İşdə ətir vurmaq olmaz, çünki…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 553
Səs ver:
(səs: 0)


İşdə ətir vurmaq olmaz, çünki…
Hava ətirləndiriciləri, ətirli şamlar, lampalar, avtomobillər üçün ətirləndiricilər – bütün bunlar sağlamlığa pis təsir edərək allergiya, miqren və libidoda dəyişikliklərə səbəb olur.
Hazırda hər üç insandan biri belə problemlərlə qarşılaşır. Əsas problem ətirlərə kontakt allergiya reaksiyasından yaranan ekzema, dermatitdir. Ətirləndiricilərin tərkibindəki molekullar orqanizmdə qaşınma və dərinin çatlaması kimi immun reaksiyası yaradır.
Doktor Süzanna Baron deyir: “İndi allergik reaksiya ilə bağlı göstəricilər artır”.
Avropa Birliyinin İstehlak Məhsullarının Təhlükəsizliyi Komitəsi ətir istehsalçılarına məhsulların tərkibindəki potensial allergenləri göstərməyi tapşırıb.
Bu ilin əvvəlindən bəri isə ABŞ və Britaniyanın bir çox şəhərlərindəki iş yerlərində ətirlərdən istifadə qəti qadağan olunub.
Ətirlərin tərkibindəki allergenlərin orqanizmə təsirini dərhal aşkarlamaq olmur. İlk reaksiya verənlər ekzemalı insanlardır.
Əksər hallarda isə allergen rolunda ağaclardan alınan “Myroxyolon balsamum” çıxış edir.
Doktor Vinsent Martinin dediyinə görə, ətirləndiricilər burundakı əsəb hüceyrələrini, o cümlədən başağrısı ilə bağlı hüceyrələri işə salır.
Hava ətirləndiriciləri və ətirlər isə astma tutmaları yaradır.
Amerikalı ekspertlər hesab edirlər ki, işdə ətirlənmək tərbiyəsizlikdir. Çünki belə davranışlı adam iş yoldaşlarının hormonal fonunu pozur, estrogen reseptorlarını stimullaşdırır.


 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri