanmaq (fasilə etmək) mümkündür, aşağı enərkən buna imkan olmayacaq».

«Danışmağı bacarmayan insan, karyera qura bilməz».

Napaleon Bonapart

Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir.

«Tapşırığın az bir hissəsini ideal yerinə yetirmək, on dəfə daha çox miqdarda işi pis yerinə yetirməkdən daha yaxşıdır»

Aristotel

Karyera uğurları uğrunda yarışmada biz nəzərəçarpacaq miqyasa və həcmə can atırıq, adətən işimizin həcmi ilə insanları heyrətləndirməyə çalışırıq. Bəzən yadda çıxarırıq ki, mexanizmin bütünlükdə uzunmüddətli və effektiv fəaliyyəti ayrı-ayrılıqda düzəldilən xırda detalların keyfiyyətindən asılı olur. Əgər irimiqyaslı hədəflərə nail olmaq üçün gücünüz və resurslarınız kifayət etmirsə, onda fikrinizi çox da böyük olmayan hədəflərin yerinə yetirilməsində cəmləyin. Necə ki, böyük proyektin bütünlükdə uğuru, onun təməlinə qoyulan xırda kərpiclərdən asılıdır.

«Sevimli iş sizi erkən yuxudan qaldırır və biz böyük həvəslə onu etməyə başlayırıq»

Uilyam Şekspir

Sübut olunub ki, biz ən böyük uğura o zaman və o fəaliyyət sahəsində nail oluruq ki, bu sahə bizim daxili harayımıza cavab verir və bizdə dərin maraq oyadır. Peşə və hobbiləri eyni olan, yəni sevdikləri iş ilə məşğul olan insanlar –sözün əsl mənasında xoşbəxtdirlər. Ola bilsin ki, peşə və sevimli məşğuliyyəti bir araya gətirmək üçün böyük miqdarda səy və əzmkarlıq tələb olunacaq, amma onlar bir qayda olaraq özünü doğruldur, öz qiymətini çıxarır, çünki siz məmnuniyyət əldə edir, işləmək istəyir və ən əsası da maliyyə stabilliyi qazanırsınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 859
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri