İş gününü daha xoşagələn etməyin 10 yolu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 576
Səs ver:
(səs: 0)
Gününüzə müsbət düşüncə ilə başlayın
Ağlınızda müsbət düşüncələrin “kitabxanası” olduğu halda müsbət düşüncə tərzinə riayət etmək daha asan olacaqdır və əgər gün istədiyiniz kimi olmasa, ondan istifadə edə bilərsiniz. Gününüzü ilham verici kitab oxumaqla başlayın (və ya dinləməkdən).

İşinizi həyatdakı məqsədləriniz ilə əlaqələndirin
Unutmayın ki, işə getməyinizin və hazırkı rolu seçməyinizin daha dərin bir səbəbi var. Bu, ailəyə dəstək olmaq, həyatınızı dəyişdirmək, müştərilərinizə kömək etmək, vəziyyətə təsir göstərmək və s. ola bilər: motivasiya nə olursa olsun, bugünkü iş gününün hədəfin kiçik hissəsini yerinə yetirmək üçün bir fürsət olduğunu unutma.

Yolda vaxt itirməyin, ondan istifadə etməyə çalışın
MBA dərəcəsinə yiyələnməklə hər zaman öndə olun. Ən nüfuzlu MBA tədbiri Bakıda
Əksər insanlar yolda xəbərləri dinləmək və ya zəng etmək, mesaj yazmaq, elektron mesajlara cavab verməklə məşğuldurlar. Halbuki, sizə ilham verən və əhval-ruhiyyənizi yüksəldəcək musiqi dinləyə bilərsiniz.

Daha tez-tez gülümsəyin
Yəqin ki, ilk üç addımı atsanız, artıq gülümsəyəcəksiniz. Əgər yox, onda istənilən halda gülümsəyin. Ürəkdən gülümsəyin, bu sizin və ətrafdakı insanların əhval-ruhiyyəsini yaxşılaşdıracaq.

Pozitiv düşünün
İnsanların əksəriyyəti “Necəsən?” və ya “Nə olub?” kimi suallara neytral və ya mənfi cavab verirlər. Bu kimi dialoqlar beyini uğursuzluğa düçar edir.

Bunun əvəzinə, kimsə sizdən əhvalınızı soruşsa pozitiv cavab verin, məsələn: “Fantastika!” və ya “Günü çox gözəl keçib!”.

Əvvəlcə vacib olanını edin
Hər kəs işin çoxluğundan şikayətlənir, ancaq bunun qarşısını almaq istəmir. Unutmayın ki, göstərdiyiniz səylərin 20%-i nəticələrin 80%-ni verəcək. Buna görə ilk növbədə fəaliyyətinizin 80%-ni deyil, 20%-ni etməyə çalışın, beləliklə daha yaxşı nəticələr əldə etmiş olacaqsınız.

Neqativ insanlardan qaçın
Əgər yuxarıda göstərilən addımları etmisinizsə, çox güman ki, ətrafınızda olan neqativ insanlar sizə “toxunmayacaqlar”, pozitiv insanlar isə əksinə – sizə qoşulub kömək etmək istəyəcəklər.

İş vaxtından artıq işləməyin
İş vaxtından artıq işləmək pis fikirdir. Nəzərə alın ki, 1-7 addımlarını tətbiq etmisinizsə, artıq çox il görmüş sayılırsınız. Düzünü desək, çox güman ki, normadan artıq işləməli olmayacaqsınız.

Sakitləşin və rahatlayın
İş günü bitən kimi, qalan vaxtınızı işlə əlaqəli olmayan məşğuliyyətlərə qatılın ki, yetərincə istirahət edə biləsiniz. Əgər istirahətə lazımi qədər vaxt ayırmasanız, növbəti iş gününüzü yaxşı başlaya bilməyəcəksiniz.

Gününüzü 15 dəqiqəlik təşəkkürlə başa vurun
Minnətdar olmaq vərdişi, böyük uğura nail olduğunuza olduğuna əmin olmağın ən yaxşı yoludur. Yatmazdan əvvəl, gün ərzində baş verən yaxşı hadisələrə, nail olduğunuz yeni hədəfləri yazın və buna görə həyatınıza minnətdar olun.

Beləliklə, yuxunuz yaxşılaşacaq və yeni günə tam hazır olacaqsınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 576
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4010
Xəbər sayı: 47
Qeydiyyat: 19.11.2017
fiyonik
Insanin dusunceleri ve baxis acisi heyatina tesir gosderir. Ede bilmeyecem yerine bacaracam. Demeliyik. Ve pozitiv olmaliyiq tebiki. Melumat ucun tesekkurler!
21 may 2020 21:56
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 80401
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Isde neqativlikden zehlem gedir.Insanin esebimi pozurlar
12 may 2020 22:12
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 6000
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Gozel fikirlerdi tewekkurler
12 may 2020 22:03
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri