Vaxt çatışmazlığının öhdəsindən gəlməyin sirri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 796
Səs ver:
(səs: 1)
Yazıçı və psixoloq Leo Babauta izah edir ki, vaxt hər zaman kifayətdir – siz sadəcə onu harada axtarmalı olduğunuzu bilməlisiniz.

Tanıdığım hər kəs bu problemlə üz-üzə qalır: görünür, sutkanın 24 saatı etməli olduğumuz işlər üçün kifayət etmir.

Çoxsaylı layihələr, sonsuz mesajlar və elektron məktublar və s. – bütün bunlar vaxt çatışmazlığı probleminin yaranmasına gətirib çıxarır. Bütün diqqətini iş üzərində cəmləşdirən insanlar belə bu problemdən əziyyət çəkirlər.

Tutaq ki, işdən sonra və altı-bazar iş ilə əlaqəli olmayan nə iləsə məşğul olmaq üçün vaxt tapa bilirsiniz (kitab oxumaq, idman, meditasiya, hobbi)… Nə deyim, bu halda yenə də başa düşürsünüz ki, sevimli işləyə ayırdığınız vaxt yenə də kifayət eləmir: etmək istədiyimiz şey çoxdur, vaxt isə azdır.

Və bu hələ ən böyük işlərdir… Onlardan əlavə yuxu, səyahət, duş, televizor, ev işləri, kommunal xərcləri ödəmək və s. kimi işlər üçün də vaxt tapmalısınız.

Vaxt heç vaxt kifayət qədər olmur və hər birimiz bundan bezmişik.

Niyə belədir? Problem nədədir? Vaxt çatışmazlığının öhdəsindən gəlmək üçün nə etmək olar?

Vaxt çatışmazlığının səbəbləri

Vaxtın miqdarı sabitdir və onun kifayət edib-etməməsi sadəcə bizim gözləntilərimizdir.

Müəyyən müddətdə mümkün olduğundan daha çox iş görmək istəyiriksə, vaxtın yetərli olmadığını düşünürük, çünki o bizim gözləntilərimizə cavab vermədi. Və əksinə – bütün işlərimizi çatdırırıqsa, onun yetərli olduğunu hesab edirik.

Bəs bu gözləntilər haradan ortaya çıxdı? Onları bizim ağlımıza kim gətirdi? Müdirlərimiz? Cəmiyyət? Valideynlər? Özümüz? Əlbəttə ki, onların hər biri.

Buna görə də, bu kim yanlış öhdəliklərdən qurtulmaq lazımdır, vaxtınıza dəyər verin.

Elədir, amma… yenə də filan işi görməliyəm

Siz inkar edə bilərsiniz: bütün işlərimi edib bitirməliyəm!

Təbii ki. Sizə belə bir təcrübə keçirməyi məsləhət görürük: işlərinizin siyahısını tutun, prioritetləri və “deadline” ları müəyyən edin. Nizam-intizamı pozmayın və planlı şəkildə bu işləri yerinə yetirməyə davam edin. Təcrübəni sonunda həqiqətdə nə qədər vaxta ehtiyacınız olduğunu başa düşəcəksiniz.

Siz başa düşəcəksiniz ki, əslində düşündüyünüzdən daha az vaxta ehtiyacınız var. Adətən insanlar bir gün və ya həftə ərzində yerinə yetirə biləcəyi işlərin sayını şişirtməyə meyllidirlər. Buna görə də, hər şeyə real baxmağa çalışın.

Vəzifələri (işləri) nə zaman yerinə yetirmək lazımdır

Bütün işləri vaxtında yerinə yetirmək üçün aşağıdakı alqoritmdən istifadə edə bilərsiniz:

İlk növbədə nə etməli olduğunuzu müəyyən edin. Siyahınızdakı hansı işlər təxirəsalınmazdır? Məsələn, duş qəbul etmək, yemək fasiləsini etmək, yatmaq, ərzaqlar almaq, evi yığışdırmaq, paltarları yumaq, işə getmək, uşaqları məktəbə aparmaq və s. Eyni zamanda bəzi məqamlar müzakirə olunmaya bilər: bazar ertəsi günləri keçirilən iclaslar, gündəlik zənglər və s. Onlar nə qədər vaxt alırlar? Çalışın vaxtı dəqiq hesablayın. Yaxşı olar ki, yuxuya 8 saat, işdən kənar öhdəliklərə isə 4-7 saat ayırasınız. İndi baxın görün neçə dənə işiniz qalıb?
Qalıq vaxtınızı hesablayın. Məsələn, 8 saat yuxuya, 4 saat işdən kənar işlərə və 1,5 saat iş ilə əlaqəsi olan işlərə ayırmısınız… Və sizin gündəlik olaraq 10,5 saat vaxtınız qalır. Kimdəsə bu daha çox və ya daha az ola bilər.
Özünüzə sual verin: “Bu vaxtı necə səmərəli istifadə edə bilərəm?”. Düzü, bu sualın düzgün cavabı yoxdur, sadəcə düşünün bu haqda. Filan qədər zənglərə, filan qədər üzərində işlədiyim layihəyə, filan qədər istirahətə və meditasiyaya və s. xərcləyirəm. Bu, prioritetlərdir.
Seçin və qeyd edin. Vaxtınızı bu siyahı üzrə paylayın. Əslində bu mərhələni etməmək də olar, sadəcə işinizi asanlaşdırmaq üçün faydalana bilərsiniz. Siz vaxtınızdan mümkün qədər səmərəli şəkildə istifadə etməlisiniz. Və bütün bunlar gün ərzində edə biləcəyiniz maksimumdur!
İndi işə başlayın və diqqətli olmağa çalışın. Bütün diqqətiniz hazırda etdiyiniz işdə olmalıdır. Əgər bu və ya digər işə əlavə vaxt ayırmaq qərarını vermisinizsə, deməli bu vacibdir.
Əlbəttə ki, yuxarıda sadalananlar düzgün şəkildə yerinə yetirilməyəcək. Biz hər zaman daha çox iş yerinə yetirməyə çalışacağıq. Buna baxmayaraq, tədricən yazdığınız siyahıdakı işlərin yetərli olduğunu başa düşəcəksiniz.

Təqdir və fokus

Siz hələ də gününüzə daha çox iş sığmaq istəyirsiniz – bu bizim təbiətimizdir.

Əslində bunun səbəbi olduqca sadədir: hər birimiz sahib olduğumuz vaxta münasibətdə təqdir çatışmazlığı yaşayır. O yetərlidir. Sahib olduğumuz vaxt – dəyərli hədiyyədir və biz ona qiymət verməliyik.

Vaxt çatışmazlığının öhdəsindən gəlməyin sirri təqdir və konsentrasiyadır. Əlinizdə olan imkanlara dəyər verin, onlar çox deyillər. Siz onları olduğu kimi sevə bilərsiniz?

Yüksək konsentrasiya da kifayət qədər vacibdir, buna görə də çalışın bütün diqqətiniz işdə olsun.

İmkan olduqda, istirahət edin, etdiyiniz hər bir işi olduğu kimi qəbul edin. Çatdırmadığınız işlərə görə narahat olmayın, əksinə etdiyiniz işlərə dəyər verin.

Bu vəzifə, bu iş, bu an böyük hədiyyədir! Mən özümü bütünlüklə ona həsr edəcəyəm.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri