Ofis Makiyajı Necə Edilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 282
Səs ver:
(səs: 2)

Makiyaj ustaları nə istifadə etdiyinizdən çox necə tətbiq etdiyinizin əhəmiyyətli olduğunu ifadə edir. Hal-hazırda qadınların makiyajı iş yerlərində də olduqca əhəmiyyətlidir.. Kloun kimi deyil professional mənada makiyaj etmək ən diqqət yetirilməsi lazım olan nöqtədir.. Ofisdə hansı məhsulları necə tətbiq etməlisiniz?

Hamar görünüş
tonal krem, tuş, bağlayıcı və pudra ofis makiyajının vazgeçilməzləridir..
Əgər məsaməli dəriniz varsa tonal kremdən tətbiqdən əvvəl bağlayıcı ilə məsamələri bağlamalısınız. Bağlama əməliyyatı tonal kremin dərinizdə daha uzun müddət qalmasını təmin edər.
Yağlı bir dəriyə sahibsinizsə yağsız tonal kerm istifadə edin. Digər məhsullarında yağsız olmasına diqqət yetirin.
Yağlı dərilər daha çox diqqət istyir. İçərisində su yosunu olan yağ tarazlıqlayıcıltəmizləyiciylə dərinizi silin və ardından matlaşdırıcı bir məhsul istifadə etdiyinizdə dəriniz makiyaja hazır olar.
Quru dəriniz varsa dərinizin nəmlənməsi üçün həddindən artıq yağlı məhsulları seçməyin. Bunun yerinə içində parıltı olan primer istifadə edərək dərinizin işıldamasını təmin edə bilərsiniz. Nəmləndiriciniz isə yağsız olmalıdır.
Unutmayın,tonal krem bağlayıcı deyil.. Əvvəl bağlayıcı sonra tonal krem tətbiq etməlisiniz. Quru dərilər üçün parıltılı tonal krem, məsaməli dəriniz varsa likit tonal krem istifadə etməlisiniz. Tətbiq edərkən fırça, süngər ya da barmaqlarınızı istifadə edə bilərsiniz. Sonrasında rahatlıqla pudra firçasıyla, şəffaf pudra tətbiq edə bilərsiniz. Yanaqlar, alın və burun bölgəsinə ağırlıqlı olaraq tətbiq oluna bilər.
Rahatlaşdırıcı baxm
Boz və qahvərəngi kimi göz faraları idealdir.. Göz qapaqlarınızı spirtsiz tonik ilə təmizləyin, quruduqdan sonra faranı tətbiq edin. göz boyalarının gün boyu eyni təsiri göstərməsi üçün şəffaf pudra tətbiq edin. Qara və ya qahvərəngi tuş ilə də kipriklərinizi daha diqqətə çarpan edə bilərsiniz.
Yumşaq dodaqlar
Dodaq makiyajının əvvəlində dodaqlarınızı nəmləndirin. İncə fırça ilə dodaq boyasını tətbiq edin. Təbii dodaqlar üçün açıq rəngləri seçim edə bilərsiniz. Dodaq boyasından sonra sonra iki dodağınızın arasına salfet qoyaraq çoxluqları alın. Sonrasında şəffaf pudranı dodaqlarınıza tətbiq edin

 

TƏRCÜMƏ ETDİ VƏ HAZIRLADI:  N E L L I 

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri