Uğursuzluq hissinə necə qalib gəlmək olar?

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 180
Səs ver:
(səs: 0)
İş yerinizdə, dərslərinizdə və ya şəxsi həyatınızda uğur qazanmadığınızı, ətrafınızdakı insanlar arasında özünüzü uğursuz hiss edirsiniz və bu səbəblə də daima narahatlıq yaşayırsınızsa, bu yazımız məhz sizin üçündür.

Uğursuzluq hissi bürümüş insanların uğur qazanmaq anlayışları çox həssas olur. Etdikləri ən kiçik bir səhvi, işə gecikməyi, iclaslarda səssiz qalmağı belə uğursuzluq olaraq qəbul edə bilirlər. Uğursuzluq hissi olan insanların bəzi xüsusiyyətləri:

• Özlərini obyektiv dəyərləndirmirlər və həqiqətdə olduqlarından daha az uğur qazandıqlarına inanarlar.
• Kariyeralarında irəliləmək və ya vəzifə almaq üçün çalışmaqdan qaçınırlar. Onlar üçün yüksəlmək daha çox məsuliyyət daşımaq və daha çox göz önündə olmaq deməkdir.

• Ətrafındakı insanları böyüdüb, özlərini onlardan aşağı görər, özlərini kiçimsəyər və xətalarını böyüdərlər.
• Səhv etməkdən və bunun bilinməsindən qorxarlar.
• Topluluq içində söz deməkdən çəkinərlər.
• İşlərini düz edə bilməyəcəiklərindən qorxduğu üçün işə başlaya bilməz və işlərini həmişə ərtələyərlər.

Bütün bu xüsusiyyətlər insanın potensiyalını istifadə etməsinin qarşısını alır.

Uğursuzluq inancına nələr səbəb olur?

• Valideynlərin tənqidi düşüncələrinin olması,
• Ailədə uğur qazanmağın əhəmiyyət kəsb etməməsi,
• Uşaqlıqda dərslərində və ya yaşıdları arasında geridə qalmış olmaq,
• Digər uşaqlarla müqayisə edilməsi,
• Disiplin və məsuliyyətsiz şəkildə böyüdülmüş olmaq.

Uğursuzluq inancını necə dəyişdirmək olar?

Özünüzü obyektiv şəkildə dəyərləndirməyə çalışın. Qazandığınız uğurlar düşündüyünüz qədər azdır? Xətalarınız sizi uğursuz qılacaq qədər güclüdür?

• Uğursuz hiss etməyə başladığınız vaxta geri qayıdın. Bu hissi ilk dəfə yaşadığınız ana və o vaxtla indiki vəziyyətinizi müqayisə edin.
• Həqiqətən inkişaf etdirməyiniz lazım olan sahələr ola bilər. Onlar üçün plan qurun.
• Bacarıqlı olmadığınız sahələrə deyil, öz baraqlarınıza fokuslanın. Sahib olduğunuz qabiliyyətlərə, bacarıqlara və uğurlara fokuslanmaq özünüzə olan inamı artıracaq.
• Bu günə qədər bacardığınız və sahib olduğunuz uğurların siyahısını tutun.

Gücünüzün görünməsi üçün hərəkətə keçmək lazımdır!

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 180
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
asiklar
Mən heç belə hissə qapılmıram.İnanmıram da uğursuz gün və ya başqa bir şey. Hər zaman pozitiv olmağ lazımdır.
1 avqust 2019 00:04
2
Şirin
Offline
diablo
Uğursuz hiss etməyə başladığınız vaxta geri qayıdın. Bu hissi ilk dəfə yaşadığınız ana və o vaxtla indiki vəziyyətinizi müqayisə edin.
31 iyul 2019 19:11
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

Qadın testləri