Ofisdə çalışan, saatlarla masa arxasında oturan kəs çox vaxt ilk görünüşdən diqqəti cəlb edir. Onun iş rejimi haqqında ilk təəssürat şişmanlıqdan, irəli çıxan qarından və artıq çəkidən yaranır. Vay o gündən ki, artıq çəkidən əziyyət çəkən beləsi idmanla məşğul olmağa tənbəllik etsin. Onda vəziyyət bir az da tündləşir.
Lakin hər şeyə çarə tapan diyetoloqlar bu problem qarşısında da aciz deyillər. Onlar məhz bu halda yüksək fayda verən gözəl və ələdüşməz pəhriz resepti təklif edirlər. Özü də elə resept ki, həmin rejimə əməl edərkən həm işləyirsən, həm yeyirsən, həm də artıq çəkidən xilas olursan. Başqa sözlə, həm oturasan, həm ötürəsən, həm də itirəsən...
Bu pəhriz 30 gün ərzində 15-20 kq çəki itirməyə imkan verir. Ancaq bir şərtlə ki, ona tam əməl olunsun, əks halda çəki artır. Maraqlıdır ki, bu pəhrizin sirləri uzun müddət gizli saxlanılıb. Ciddi əməl etdikdə orqanizm cavanlaşır və şlaklardan təmizlənir. Pəhrizə başlamazdan əvvəl bağırsaqları təbii işlədicilər və imalə ilə mütləq təmizləmək lazımdır. Ona əməl edərkən qəbizlik yarana bilər və bu zaman təbii işlədici vasitələr qəbul etmək olar. Pəhriz susuzluqla müşayiət oluna bilər, lakin yağ hüceyrələrinin quruması üçün çox su içmək məsləhət görülmür.
Pəhrizin üstünlüyü ondan ibarətdir ki, arıqladıqda dəri sallanmır, əksinə yığılır və dartılır (bunun üçün ilk növbədə çox su içilməməlidir).
Şəkər, mürəbbə, kompot və şəkər saxlayan digər qidaları qətiyyən qəbul etmək olmaz.
Əgər pəhrizin ilk üç günündə ağızda acılıq və dildə ağ ərp əmələ gəlibsə təşvişə düşmək lazım deyil. Bu, illərlə orqanizmdə yığılan şlaklardan xəbər verir. Hətta səpki də əmələ gələ bilər, amma bunlar 1-2 sutka ərzində ötüb keçir.
Pəhrizə başlamazdan əvvəl:
Nəticələr:
1, 2, 3-cü həftələr eyni qaydada, 4-cü həftə isə fərqli əməl olunur.
Birinci gün |
|
Səhər yeməyi və nahar |
Gün ərzində kiçik fincanlarla 1 l süd |
Şam yeməyi |
1 stəkan tomat şirəsi və 100 qr qara çörək |
İkinci gün |
|
Səhər yeməyi |
100 qr qara çörək, 20 qr kərə yağı, 1 çay qaşığı bal, südlü qəhvə (şəkərsiz) |
Nahar |
100 qr suda bişmiş toyuq və ya mal əti + bulyon, 100 qr holland pendiri, 100 qr qara çörək |
Şam yeməyi |
Qaynadılmış 2 yumurta |
Üçüncü gün |
|
Səhər yeməyi |
2 alma və ya 2 portağal və ya 2 şaftalı |
Nahar |
Tərəvəz şorbası (sürtgəcdən keçirilmiş və ya xırda doğranılmış tərəvəzlər suda bişirilir, sonda 1 çayqaşığı bitki yağı əlavə olunur), 2 qaynadılmış kartof (çörək əvəzi), 1 stəkan qaynadılmış yaşıl noxud |
Şam yeməyi |
3 pomidor və 2 xiyardan hazırlanmış salat (yağsız), 1 çay qaşığı bal ilə 1 stəkan çay |
Dördüncü gün |
|
Səhər yeməyi |
Şəkərsiz südlü qəhvə, 100 qr holland pendiri |
Nahar |
100 qr suda bişmiş toyuq əti (mal əti və ya balıq), 100 qr qara çörək, 2 ədəd suda bişmiş yumurta |
Şam yeməyi |
1 stəkan kefir |
Beşinci gün |
2-ci günün menyusu |
Altıncı gün |
3-cü günün menyusu |
Yeddinci gün |
4-cü menyusu |
4-cü həftə
Bazar ertəsi |
1,5 kq alma |
Çərşənbə axşamı |
1,5 kq suda bişmiş toyuq əti |
Çərşənbə |
1,5 kq xiyar və pomidor |
Cümə axşamı |
1 kq suda bişmiş mal əti |
Cümə |
0,5 kq holland pendiri + 1 butulka mineral su |
Şənbə |
1 l kefir + suda bişmiş 2 yumurta + qaynadılmış balıq |
Bazar |
1 butulka üzüm şirəsi (və ya qırmızı çaxır) + 1 kq holland pendiri |
Redaktə etdi: PURE LOVE