Uğura gedən yol arzulardan deyil məqsəddən keçir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 806
Səs ver:
(səs: 0)
Alimlər öz karyerasını qurmaq istəyənlərə bu yolda arzulara qapılmamağı və xəyallara aludə olmamağı məsləhət görürlər. Bunun əvəzində gələcək işinizdə məyusluq yaşamamaq üçün məqsəd qurmağın daha yaxşı olduğunu bildirirlər.

Harvard biznes məktəbinin professoru Con Yaximoviç araşdırma aparıb və niyə karyeranı arzularla deyil məqsədlərlə qurmağın lazım olduğunu müəyyən edib. Onun fikrincə, xoşbəxtlik duyğusu işgüzar qərarların qəbul edilməsi zamanı pis yanaşmadır.

Yaximoviç deyir ki, araşdırmalar nəticəsində işdən yalnız emosional məmnunluq əldə edənlərin istisna hallarda uğura nail olduqları və çox vaxt işə başlayandan doqquz ay sonra şirkəti tərk etdikləri məlum olub.

Inc.com-un müəllifi Cessika Stilmann nəticələri onunla əlaqələndirib ki, iş çətin, hətta bəzən darıxdırıcı olur, buna görə də ondan ancaq həzz almağa çalışmaq çətinliklərin öhdəsindən gəlməkdə yaxşı yardımçı deyil.

Amma bu o demək deyil ki, insan onu xoşbəxt etməyən bir işlə məşğul olmalıdır. Sadəcə arzuları məqsədlərlə əvəzləmək lazımdır. Bu yanaşma dərhal məmnunluq gətirməsə də onun uzunmüddətli və davamlı olacağına zəmanət verir.

Yaximoviç belə hesab edir ki, real zamanda sizi nəyin maraqlandırdığını deyil nəyin narahat etdiyini özünüzə sual vermək məhsuldar nəticələrə gətirib çıxarır. Belə olan halda karyeranız “ən dərin əməkdaş dəyərləri”nə əsaslanacaq və böyük gözləntilərdən azad edəcək.

Alim digər bir araşdırmasında belə bir nəticəyə gəlib ki, arzulara qapılmaq iş keyfiyyətini artırmır. Mütəxəssis bildirir ki, yüksək göstəricilər əldə etmək üçün istəklər, əzmlə müşayiət olunmalıdır.

Oktyabrda LinkendIn mütəxəssisləri araşdırma nəticəsində müəyyən ediblər ki, yeniyetmə gənclər dəyərləri və missiyaları onlara yaxın olan şirkətlərdə işləmək üçün əmək haqqından keçməyə hazır olurlar. Amma ekspert onlara xas olan bu cəhətlərin ümumilikdə hamı üçün xarakterik olduğunu hesab edir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri